Texnologiya Universiteti Özbəkistan ali təhsil müəssisələri ilə əməkdaşlıq şəbəkəsini genişləndirir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Gəncə, 30 may, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universiteti ilə Özbəkistanın Fərqanə Dövlət Universiteti, Əndican Dövlət Universiteti və Namanqan Dövlət Texniki Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, müqavilələrə Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Fərqanə Dövlət Universiteti, Əndican Dövlət Universiteti və Namanqan Dövlət Texniki Universitetinin rektorları tərəfindən Azərbaycan–Özbəkistan Birinci Rektorlar Forumu çərçivəsində imza atılıb.
İmzalanmış müqavilələr ali təhsil müəssisələri arasında elmi və akademik əlaqələrin genişləndirilməsini, birgə tədqiqat layihələrinin həyata keçirilməsini, tələbə və müəllim mübadiləsini, ortaq təlim proqramlarının hazırlanmasını, innovasiya və texnologiya sahəsində əməkdaşlığın qurulmasını nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 30 May 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















