ATU və GİBTÜ arasında elmi və tədris əməkdaşlığına dair müqavilə imzalanıb FOTO
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Tibb Universiteti (ATU) ilə Gaziantep İslam Bilim ve Teknoloji Universiteti (GİBTÜ) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə APA-ya ATU-dan məlumat verilib.
İmzalanma mərasimində ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək qonaqlara universitetin fəaliyyəti haqqında ətraflı məlumat verib. O, ATU-nun 95 illik zəngin tarixə və formalaşmış akademik ənənələrə malik aparıcı ali tibb təhsili müəssisəsi olduğunu bildirib və universitetin hazırda 30-dan çox Türkiyə universiteti ilə əməkdaşlıq etdiyini vurğulayıb.
Rektor qeyd edib ki, imzalanan saziş iki ali təhsil müəssisəsi arasında elmi və tədris əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. Bu sənəd qarşılıqlı təcrübə mübadiləsi, birgə layihələrin icrası və akademik əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Professor Gəray Gəraybəyli sazişin gələcəkdə hər iki universitet üçün yeni imkanlar açacağını və uzunmüddətli, səmərəli tərəfdaşlığın əsasını qoyacağını bildirib.
Gaziantep İslam Bilim ve Teknoloji Universitetinin rektoru, professor Şehmus Demir çıxışında rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Türkiyənin ən yeni və gələcəyə yönəlmiş dövlət universitetlərindən biri olduğunu qeyd edib. O bildirib ki, universitetin əsas hədəfi İslam mədəni irsi ilə müasir texnologiyanın sintezidir. Rektorun sözlərinə görə, GİBTÜ 5 əsas fakültə və bir neçə əlavə təhsil vahidi ilə fəaliyyət göstərir, tədris proqramları isə müasir texnologiya, İslam elmləri və sosialyönümlü sahələri özündə birləşdirir. Universitetin kampusu Qaziantep şəhərinin müasir bölgəsində yerləşir.
Görüşdə, həmçinin ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev və GİBTÜ-nin Mühəndislik sahəsi üzrə rektor köməkçisi Professor Metin Bedir çıxış edərək, hər iki ali təhsil müəssisəsində son illərdə aparılan islahatlar, beynəlxalq əməkdaşlıq imkanları və gələcək birgə fəaliyyət perspektivləri barədə fikirlərini bölüşüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 25 Dekabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















