Icma.az
close
up
RU
ATV nin keçmiş prezidentinə 6 il həbs cəzası verildi: “1 milyon, 500 min pul istəyib, övladının ölümü ilə alver edənlər var”

ATV nin keçmiş prezidentinə 6 il həbs cəzası verildi: “1 milyon, 500 min pul istəyib, övladının ölümü ilə alver edənlər var”

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azad Azərbaycan” telekanalının (ATV) keçmiş prezidenti, iki ilə yaxındır həbsdə olan Tağı İbrahimova noyabrın 19-da hökm oxunub.

Bizimyol.info xəbər verir ki, Tağı İbrahimov 2024-cü ilin yanvarında paytaxtın 7-ci mikrorayon ərazisindəki mebel sexində 10 nəfərin öldüyü yanğınla əlaqədar təqsirli bilinərək, 6 il azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyilə çıxarılan hökmə əsasən, yanğına görə “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sahibi Tağı İbrahimovla birlikdə müəssisənin inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən 33 yaşlı Toğrul Rzayev də 6 il azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması) maddəsilə təqsirli bilinib. Tağı İbrahimov bundan əlavə, külli miqdarda vergidən yayınmaqda da ittiham olunur.

Bu məhkəmə prosesində yanğın zamanı dünyasını dəyişmiş 10 nəfərin hüquqi varisləri və hadisə vaxtı xəsarət alan şəxslər zərərçəkmiş qismində dindirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də zərərçəkmişlər arasındadır.

Məhkəmə zərərçəkmişlərə maddi ziyanın ödənilməsini, onların əksəriyyətinin şikayətçi olmamasını yüngülləşdirici hal kimi nəzərə alıb.

1962-ci il təvəllüdlü Tağı İbrahimov məhkəmədə ifadəsində bildirib ki, ali təhsillidir, həbs olunanda təqaüddə idi. Özünü təqsirli bilmədiyini deyən Tağı İbrahimovun sözlərinə görə, hadisənin baş verdiyi müəssisə ona məxsus olsa da, oranı icarəyə vermişdi, başqa şəxslər idarə edirdi. Bu səbəbdən baş verənlərə görə o, məsuliyyət daşımadığını qeyd edib: “Cavabdehlər oranı icarəyə götürüb, idarə edənlərdir”.

Tağı Əhmədov qeyd edib ki, orada yanğın yox, birbaşa partlayış olub. Onun fikrincə, əgər yanğın olsaydı, tələfat bu qədər çox olmazdı, insanlar qaçıb canlarını qurtara bilərdilər. O, əlavə edib ki, obyektdə fövqəladə hallar üçün yanğın balonları da quraşdırmışdılar. Ona hesablanmış 693 min manatlıq vergi ilə razılaşmasa da, bu məbləği ödədiyini hakimlərin diqqətinə çatdıran Tağı İbrahimov bəzi zərərçəkmişlərdən də narazılıq edib: “1 milyon, 500 min pul istəyib, övladlarının ölümü ilə alver edənlər var. İstənilən halda, mən mümkün qədər zərərçəkmişlərə ödəniş etmişəm”.

Qeyd edək ki, hadisə 2024-cü il yanvarın 15-də Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən mebel sexində baş verib. Yanğın nəticəsində 10 nəfər ölüb, 23 nəfər xəsarət alıb.

İttihama əsasən, sexdə taxta materialların emalı zamanı yaranmış taxta tozu və kimyəvi tərkibli materialların buxar qarışığı təmizlənməyib. Bu səbəbdən minimum konsentrasiya limitinin aşılması nəticəsində partlayış baş verib.

Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, vaxtilə Azərbaycanın Ukraynada səfiri olmuş Nazim İbrahimovun, eləcə də “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Noyabr 2025 06:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri