Icma.az
close
up
RU
Attestasiya imtahanı verən iki minə yaxın şagirdin qiyməti DƏYİŞDİRİLDİ

Attestasiya imtahanı verən iki minə yaxın şagirdin qiyməti DƏYİŞDİRİLDİ

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Martın 2-də və 9-da keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı Apellyasiya Komissiyasının məlumatı açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Son 3 ilin apellyasiya statistikası: Müraciət sayı cari illə müqayisədə elə də çox deyil

İlk növbədə aşağıdakı cədvəldə son 3 ildə imtahan nəticələri ilə bağlı apellyasiya üçün müraciət edənlərin sayı və bu sayların bütün iştirakçıların sayı üzrə faizi təqdim edilib.

İl

İmtahanda iştirakçı sayı

Ərizə sayı

Ərizələrin nisbi sayı (%)

2023

97 761

9 073

9.28

2024

100 864

10 492

10.40

2025

115 273

10 980

9.53

Göründüyü kimi, cari ildə apellyasiya üçün edilən müraciətlərin sayı ilə bağlı faiz göstəricisi əvvəlki illərlə müqayisədə çox deyil. Başqa sözlə, cari ildə yalnız say baxımından görünən cüzi artım əslində imtahan iştirakçılarının ümumi sayının ötən illə müqayisədə çox olması ilə bağlıdır. Ərizələrin nisbi sayında isə əksinə nisbətən azalma var. Bundan əlavə, çox təəssüf ki, sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində ümumilikdə müraciət sayları iştirakçıların şikayəti kimi təqdim edilir. Halbuki real mənzərə fərqlidir və aşağıdakı rəqəmlərdə də bunun şahidi olmaq mümkündür.

10 minə yaxın şagird apellyasiya üçün müraciət edib

Bu il keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına ümumilikdə 10 980 şagird 31 982 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Edilən bütün müraciətlər araşdırılıb, haqlı iradlar nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isə şagirdlərin elektron apellyasiya ərizələrinə hər iş üzrə ekspert rəyi əlavə edilib.

Ərizə sayı

O cümlədən boş yazı işi sayı

O cümlədən tam bal almış iş sayı

10 980

340

532

Boş və tam ballıq işlərə də müraciətlər olub

Göründüyü kimi, müraciətlərin 340-ı boş yazı işi (bu işlərdə şagirdlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 532-si isə tam bal ilə qiymətləndirilmiş işlərə (bu işlər yoxlama vaxtı markerlər tərəfindən tam bal ilə qiymətləndirilib) aid olub. Tam ballıq işlərə aid müraciətlər də araşdırılıb və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılıb. Şagirdlər artıq elektron apellyasiya ərizələrinə (apelyasiya.dim.gov.az) daxil olaraq komissiyasının qərarları ilə tanış ola bilərlər. Qeyd edək ki, apellyasiya prosesinin başa çatması ilə bağlı şagirdlərin elektron apellyasiya ərizələrində yazdıqları mobil telefon nömrələrinə SMS məlumat da göndərilib.

İmtahanlarda yerinə yetirilmiş yazı işi sayı

2.7 milyondan çox

Düzəliş edilmiş yazı iş sayı

2 129 (0.08%)

O cümlədən yerdəyişmə halları ilə bağlı

553

O cümlədən xəttin çətin oxunması halları ilə bağlı

9

O cümlədən çərçivədən kənara çıxma halları ilə bağlı

5

O cümlədən qiyməti azaldılmış iş sayı

30

115 min iştirakçıdan cəmi 1.58%-nin qiyməti dəyişdirilib

Apellyasiya komissiyası tərəfindən imtahanda iştirak edən 115 273 şagirdin 1 824-nün qiymətində düzəliş edilib. Bu, imtahan iştirakçılarının 1.58%-ni təşkil edir. Düzəliş edilən yazı işlərinin sayı isə 2 129-dur. Bu isə hər iki imtahan üzrə birlikdə bütün yazı işlərinin cəmi 0.08%-ni təşkil edir. Bu rəqəmlər kütləvi imtahanlar üçün adi qəbul olunan statistik göstəricidir.

Qeyd edək ki, şagirdlər imtahanlarda 2.7 milyondan çox yazı işi yerinə yetiriblər.

Düzəlişlərin səbəbləri və təfərrüatlar

Bundan əlavə, 2 129 düzəlişdən 553-ü yerdəyişmə halları (cavab vərəqində bir tapşırığa aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıq üçün nəzərdə tutulmuş hissəyə yazılması halları), 9-u şagirdin xəttinin çətin oxunması, 5‑i cavab vərəqində yazı işinin yerinə yetirilməsi üçün nəzərdə tutulan çərçivədən kənara çıxma halları, qalanları isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən səhvlərlə bağlıdır. 30 halda (2 mart imtahanı üzrə 22 və 9 mart imtahanı üzrə 8) yazı işinə verilən bal ekspertlərin rəyi ilə endirilib.

Dəyişiklik edilən işlərlə bağlı müvafiq düzəlişlər 26-27 may 2025-ci il tarixlərində şagirdlərin imtahan nəticələri səhifəsində verilən yekun ballarında öz əksini tapacaq.

Xarici dil, tədris dili və riyaziyyat fənləri üzrə əsas müraciət səbəbləri

Xarici dil fənləri üzrə xəttin oxunmasında ciddi çətinlik olan yazı işləri ilə bağlı müraciətlər çoxluq təşkil edir. Belə müraciətlərdən yalnız dəqiq oxunma mümkün olan hallarda düzəliş edilib. Oxunması mümkün olmayan işlərlə bağlı hər hansı düzəliş edilməyib.

Tədris dili fənləri (Azərbaycan dili və rus dili) üzrə mətnə aid tapşırıqlar cavablandırılarkən mətnə heç bir aidiyyəti olmayan məlumatların yazıldığı işlərlə bağlı müraciətlər çoxluq təşkil edir. Tapşırığın tələbi yerinə yetirilmədiyi üçün belə yazı işlərində düzəliş edilməyib.

Riyaziyyat fənni üzrə yalnız cavab yazıldığı və həll prosesinin ümumiyyətlə olmadığı və ya həllin yalnız son mərhələsinin yazıldığı və digər mərhələlərinin yazılmadığı hallara aid müraciətlər çoxdur. Əvvəlcədən məlum olduğu kimi, yazı işi tapşırıqlarında həllin bütün mərhələlərinin yazılması tələb olunduğu üçün bu tip yazı işlərində də düzəliş edilməyib.

Bir çox müraciətlər nəticə ilə tanış olmadan edilib

Qeyd edək ki, bir çox müraciətçilər nəticə elan edildikdən sonra onların elektron səhifələrinə yerləşdirilən yazı işləri, qiymətləndirmə meyarları və hər tapşırıq üzrə aldıqları ballarla tanış olmadan kütləvi şəkildə birbaşa apellyasiya üçün müraciət ediblər.

Apellyasiya prosesi necə aparılıb?

Şagirdlərin nəzərinə çatdırırıq ki, apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılıb:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılıb;

Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilib;

Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı SMS göndərilib.

Şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 May 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri