Rəis müavini: AZAL ın Qəbələdəki mərkəzində 40 dan çox pilot təlim alır
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
"Azərbaycan Hava Yolları"nın (AZAL) Qəbələdə yerləşən Uçuş Heyətinin Hazırlığı Mərkəzində 2024-cü ildən indiyədək 17 pilot hazırlanaraq sərnişin aviaşirkətinə təhvil verilib.
"APA-Economics" xəbər verir ki, bu barədə Qəbələdə yerləşən "Azərbaycan Hava Yolları" QSC-nin Uçuş Heyyətinin Hazırlığı Mərkəzinin rəis müavini Seymur Quliyev Mərkəzə təşkil olunmuş media-tur çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Mərkəz 2024-cü ildə təlim təşkilatı statusu əldə edib: "Bu status yerli pilot kadrlarının hazırlanması imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".
Seymur Quliyev qeyd edib ki, hazırda Mərkəzdə 41 stajor pilot təlim keçir. Mərkəzin hava gəmiləri parkına 5 ədəd "Cessna" tipli təyyarə daxildir və ilin sonunadək daha 5 hava gəmisinin parka ələvə olunması planlaşdırılır.
"Hava gəmilərinin sayının artırılması təlim imkanlarını genişləndirəcək və yerli pilot kadrlarının hazırlanmasına töhfə verəcək", - Seymur Quliyev vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 12 Noyabr 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















