Icma.az
close
up
RU
Avrasiya İnkişaf Bankının Azərbaycanla bağlı müsbət hesabatı

Avrasiya İnkişaf Bankının Azərbaycanla bağlı müsbət hesabatı

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Avrasiya regionundan kapital idxal edən əsas ölkələrdən biridir.

Avrasiya İnkişaf Bankının hesabatında vurğulanır ki, Avrasiya regionu ölkələri kapitalın fəal ixracatçıları kimi çıxış edirlər. 2025-ci ilin birinci yarısının sonuna olan vəziyyətə görə, onların Asiya ölkələrindəki birbaşa xarici investisiyalarının (BXİ) həcmi 56,6 milyard ABŞ dollarına çataraq son bir il yarım ərzində 12,5 faiz artıb.

Bildirilib ki, Avrasiya regionundan Rusiya, Azərbaycan və Qazaxıstan əsas kapital ixracatçıları olaraq qalmaqdadır. Bu 3 ölkənin payına Asiya ölkələrinə yönələn bütün çıxış investisiyalarının, demək olar ki, tam həcmi düşür. Rusiyanın payı 72 faiz təşkil edir ki, bu da onun korporativ sektorunun miqyası və regiondan kənarda elektroenergetika, emal sənayesi və infrastruktur sahələrində tarixi mövcudluğu ilə izah olunur. Azərbaycan əsasən neft-qaz və neft emalı sektorlarına yatırımlar hesabına çıxış BXİ-nin 23 faizini təmin edir, Qazaxıstanın payı isə (4 faiz) maliyyə xidmətləri və daşınmaz əmlak inkişafı sahələrinə investisiyalar hesabına tədricən genişlənir.

Bundan əlavə, hesabatda qeyd olunur ki, Hindistan investisiyaları əsasən Rusiya və Azərbaycanın neft-qaz sektorunda cəmləşib.

Analitikləri vurğulayırlar ki, Türkiyə Avrasiya regionu ölkələrindən investisiya qəbul edən ən böyük ölkədir. Toplanmış investisiyaların həcmi 44 milyard ABŞ dollarına çatıb ki, bu da Türkiyənin Avrasiya regionu ölkələrinə yatırdığı investisiyaların həcmindən (18,6 milyard ABŞ dolları) iki dəfədən çoxdur. Əsas töhfə enerji və neft emalı sektorlarında fəaliyyət göstərən Rusiya və Azərbaycan şirkətləri tərəfindən təmin olunur.

“Sahəvi stuktur baxımından Körfəz ölkələri əsas investisiyalarını neft-qaz sektoruna və elektrik enerjisinə yönəldiblər. Ümumi yatırımların təxminən 43 faizi Türkmənistanda neft hasilatı layihəsinin payına düşür, daha 35 faizi isə Özbəkistan və Azərbaycanda, əsasən bərpa olunan enerji mənbələri seqmentində həyata keçirilən 29 elektrik enerjisi layihəsinə aiddir. Son illərdə ərəb investorları aktivlərin şaxələndirilməsi imkanlarını daha fəal şəkildə araşdırır, Azərbaycan, Gürcüstan və Ermənistanda yeni investisiya istiqamətlərini nəzərdən keçirirlər”, – hesabatda qeyd olunub.

Məlumata görə, 2025-ci ilin birinci yarısının sonuna olan vəziyyətə görə, Səudiyyə Ərəbistanının Avrasiya regionu ölkələrində topladığı investisiyaların həcmi 4,17 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir.

“Son bir il yarım ərzində artım 2 milyard ABŞ dollarından çox olub ki, bu da regionda Səudiyyə şirkətlərinin investisiya fəallığının kəskin yüksəldiyini göstərir. Səudiyyə Ərəbistanının əsas investisiya istiqaməti Özbəkistandır – bütün toplanmış yatırımların, təxminən, 93 faizi bu ölkənin payına düşür. Sərmayelərin qalan hissəsi isə Azərbaycana yönəlib”, – hesabatda bildirilir.

AAİB-də qeyd olunur ki, Azərbaycan Türkiyədən BXİ cəlb edən əsas tərəfdaşlardan biridir.

“Buna həm coğrafi baxımdan eləcə də, iki dövlət arasında mövcud olan siyasi və mədəni bağlılıq şərait yaradır. Türkiyənin Azərbaycandakı (eləcə də bütün Avrasiya regionundakı) ən iri investisiya layihəsi “Şahdəniz” yatağının işlənilməsidir. Bu layihədə Türkiyənin TPAO şirkəti (Türkiye Petrolleri Anonim Ortaklığı) Xəzər dənizinin cənub hissəsində qaz hasilatı və işlənməsi üzrə beynəlxalq konsorsiumun iştirakçılarından biridir”, – deyə hesabatda vurğulanır.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Yanvar 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri