Avrasiya İnkişaf Bankı Ermənistana investisiyanı artırır
Icma.az, Azvision saytına istinadən bildirir.
Bu barədə AİB-in İdarə Heyətinin sədr müavini Yaroslav Mandron Qazaxıstanın Almatı şəhərində keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, bank Ermənistan üçün 2022-2026-cı illər aralığında nəzərdə tutulan investisiya həcmini ötüb. Belə ki, 2022-ci ildə beşillik strategiya çərçivəsində AİB ilə Ermənistan hökuməti bu həcmin 2026-cı ilədək təqribən 280 milyon dollarda qərarlaşmasına dair razılığa gəliblər:
"O dövrdə əvvəlki təcrübə nəzərə alınanda sözügedən məbləğ çox böyük görünürdü. Hazırda isə hədəfimizi ötmüş, Ermənistana artıq 380 milyon dollar sərmayə qoymuşuq. Bu, strategiyamız üzrə gözləniləndən xeyli çoxdur. Beləliklə, məqsədimiz sərmayə həcmini 2026-cı ilin sonunadək yarım milyard dollara çatdırmaqdır. Bu, tamamilə mümkün nəticədir".
Yaroslav Mandron vurğulayıb ki, AİB Ermənistanda əsasən üç sahəyə: Zəngəzur Mis və Molibden Zavodu ilə genişmiqyaslı proqrama, şirkətlərin rəqəmsallaşdırılma və optimallaşdırılması layihələrinə, kiçik və orta sahibkarlığa dəstəyə diqqət yetirir. Sədr müavinin məlumatına görə, İrəvan bankın ayırdığı vəsaitin 99%-ni iqtisadiyyatın real sektoruna yönəldir.
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Avrasiya İnkişaf Bankı Bakıda görüşlər keçirir
12 Mart 2025 16:16
Avrasiya İnkişaf Bankı makroiqtisadi araşdırmanın nəticələrini açıqlayıb
17 Sentyabr 2025 08:39
Özbəkistan Avrasiya İnkişaf Bankına qoşulur
18 Sentyabr 2025 13:05
BƏƏ Avrasiya İttifaqı ilə dəniz nəqliyyatını inkişaf etdirəcək
07 Noyabr 2025 23:38
Asiya İnkişaf Bankı davamlı inkişaf tərəfdaşımızdır
05 Avqust 2025 09:58
Baxış sayı:81
Bu xəbər 18 Dekabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları