Icma.az
close
up
RU
ATXƏM sədri: “Azərbaycanlılarla yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış süngüdən keçirilib”

ATXƏM sədri: “Azərbaycanlılarla yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış süngüdən keçirilib”

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Azərbaycan tarixinə son əsrlərdə faciələr və soyqırımlarla bağlı yazılmış qanlı səhifələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmış dəhşətli hadisələrdir. 
1918-ci il martın 30-dan başlayaraq aprel 3-nə qədər Bakı şəhərində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni və rus-bolşevik silahlı dəstələri, terrorçu təşkilatları uşaqlara, yaşlılara belə acımayaraq azərbaycanlıları kütləvi şəkildə, vəhşicəsinə qətlə yetirmişlər.
Azərbaycanlılarla yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq abidələrimizi, məktəbləri, xəstəxanaları, məscidləri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında ATXƏM İB-nin sədri İlham İsmayılov bildirib. 
Rəsmi mənbələrə istinad olaraq bu soyqırım nəticəsində 50 minə yaxın soydaşımız amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür, yüzlərlə kənd tamamilə yandırılmış, yerlə yeksan edilmiş, əhalisi məhv edilmişdir:
“On minlərlə soydaşlarımız qaçqın düşmüşdür. Bu soyqırımlar öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.
Sovet hakimiyyəti dövründə bu hadisələri xalqımızın qan yaddaşından silməyə çalışsalar da, buna nail ola bilmədilər. 
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi, uzun illər gizli saxlanılan həqiqətlər üzə çıxdı, tədqiqatlar aparılmağa başlandı, axtarışlar genişləndirildi. Təkzibolunmaz arxiv sənədləri, soyqırımları təsdiqləyən çoxsaylı faktlar aşkarlandı. 
Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə  Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi”.
O bildirib ki, erməni daşnak-bolşevik silahlı dəstələri və terrorçu təşkilatlarının ötən əsrin əvvələrində xalqımıza qarşı törətdikləri soyqırımın həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb:
“Prezidentimizin apardığı hücum diplomatiyası nəticəsində Ermənistanın  terrorçuluq, hərbi təcavüz və silahlı separatçılıq siyasəti ifşa olunur, Azərbaycan öz haqq səsini bütün dünyaya çatdırır. 
Qeyd etməyi özümüzə borc bilirik ki,  bütün bu qətliamların qarşısı Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun qardaşlıq köməyi sayəsində alındı. 
Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik”.
Əfsanə Kamal
Demokrat.az

 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 Mart 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri