ATMU nun əməkdaşı Gürcüstanda keçirilən beynəlxalq konfransda çıxış edib
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Çinarə İmamverdiyeva Gürcüstan Milli Universitetinin (Georgian National University SEU) təşkilatçılığı ilə keçirilən “Dağ Araşdırmalarında Yeni Paradigma: Çağırışlar və İmkanlar” (“A New Paradigm for Mountain Studies: Challenges and Opportunities”) adlı beynəlxalq elmi-praktik konfransda iştirak edib.
“Azərbaycanın Böyük Qafqaz regionunda davamlı turizmin inkişafı: İmkanlar və Çağırışlar” (“Sustainable Tourism Development in Azerbaijan’s Greater Caucasus: Opportunities and Challenges”) adlı məruzəsində Ç.İmamverdiyeva ölkəmizin dağlıq ərazilərində turizmin inkişaf perspektivləri və mövcud potensialını şərtləndirən başlıca amillərdən danışıb. Gürcüstanla həmsərhəd olan Şəki-Zaqatala iqtisadi rayonunun timsalında isə regionun dağ, kənd və qastronomik turizm imkanları, eləcə də tarixi-mədəni irsin qorunması məsələləri təhlil olunub. Adıçəkilən mövzu çərçivəsində davamlı turizmin iqtisadi səmərəlilik, ekoloji məsuliyyət və sosial rifah prinsiplərinə uyğun təşkili,eyni zamanda infrastrukturun təkmilləşdirilməsi və yerli icmaların bu prosesə cəlb edilməsinin əhəmiyyətli olduğunu bildirib.
Z.HÜSEYNOVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 18 Noyabr 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















