Icma.az
close
up
RU
Atom Enerjisi Agentliyinin keçmiş əməkdaşı edam edildi

Atom Enerjisi Agentliyinin keçmiş əməkdaşı edam edildi

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranda Atom Enerjisi Agentliyinin keçmiş əməkdaşı Mehdi Fərid İsrailə casusluq ittihamı ilə edam edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mizan” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, Fərid İranın həssas qurumlarından birinin daxili şəbəkəsinə sızmağa cəhd etməkdə və İsrailin kəşfiyyat xidməti “Mossad”la əməkdaşlıq edərək məxfi məlumatları ötürməkdə ittiham olunurdu.

Əlavə edilib ki, o, Atom Enerjisi Agentliyinin strukturu, obyektlərinin yerləşməsi, təhlükəsizlik vəziyyəti və əməkdaşları barədə məlumatları qarşı tərəfə verib.

Məhkəmə orqanları təqsirləndirilən şəxsin ittihamları etiraf etdiyini iddia etsə də, insan haqları təşkilatları prosesin şəffaf aparılmadığını bildirir. Hüquq müdafiəçiləri Fəridin müstəqil vəkilə çıxışının məhdudlaşdırıldığını və etirafların təzyiq altında əldə olunmuş ola biləcəyini qeyd edirlər.

“Hengaw” İnsan Hüquqları Təşkilatı isə fərqli iddialar irəli sürür. Təşkilatın məlumatına görə, Fərid, əslində, İsrail adına fəaliyyət göstərən şəxslərin təkliflərini rədd edib və bu barədə İranın təhlükəsizlik orqanlarına məlumat verib. Hətta onun aldığı vəsait və məlumatları rəsmi qurumlara təqdim etdiyi bildirilir.

Buna baxmayaraq, Fərid əvvəlcə “məlumat sızdırmaq” ittihamı ilə 10 il həbs cəzasına məhkum edilib, daha sonra isə prokurorluğun apellyasiya şikayətindən sonra hökm dəyişdirilərək, ölüm cəzası ilə əvəz olunub.

Məlumata görə, istintaq zamanı Fərid təhlükəsizlik orqanları ilə əməkdaşlıq etdiyini dəfələrlə vurğulasa da, bu məqam məhkəmə tərəfindən nəzərə alınmayıb.

Qeyd edək ki, hüquq müdafiəçilərinin hesabatlarına əsasən, 2025-ci ildə İranda ən azı 1639 nəfər edam edilib ki, bu da son onilliklərdə ən yüksək göstəricilərdən biridir. Bu rəqəm əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir.

Məlumata görə, son aylarda xüsusilə “Mossad”la əməkdaşlıq ittihamı ilə bir sıra şəxslər edam olunub. İran mediası həmçinin Tehranda etiraz aksiyaları və digər ittihamlarla əlaqədar daha bir neçə şəxsin edam edildiyini bildirib.

İran məhkəmə sisteminin rəhbərliyi isə ölkədə təhlükəsizlik vəziyyətini “tam müharibə şəraiti” kimi qiymətləndirərək, bu kateqoriyadan olan işlər üzrə cəzaların sərtləşdirilməsinə çağırış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Aprel 2026 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri