“Audi” şirkətinin mənfəəti gözlənilmədən artıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 17 mart, AZƏRTAC
Ötən il “Audi” avtomobil istehsalçısının mənfəətində artım qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, şirkət vergi sonrası hesabatında 4,6 milyard avro qazanc əldə etdiyini açıqlayıb. Bu isə əvvəlki illə müqayisədə 10 faiz artım deməkdir. Buna baxmayaraq, avtomobil istehsalçısının əməliyyat mənfəətində 14 faizlik azalma müşahidə olunub.
Bir çox Avropa şirkəti kimi “Audi” də ABŞ tarifləri, karbon qazı tənzimləmələri və Çində elektromobillər üzrə rəqabətin güclənməsi səbəbindən çətinliklərlə üzləşib. Almaniyanın avtomobil nəhəngi 2027-ci ilədək 6 min iş yerini ixtisar etməyi planlaşdırdığını elan edib və bu prosesin böyük hissəsi artıq icra olunub. Bununla, şirkət cari ildə əməliyyat mənfəətini artırmağı və gəlirləri sabit saxlamağı hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 17 Mart 2026 20:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















