Atletiko ona 150 milyon avro qiymət qoydu
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniyanın "Atletiko" klubu argentinalı hücumçu Xulian Alvareslə bağlı transfer qərarını dəyişməyə hazır görünmür. Madrid təmsilçisi futbolçunun bu yay komandadan ayrılması üçün "Arsenal"dan 150 milyon avro məbləğində təklif gözləyir.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Arsenal" hələlik Xulian Alvares üçün "Atletiko"ya rəsmi müraciət ünvanlamayıb.
London klubunun 26 yaşlı forvardı uzun müddətdir transfer siyahısında saxladığı və onun keçidində maraqlı olduğu bildirilir.
Məlumata görə, daha əvvəl "Real"ın da Xulian Alvares üçün 150 milyon avroluq təklif göndərdiyi, lakin bu təklifin "Atletiko" tərəfindən qəbul edilmədiyi iddia olunub.
Qeyd edək ki, argentinalı hücumçu bu mövsüm La Liqada ilk oyununa avqustun 23-də çıxıb. Xulian Alvares "Vilyarreal"la 2:2 hesablı heç-heçə başa çatan görüşün ikinci hissəsində meydana daxil olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 25 Avqust 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















