Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İqtisadiyyat İnstitutunun baş direktoru Gürcüstanda beynəlxalq elmi konfransda çıxış edib

İqtisadiyyat İnstitutunun baş direktoru Gürcüstanda beynəlxalq elmi konfransda çıxış edib

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

25–26 avqust 2026-cı il tarixlərində Gürcüstanın Tbilisi şəhərində professor Lütfi Zadənin elmi irsinə həsr olunmuş “Yumşaq hesablama, sözlərlə hesablama, qavrayış, süni intellekt nəzəriyyəsi və tətbiqi” üzrə XIII Beynəlxalq Konfrans - “13th International Conference on Theory and Application of Soft Computing, Computing with Words, Perception, and Artificial Intelligence” (ICSCCW-2026) keçirilib.

525.az xəbər verir ki. Beynəlxalq elmi forumun təşkilatçıları sırasında “Zadeh’s Legacy and Artificial Intelligence” Assosiasiyası, Gürcüstan Milli Elmlər Akademiyası, Gürcüstan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Berkeley Initiative in Soft Computing (ABŞ), ABŞ, Kanada və Avropanın bir sıra universitet və elmi mərkəzləri, Polşa Elmlər Akademiyasının Sistem Tədqiqatları İnstitutu, Yaxın Şərq Universiteti ilə yanaşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu da yer alıb. 

Konfransı ICSCCW-2026-nın sədri, professor Rafiq Əliyev açıb. Tədbirdə qeyri-səlis məntiq, yumşaq hesablama və süni intellekt sahəsində tanınmış alimlər iştirak ediblər. Konfransın əsas məruzəçiləri sırasında Polşa Elmlər Akademiyasının professoru Janusz Kacprzyk, Alberta Universitetinin professoru Witold Pedrycz, İstinye Universitetinin professoru Tofigh Allahviranloo, Sakarya Universitetinin professoru Ardashir Mohammadzadeh, Yaxın Şərq Universitetinin professoru Rahib Abiyev və digər nüfuzlu tədqiqatçılar yer alıblar.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli (İmanov) da konfransın əsas məruzəçilərindən biri olub. O, “Bipolar Measurement in Comparative Economic Research: A Fuzzy Approach and Extended Normalisation” (“Müqayisəli iqtisadi tədqiqatlarda bipolyar ölçmə: qeyri-səlis yanaşma və genişləndirilmiş normallaşdırma”) mövzusunda təqdimatla çıxış edib.

Məruzədə müqayisəli iqtisadi tədqiqatlarda bipolyar qiymətləndirmənin rolu, qeyri-səlis qiymətləndirmə ilə genişləndirilmiş normallaşdırmanın metodoloji xüsusiyyətləri, iqtisadi göstəricilərin [0,1] intervalında qiymətləndirilməsi və nəticələrin linqvistik interpretasiyası məsələləri təhlil olunub. Eyni zamanda, İqtisadiyyat İnstitutunda ölkələr və regionlar üzrə aparılan müqayisəli tədqiqatlarda istifadə olunan yanaşmalar, o cümlədən iqtisadiyyatın liberallıq-dirijistlik balansının qiymətləndirilməsi istiqamətində aparılan araşdırmalar təqdim edilib.

Professor Nazim Müzəffərli konfrans çərçivəsində bir sıra panel və seksiya iclaslarının moderatoru kimi də fəaliyyət göstərib, elmi müzakirələrdə iştirak edib və xarici tədqiqatçılarla gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.. Müzakirələr Z-ədədlər, süni intellekt və yumşaq hesablama, qeyri-müəyyənlik şəraitində qərarların qəbulu, maşın öyrənməsi, yüksək tipli qeyri-səlis sistemlər, məlumatların qranulyasiyası və digər aktual istiqamətləri əhatə edib.

Konfransın rəsmi qaydalarına əsasən, elmi ekspertizadan keçərək qəbul olunan məqalələrin Springer nəşriyyatının “Lecture Notes in Networks and Systems” seriyasında dərc olunması nəzərdə tutulur. Bu seriya SCOPUS, SCImago, EI Compendex, INSPEC, DBLP, zbMATH və digər beynəlxalq elmi informasiya bazalarında indeksləşdirilir. Seçilmiş məqalələrin bir sıra SCI jurnallarında nəşr üçün nəzərdən keçirilməsi də planlaşdırılır.

ICSCCW-2026-da iştirak İqtisadiyyat İnstitutunda aparılan müqayisəli iqtisadi tədqiqatların beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi, yeni elmi əlaqələrin qurulması və institutun beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Avqust 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri