ATMU Beynəlxalq Türk Dünyası Turizm Konqresində
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyənin Ankara şəhərində Ankara Hacı Bayram Veli Universitetinin Turizm Fakültəsinin ev sahibliyi ilə 8-ci Beynəlxalq Türk Dünyası Turizm Konqresi keçirilib. Tədbir "Ankara 2026 Türk Dünyası Turizm Paytaxtı" çərçivəsində təşkil olunub.
Mühüm beynəlxalq elmi tədbirdə Azərbaycan Turizm və Menecment Universitetini rektor İlham Mədətov, universitetin Elmi araşdırmalar və akademik təlim mərkəzinin müdiri, dosent Nəsir Nəsirli və rektor köməkçisi Samir Məhərrəmov təmsil ediblər. Tədbirdə eləcə də ölkəmizin Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Müjdat Həsənov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrindən olan professor və tədqiqatçılar iştirak ediblər.
ATMU-nun rektoru İlham Mədətov çıxışında tədbirin Türk dövlətləri arasında turizm, elm və təhsil sahələrində əməkdaşlığı genişləndirən mühüm platforma olduğunu diqqətə çatdırıb. O, "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın strateji əhəmiyyətini vurğulayaraq, turizm təhsili, rəqəmsal texnologiyalar və insan kapitalının inkişafında birgə təşəbbüslərin vacibliyini qeyd edib. Rektor ATMU-nun Türk dünyası ali təhsil müəssisələri ilə birgə layihələrə, tələbə-müəllim mübadiləsinə və təcrübə paylaşımına hazır olduğunu bildirib. İlham Mədətov konqresdəki diskussiya və elmi tədqiqatların regional turizm siyasətinin formalaşmasına və transformasiya proseslərinə böyük töhfə verəcəyinə əminliyini ifadə edib.
Tədbir çərçivəsində dosent Nəsir Nəsirli "Türk Dünyasının Vahid Turizm Məkanının Formalaşdırılmasında Elektron Turizmin Rolu: Rəqəmsal Platformalar, Virtual Turizm Marşrutları və Süni İntellekt Texnologiyalarının Tətbiqi" mövzusunda məruzə ilə çıxış edib. ATMU-nun rektor köməkçisi Samir Məhərrəmov isə "Davamlı şəhər, təbiət və ətraf mühit turizmi" (Sürdürülebilir Kent, Doğa ve Çevre Turizmi) mövzusunda ingilis dilində keçirilən paneldə moderator kimi iştirak edib.
Konqres Türk dünyası ölkələri arasında turizm sahəsində elmi və əməli əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platformaya çevrilib. Təşkilat komitəsinin sədri və Ankara Hacı Bayram Veli Universiteti Turizm Fakültəsinin dekanı prof. dr. Məhərrəm Tuna konqresin elmi mühitə və regionun turizm potensialına böyük dəyər qatdığını vurğulayıb.
Z.HÜSEYNOVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 29 Sentyabr 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















