Icma.az
close
up
RU
ATU “Times Higher Education Impact Rankings” reytinqində mühüm irəliləyiş əldə edib

ATU “Times Higher Education Impact Rankings” reytinqində mühüm irəliləyiş əldə edib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan Tibb Universiteti (ATU) beynəlxalq nüfuzlu “Times Higher Education” (THE) “Impact Rankings 2025” reytinq cədvəlində 200 pillə irəliləyib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, ATU Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə həyata keçirdiyi fəaliyyətlərini beynəlxalq səviyyədə təsdiqləyərək iki istiqamət üzrə dünyanın ən reytinqli universitetləri arasında yer alıb. Belə ki, ATU BMT-nin 3-cü DİM olan “Yaxşı səhiyyə və rifah” üzrə dünyanın 1788 universiteti arasında 301-400-cü qrupda yer tutub. Universitet 4-cü DİM olan “Keyfiyyətli təhsil” üzrə isə dünyanın 1975 universiteti arasında 401-600-cü qrupda yerləşib.

Qeyd edək ki, ötən ilin nəticələri ilə müqayisədə ATU reytinq cədvəlində hər iki istiqamət üzrə 200 pillə irəliləyib.

ATU 3-cü DİM üzrə ölkəmizdə lider mövqeyini qoruyub saxlayır. “Yaxşı səhiyyə və rifah” istiqaməti üzrə universitetin yüksək nəticə əldə etməsi tibb və səhiyyə sahəsində elmi nailiyyətlərini, klinik təcrübədə tətbiq olunan yenilikləri və ictimai səhiyyəyə verdiyi töhfəni əks etdirir. Müasir tibb kadrlarının hazırlanması, səhiyyə layihələrində aktiv iştirak bu uğurun əsasını təşkil edir. 4-cü DİM - “Keyfiyyətli təhsil” istiqamətində əldə edilən uğur ATU-da tədrisin müasirləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və müəllim heyətinin inkişafına yönəlmiş fəaliyyətini əks etdirir. Bu addımlar tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaradır və reytinqdə yüksəlişi təmin edir.

ATU-nun rektoru professor Gəray Gəraybəyli bu uğuru universitetin dayanıqlı inkişafa, təhsilin keyfiyyətinin yüksəldilməsinə, elmi tədqiqatların inkişafına və beynəlxalq akademik inteqrasiyaya verdiyi strateji önəmin göstəricisi kimi qiymətləndirir: “Times Higher Education Impact Rankings reytinqində qazandığımız bu uğur komandamızın birgə səylərinin və qlobal məqsədlərə uyğun strategiyamızın bariz göstəricisidir. Bu nəticə bizi daha da böyük nailiyyətlərə ruhlandırır”.

“Times Higher Education Impact Rankings” reytinqi dünyanın ali təhsil müəssisələrini BMT-nin DİM-ə verdikləri töhfəyə əsasən qiymətləndirir və sosial məsuliyyət, elmi töhfə, təhsil təşəbbüslərinin və tərəfdaşlıq aspektlərini əhatə edir. Bu reytinq yalnız akademik göstəriciləri deyil, həm də universitetlərin cəmiyyətə göstərdiyi real təsiri nəzərə alır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri