Icma.az
close
up
RU
Attestasiya aparılacaq ixtisaslar bunlardır

Attestasiya aparılacaq ixtisaslar bunlardır

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Muzey Mərkəzində musiqi, incəsənət məktəb və mərkəzlərində müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı mətbuat konfransı keçirilib.

Ölkə.az-ın məlumatına görə, Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova bildirib ki, attestasiyanın məqsədi nazirliyin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılmasıdır.

Qiymətləndirmə ümumilikdə ölkə üzrə 2025–2026-cı illər ərzində keçirilməsi planlaşdırılır. İlk mərhələdə fortepiano və musiqi nəzəriyyəsi ixtisasları, daha sonra digər ixtisaslar üzrə attestasiya aparılacaq. 

Attestasiya komissiyasının formalaşdırılması haqqında məlumat verən mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov deyib ki, hər biri 5 nəfər olmaqla fortepiano ixtisası üzrə 7, musiqi nəzəriyyəsi ixtisası üzrə 3 komissiya yaradılacaq. Qanunvericiliyə uyğun olaraq, komissiyanın 1 üzvü Həmkarlar İttifaqı Komitəsindən, digər 4 üzv isə müstəqil ekspert qismində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası və digər qurumlardan cəlb ediləcək.

Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib ki, bu il Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil ocaqlarına 123 müəllim işə qəbul edilib. Boş qalan yerlərə isə 35 əlavə qəbul reallaşdırılıb. Qəbul prosesi ilk dəfə olaraq “my.culture.az” vahid şəxsi kabinet vasitəsilə aparılıb. İşə qəbul olunanların ilk dəfə olaraq 65 faizi ali təhsillidir.

Qeyd olunub ki, ilk olaraq 2025-ci ilin fevral ayı ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan məktəblərdə, həmçinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə fəaliyyət göstərən müəllimlərin qiymətləndirilməsi aparılacaq. Daha sonra Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz Regional Mədəniyyət idarələri üzrə ilin sonunadək fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə attestasiyanın yekunlaşdırılması planlaşdırılır.

İlkin mərhələdə ümumilikdə 4100 müəllimin attestasiyadan keçirilməsi nəzərdə tutulur.

Qiymətləndirmə prosesinə fortepiano və musiqi nəzəriyyəsi ixtisaslarından başlanılması məsələsinə toxunan Cəsarət Valehov deyib ki, bu ixtisaslar üzrə müəllimlərin sayı bütün müəllimlərin ümumi sayının 57 faizini (fortepiano 45%, musiqi nəzəriyyəsi 12%) təşkil edir.

Diqqətə çatdırılıb ki, hər bir ixtisas üzrə attestasiya proqramı hazırlanıb, qanunvericiliyə əsasən, prosesin başlanmasına bir ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan müəllimlərə veriləcək. Proqramlar nazirliyin https://culture.gov.az rəsmi səhifəsində də yerləşdiriləcək.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Dekabr 2024 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri