İstanbulda ana və iki övladının ölümü ilə bağlı 11 nəfər saxlanılıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
İstanbul, 17 noyabr, Günel Karatepe, AZƏRTAC
İstanbulun Fatih bölgəsində ana və iki övladının şübhəli şəkildə həyatını itirməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan şübhəlilərin sayı 11-ə çatıb.
AZƏRTAC xəbər verir ki, nəzarətə alınanlar arasında ailənin qaldığı hotelin və yemək yediyi restoranın sahibləri də var. Hadisə ilə bağlı başladılan istintaq çərçivəsində ailənin qaldığı hotel tamamilə boşaldılıb.
Qeyd edək ki, noyabrın 9-da Almaniyadan İstanbula gələrək Fatihdə bir hoteldə qalan Servet və Çiğdem Böcek ailəsi, uşaqları Kadir Muhammet və Masal ilə birlikdə noyabrın 12-də ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya yerləşdiriliblər. Uşaqların həyatını xilas etmək mümkün olmayıb. Noyabrın 14-də isə ana vəfat edib. Atanın müalicəsi davam etdirilir.
Onlar şəhərin Beşiktaş rayonundakı bir restoranda yemək yedikdən sonra qida zəhərlənməsi şübhəsi ilə Fatih rayonunda qaldıqları hoteldən xəstəxanaya aparılıblar. Bir ailənin 3 üvü həyatını itirib.
Ailənin olduğu hoteldə qalan daha iki turist də ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanada müalicəyə götürülmüşdü.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 17 Noyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















