Icma.az
close
up
RU
Auditorlar Palatası şurasının növbəti iclasında bir sıra aktual məsələlər müzakirə edilib

Auditorlar Palatası şurasının növbəti iclasında bir sıra aktual məsələlər müzakirə edilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 23 dekabr, AZƏRTAC

Auditorlar Palatası şurasının növbəti iclası keçirilib.

Auditorlar Palatasından AZƏRTAC-a bildirilib ki, iclasda palatanın şura üzvləri və aidiyyəti struktur bölmələri, auditor təşkilatlarının rəhbərləri və sərbəst auditorlar, şura yanında komitə sədrləri iştirak ediblər.

İclasda gündəliyə uyğun olaraq auditor fəaliyyətinin təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması, beynəlxalq standartların tətbiqi, etik qaydalara dair auditorların öhdəlikləri və məsuliyyətləri kimi bir sıra aktual məsələlər, o cümlədən Auditorlar Palatası şurasının 2026-cı il üzrə iş planının layihəsi, auditorlar tərəfindən etik qaydalara əməl edilməsinin gücləndirilməsi məsələləri müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Auditorlar Palatası şurasının 2026-cı il üzrə iş planının layihəsi auditor fəaliyyətinin milli qanunvericilik və beynəlxalq standartlar çərçivəsində təkmilləşdirilməsi, mövcud təlimatların, metodik vəsait və digər sənədlərin yenilənməsi, Palatanın tam hüquqlu üzv olduğu Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) üzvlük öhdəliklərinin yerinə yetirilməsi, auditdə süni intellekt və data-analitika əsaslı alətlərin tətbiqi üzrə ilkin yanaşmaları, yenilənən standartlara dair auditorlar üçün şərhlərin hazırlanması və müvafiq təlimlərin təşkili, keyfiyyətə nəzarət sisteminin təkmilləşdirilməsi, peşəkar etik tələblərə əməl edilməsinin gücləndirilməsi, auditorların ƏL/TMM üzrə riskəsaslı nəzarət mexanizmlərinə dair bilik və bacarıqlarının artırılması, auditorların davamlı peşəkar inkişafı üzrə tədbirlərin genişləndirilməsi, auditdə haqsız rəqabətə qarşı mübarizə kimi strateji prioritetləri özündə ehtiva edir.

Gündəliyin digər məsələsi “Əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində auditor fəaliyyəti üzrə risklərin qiymətləndirilməsinə dair Metodologiya”nın layihəsinin müzakirəsi zamanı vurğulanıb ki, təqdim edilən metodologiya auditorlar tərəfindən ƏL/TMM sahəsində risk əsaslı yanaşma, potensial risklərin vaxtında müəyyənləşdirilməsi və nəzarət mexanizmlərinin effektivliyinin artırılması kimi məsələləri özündə əks etdirir.

İclasda, həmçinin 2025-ci il ərzində səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılmış auditlərin vəziyyətinə dair arayış dinlənilib və diqqətə çatdırılıb ki, Palatanın bu istiqamətdə məqsədi səlahiyyətli dövlət orqanlarının, o cümlədən hüquq-mühafizə orqanlarının sifarişi ilə auditorlar tərəfindən aparılan yoxlamaların keyfiyyətinin yüksəldilməsindən, yoxlamaların nəticələrinin düzgün rəsmiləşdirilməsindən, aidiyyəti üzrə müəyyən edilmiş müddətlərdə təhvil verilməsini təmin etməkdən və Auditorlar Palatası tərəfindən koordinasiya işinin, habelə auditorların fəaliyyətinə qanunla müəyyən olunmuş hədd çərçivəsində nəzarətin təşkilindən ibarətdir.

Daha sonra auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılmış auditlərin keyfiyyətinin monitorinqinin həyata keçirilməsi üzrə 2026-cı il üçün plan-qrafiklər təsdiq edilib. Bildirilib ki, təsdiq edilən plan-qrafiklər auditor xidmətlərinin keyfiyyətinin artırılmasına, Beynəlxalq Audit Standartlarına əməl olunmasına və auditorların məsuliyyətinin gücləndirilməsinə yönəlmiş ardıcıl və sistemli monitorinq tədbirlərini nəzərdə tutur.

Auditorlar Palatası tərəfindən 2025-ci il üzrə Beynəlxalq Audit Standartlarına və Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinə (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) edilmiş son dəyişikliklərin tərcüməsi və nəşri məsələsinin müzakirəsi zamanı qeyd edilib ki, bu dəyişikliklərin və yeniliklərin operativ şəkildə auditorlara çatdırılması beynəlxalq peşə standartlarına uyğun fəaliyyətin təmin edilməsi və auditorların biliklərinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Sonda Auditorlar Palatasının Şurası tərəfindən 2026-cı ilin “Auditdə peşə etikası ili” elan edilməsi barədə qərar qəbul edilib. Qeyd edilib ki, bu təşəbbüs auditor fəaliyyətində etik prinsiplərin, müstəqilliyin, obyektivliyin və ictimai etimadın daha da möhkəmləndirilməsinə xidmət etməklə, auditor peşəsinin nüfuzunun artırılmasına mühüm töhfə verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:25
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri