Avar dövlətinin ilk hökmdarı Bayan Xaqan
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
Batı və Doğu Roma İmperatorlukları artıq Hunlardan qurtulduqlarına inanırdılar.Tanrının kırmacı Attilanın yerində onu əvəz edəcək tək oğlu qalmamışdı.Barışçı qonşular halına gəlmiş Hun Türkləri artıq hər iki Roma imperatorluğunun sərhədlərini rahatsız etmir və vergilər ödəyərək tabe olmuşdular. Avar Türklərinin və Bayan xaqanın zühuru ilə bütün Avropanı yenidən qorxu sardı.Bu türk qövmü avar adıyla hər yerdə böyük qorxu və sayğı yaratmışdı.
Beləcə Avar –Hun soyu Bizans taxtının önünə gələrək ondan torpaq istəyirdi.Torpaq verilməzsə, Bizansı slavyan xalqlarından qorumayacaqlarını bildirmişdilər.Bu dövrdə Xəzər dənizi sahillərində Ağ Hunlar, On-Oğuzlar, Sabarlar yaşayırdılar.
Dövlət Avar Xaqanı olan Bayan tərəfindən qurulmuşdur. 562-ci ildə avarların başına keçən I Bayan çox qabiliyyətli bir idarəçi və döyüşçü olmuşdur.
I Bayan Avarların (Uarların) 562-602-ci illər arasında hökm sürən ilk xaqanıdır. Göytürk basqınlarından qaçan avarların vəziyyəti ilk baxışdan ümidsiz görünürdü. Arxadan onları Göytürklər təqib edirdi,qabaqlarını isə müharibələrə öyrəşmiş, qələbənin sirlərini bilən güclü,varlı və çoxsaylı xalqlar kəsmişdilər.
Avarların ilk vəzifəsi düşməndən uzaqlaşmaq idi. Həmin dövrdə Orta Asiyada eftalitlərin (Ağ Hunlar) fəallaşması və Göytürk xaqanı İsteminin diqqətini yayındırmaları (İstemi deyirdi: “Avarlar quş deyillər ki, havaya uçub türk qılıncından canlarını qurtarsınlar,avarlar balıq deyillər ki,suya baş vurub dənizin dərinliklərində gizlənsinlər. Onlar da başqaları kimi yerin üstündə yaşayırlar. Eftalitlərlə qurtaran kimi avarların üzərinə gedəcəyəm, onlar əlimdən qaçıb qurtara bilməzlər”) avarlar üçün xilas yoluna çevrildi.
İstemi eftalitlərə qarşı fəal mübarizəyə yalnız 561-ci ildə- Xosrov Ənuşirvan Yustinianla sülh bağlayıb diqqətini şərqə yönəldiləndən sonra başladı.Orta Asiyada (Türküstan) həlledici sülh yalnız 571-ci ildə bağlandı və yalnız bundan sonra Göytürklər təzədən qərbə üz çevirdilər. Lakin yaranmış fasilədən çox bacarıqla istifadə edən avarlar artıq İstemi üçün əlçatmaz idilər.
Göytürklərdən uzaqlaşan avar xaqanı Bayan xaqan özünə müttəfiq axtarmağa başladı. Onlar alanların başçısı Sarosiydən Bizansla yaxınlaşmaqda kömək göstərməyi xahiş etdilər.Sarosiy avarlara yardım əli uzatmaq qərarına gəldi və onların elçisinin Lazikə gətirilməsini təmin etdi.Buradan isə həmin elçi Konstantinopola göndərildi, lakin Bizans sarayında avar türklərinin elçisini könülsüz və inamsız qəbul etdilər.Buna baxmayaraq, Yustinian Vladimirin başçılığı ilə cavab elçiləri göndərdi.Vladimir avarlara hədiyyələr gətirdi və onlara imperiyanın düşmənlərinə qarşı (həmin dövrdə əsas düşmən Sasanilər sayılırdı) birlikdə mübarizə aparmağı təklif etdi. Lakin avarlar Bizansın düşmənləri əvəzinə müttəfiqləri üzərinə hücuma keçdilər.
Onların ilk qurbanları sabarlar oldu. Sabarlar məğlub olduqları avarları (abar) kimi qəbul etdilər.Avropa tarixi mənbələrinin hamısında avarlardan türk kimi bəhs edilmişdi. Avarlar sabarların süqutundan sonra alanlar və oğuzları da özlərinə tabe edib, Bizans dövlətinə növbəti dəfə səfir göndərərək vergi ilə ərazi istədilər. Avarlar uturqurlarla müharibəyə başladılar,bunun ardınca isə öz yürüşləri ilə antların yurduna süpürgə çəkdilər. “Ant hakimləri müflis vəziyyətə salındı və ümidlərini itirdilər.
Bizans elçisi Valentinin Avar xaqanlığına elçiliyindən sonra avarlar məhz Bizansın müttəfiqlərini-sabarları,uturqurları və antları əzdilər.Bütün bunların Bizansın mənafeləri bir araya sığmadıqları təbiidir ki, nəticədə Sasani tərəfi udurdu.
Bizanslıların gücsüzlüyü qarşısında Bayan xaqan taxta çıxan il 562-ci ildə Dunayın aşağı qismini işğal edib,bizanlılarla qonşu olmuşdu. Aşağı Dunay bölgələri avarlar tərəfindən işğal olunmuşdu. Qərblilər avar adını “Abar” və “Avar” şəklində işlətmişlər, daha çox “Avar” şəklində söylənirdi. Öncə Antları,sonra Vendləri və Slovenləri məğlub etmişdilər. Lakin yunanların düşməni kimi tanınan kuturqur başçısı Zaberqan şübhəsiz, avarların simasında Bizans və onun dostları-antlar və uturqurlarla mübarizə üçün zəruri olan yeni müttəfiq tapmasına şad idi. Doğrudan da avarlar uturqurları məğlubiyyətə uğradıb arxadan kuturqurların təhlükəsizliyini təmin etdikdən sonra Zaberqan Balkanlara yeni yürüşə çıxdı və Konstantinopol divarlarına qədər çatdı. Avar səfirliyindən dərhal sonra Göytürk elçiliyi də Konstantinopola gəldi və burada yaxşı qarşılandı. Çox ehtimal ki,bu elçilik də Bizans-Avar münasibətlərinin soyumasında müəyyən rol oynadı.
Beləliklə, Sasani dövləti diplomatiyası Bizansa qarşı güclü düşmən yaratmaq və təhlükəli qonşuları öz sərhədlərindən Balkanlara yönəltmək baxımından mühüm qələbə qazandı. Sonradan görəcəyimiz kimi fars-avar ittifaqı 628-ci ilə qədər davam etdi və az qalmışdı ki, Bizans imperiyasının axırına çıxsın.
Antlar avarlarla razılığa gəlməyə cəhd edirdilər.Bu məqsədlə də səfir Mizamiri onların yanına göndərmişdilər. Onun əsas vəzifəsi əsirlərin satın alınması idi. Lakin avarların yanına gələn Mizamir özünü elə lovğa və kobud apardı ki,elçi toxunulmazlığına baxmayaraq öldürüldü. Səfirə divan tutulduqdan sonra da avarlar antları soymağı və kölə vəziyyətinə salmağı davam etdirirdilər.
Əslində belə bir fikir qətiyyən yolverilməzdir ki, avarlar yalnız Konstantinopola üz tutmuşdular və hətta danışıqların uğur qazanacağı təqdirdə Ktezifonu qətiyyən nəzərə almırdılar. Əgər avarlarla farsların öz aralarında ittifaq bağlamaları ehtimalını qəbul etsək,onda avarların nəyə görə Qafqazdan uzaqlaşmaq məcburiyyəti qarşısında qaldıqları məlum olar.Bizansın sadiq müttəfiqi olan Alan knyazı Sarosiy bu çəraitdə avarlara kömək göstərə bilməzdi.Yardımdan məhrum olan avarlar isə qazandıqları qələbələrə baxmayaraq Ön Qafqazda möhkəmlənə bilmədilər.Üstəlik də onların arxasında Göytürklərin qüdrətli hərbi qüvvəsi dayanırdı.
Bayan xaqan 565-ci ildə slavyan tayfalarını ağır məğlubiyyətə uğradaraq Mərkəzi Karpatı ələ keçirmişdi.Bizans xərac vermək məcburiyyətində qalmışdı. Lanqobardlarla ittifaq bağlayaraq hepidləri özünə tabe etmişdi.
Çinli tarixçilər isə avarlara “Saç hörən türk qövmi” demişdilər.Çünki avarlar: qadın-kişi saçını uzadıb hörürdü.
565-ci ildə imperiyanın kifayət qədər qüdrətli sayan Yustinian avarlara hədiyyələr verilməsini dayandırdı. Lakin Bayan xaqanın gücü artmışdı. 565-ci ildə onlar artıq Tyurinqiyanı yerlə yeksan etmişdilər və frank kralı Sigerberqlə uğurla döyüşürdülər. 567-ci ildə avarlar lanqobardlarla ittifaqda Bizansa yardım göstərən lepidləri darmadağın edib Tissa vadisini ələ keçirdilər.
Bir il sonra lanqobardlar İtaliyaya çəkildikdə avarlar bütün Pannoniyanın və Mərkəzi Avropanın sahibi oldular. Avar Türklərinin əsas qüvvəsini tamamilə avar xaqanına tabe olan güclü süvari ordusu təşkil edirdi. İlk avar xanı Bayan xaqan olmamışdan öncə 558-ci ildə Bizansı təhdid edərək deyirdi: “Roma torpağına elə adamlar göndərəcəyəm ki,hamısı qırılsa da,bu itki vecimə gəlməyəcək “.Bu sözün ardınca Bizansa yürüşə 10 min seçmə avar süvarisi göndərdi.
Hadisələrin təsviri VI əsrin 60-cı illərində beynəlxalq siyasətin əsas hərəkətverici qüvvəsini üzə çıxarmağa imkan verir. Sasanilər və Bizans barışmaz düşmən idilər. Bizansın əleyhdarları kimi avarlara Sasanilərlə müttəfiqlik lazım idi. Avarların düşməni olan Göytürklər isə bizanslılarla ən yaxın dostluq əlaqələri saxlaya bilərdilər.
Eftalitlərin (Ağ Hunlar) Sasanilər və Göytürklərlə düşmənçilik edən dövlətinin mövcudluğu bu qüvvələrin düzümünü mürəkkəbləşdirirdi.Ona görə İstemi xaqan üçün Xosrov Ənuşirvanla ittifaq Yustinianla danışıqlardan daha cəlbedici idi.Təxminən 560-cı ildə Sasani dövləti və Göytürklər hücum ittifaqı bağladılar-birincilər “şah Perozun ölümünün intiqamını almaq”,ikincilər isə Soqdiananın çiçəklənən şəhərlərini ələ keçirmək üçün müttəfiq olmaq qərarına gəlmişdilər. Eftalitlər iki, hətta üç cəbhədə vuruşmalı oldular,çünki eftalit hökmdarı Mihiraqula Kəşmiri və Pəncabı əldə saxlayaraq hindlilərlə inadlı döyüşlər aparırdı.
Avarlar bütün Şərqi Avropada slavyan xalqlarını özlərinə tabe etdilər.Bir müddət sonra da bugünki Macarıstanı Bayan xaqan işğal etdi.İndi Avar dövləti bir imperatorluq halına gəlmişdi.Qərbdə Avar Türkləri frankları məğlub etdilər.Cənubda isə Bizansın Belqrad və Eszək kimi sərhəd şəhərlərini ələ keçirdilər.
597-ci ildə, avarların xaqanı Bayan xaqan Don çayından Qalliyaya,Slavyan ölkələriinin hamısını işğal edib İtaliyaya qədər böyük bir bölgənin hökmdarı oldu.Bu Avar xaqanlığına german tayfaları və millətləri tabe olmuşdular.
250 ilə qədər hökm sürən avarların Avropadakı təsiri uzunömürlü oldu. German və Slavyan xalqları və sənətləri üzərində təsirləri böyükdü.Macarıstan, Fransa, Albaniya bölgələrinə də təsir etdilər.Çoxsaylı slavyan xalqlarının Balkanlara,Avropa içlərinə dağılıb məskunlaşmaları avarlar sayəsində Bayan xaqan və sonrakı xaqanların sayəsində olmuşdur.Onun üçün avropalı tarixçilər: “Ormanlardan kənara çıxmayan slavyanlar avarlar sayəsində savaşmağı öyrəndilər, qızıl, gümüş və at sürüsü sahibi oldular” deməkdədirlər.
Avarlar tərəfindən tikilən sərhəd qalalarının, Çin səddini andıran divarların və suvarma xəndəklərin qalıqları bu gün belə heyranlıq yaradır.
Avar imperatorluğuna indiki Macarıstan, Albaniya, Çexiya, Slovakiya, Avstriya , Almaniya,Rumıniya və Serbiya ərazisini də əhatə edirdi. Sonra Bayan xaqan 582-ci ildə Bizans sərhəd şəhərlərini aldı və 592-ci ildə İstanbula tərəf Çorluya qədər gəldilər.Avar xaqanı Bayan xaqan Bizans paytaxtını ələ keçirmək üçün müxtəlif hücum üsulları hazırlamışdı.Divarları aşmaq mümkün olmayınca, bu dəfə Bayan xaqan düzəltdirdiyi və Boğazda hazır dözlətdirdiyi yüzlərlə gəmini daha sonra Fateh Sultan II Mehmed təkrar etdiyi kimi Beşiktaşdan torpaq üzərindən təkərlərlə keçirib Qızıl buynuz (türklər Haliç deyir) körfəzinə endirdi.Məqsəd şəhərə körfəzdən girmək idi.
Lakin avar gəmiləri Haliçdəki böyük Bizans gəmilərinin müdafiə xəttini yara bilmədilər.Üstəlk bizanslılar avar gəmilərinin çoxunu yandırdılar.Məğlubiyyətin səbəbini Bizans müəllifləri bu vaxt dənizdə meydana gələn fırtınaya bağlayırlar.Pisidiyalı George,Teodore və Orantio Historica müəllifinə görə Avar gəmiləri hücuma keçdiyi vaxt “ İsanın anası müqəddəs Meri (Məryəm) dənizdə fırtına çıxarmış və fırtına avar gəmilərinə doğru istiqamət götürmüşdü”.
Amma rahib Nikoforun yazdıqları həqiqətə daha uyğundur.Onun qeydlərinə görə Bayan xaqanın uğursuzluğuna səbəb bizanslıların avarların planından xəbər tutması olmuşdu.Bayan xaqanın planını avar ordusundakı bizans casusları xəbər vermişdi.Bundan sonra Bayan xaqan mühasirənin əhəmiyyətsiz olduğunu anlayıb ordusunu şəhər qapılarından çəkərək ölkəsinə qayıtdı. Bayan xaqan uğursuzluqdan çıxaraq növbəti hərbi səfərində bütün İskitiyanı (Skifiya) öz dövlətinə qatmışdır.
Slavyanlar vəsfsiz əsgər olub, çox saylı oldukları halda savaşırdılar və cəsarətlərindən ziyadə vəhşətləri ilə tanınırdılar; Avar Türkləri onlara o qədər az dəyər verirdilər ki,atları olmadığı zaman arabalarına slavyanları qoşurdular. Avar Türklərinə gəlincə,onlar da ataları Hunlar kimi mükəmməl süvari olub, hücum və ani basqınlarda son dərəcədə mükəmməl idilər. Avar xaqanı I Bayan slavyanları Orta Avropa və Balkanlara köç etdirib,orada əkinçilik və sərhədləri qorumağa məmur etdi.Avarlar rus qaynaqlarında Obri, Göytürklərdə isə Apar olaraq bilinirdilər.250 ilə qədər Avropada hökm sürən avarların Avropadakı təsiri uzunömürlü oldu.Çoxsaylı slavyan kütlələrinin Balkanlara,Avropa içlərinə dağılıb məskunlaşmaları avarlar sayəsində olmuşdur.
Baxış sayı:48
Bu xəbər 06 Oktyabr 2026 08:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















