Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Avrasiyanın bütövlüyü kontekstində Azərbaycan Çin münasibətləri

Avrasiyanın bütövlüyü kontekstində Azərbaycan Çin münasibətləri

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Bu gün “Şərq” deyəndə yada düşən ilk ölkə Çin Xalq Respublikasıdır. Çin Xalq Respublikasının Sədri Si Cinpinin hakimiyyəti dövründə Çin Xalq Respublikası dünyanın ikinci ən qüdrətli iqtisadiyyatına sahib olmuş, sürətli iqtisadi inkişaf və dünya iqtisadiyyatına sürətıli inteqrasiya Çini qlobal siyasətin ən fəal aktoruna çevirib.

Şərq-Qərb qarşılıqlı əlaqələrində bağlayıcı həlqə kimi mühüm geostrateji əhəmiyyətə malik olan Azərbaycan Respublikası Çin Xalq Respublikası ilə hərətərəfli əlaqələr qurub və bu əlaqələr daim artan dinamika üzrə inkişaf etməkdədir. Qarşılıqlı inam, hörmət, etimad, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı dəstək kimi ikitərəfli münasibətlər üzərində qurulan bu əməkdaşlıq hər iki ölkənin strateji maraqlarına uyğundur. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə verdiyi müsahibəsində bildirib.

Dövlət başçısı Çin Xalq Respublikasının Sin-Xua agentliyinə müsahibəsində Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə istinad edərək bildirib ki, ötən ilin iyulunda Şanxay Əməkdaşlıq Təşkilatının “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi – davamlı sülhə və inkişafa nail olmaq” mövzusunda Astanada keçirilən 24-cü sammitində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşün yekunlarına dair Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. Ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə səy göstərən dövlət başçıları hər iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə etməyə, regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq etməyə çalışır.

Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətlərinin özəyində ilk növbədə iqtisadi əlaqələrin inkişafı dayanır. Məhz bu əlaqələrin yüksələn xətt üzrə genişləndirilməsi və mövcud problemlərin həlli məqsədilə 2009-cu ilin mayında birgə Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. 2012-ci ildə Pekində Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. 2016-cı ildə isə Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olmaqla beynəlxalq iqtisadi layihələrə daha sıx inteqrasiya olunub. Azərbaycanın Çinin “Kəmər və yol” təşəbbüsünə verdiyi böyük önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Əlverişli coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna böyük həcmdə sərmayə qoyuluşu ilə Azərbaycan Respublikası Avrasiyanın mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək perspektivinə malikdir. Bu perspektivin reallaşdırılması üçün ölkəmiz son 20 ildə nəqliyyat-logistika infrastrukturunun yaradılması üzrə çoxsaylı layihələr həyata keçirib. Artıq Şərq-Qərb və Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolları və avtomobil yol infrastrukturu uğurla fəaliyyətə başlayıb.

Dövlət başçımız Sinxua agentliyinə müsahibəsində onu da diqqətə çatdırıb ki, “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığımız genişləndirilir. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Azərbaycan öz ərazisindən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir.

Hazırda Azərbaycan tərəfdaşları ilə birlikdə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Hazırda bütün dünyanın diqqət mərkəzində olan Orta Dəhliz Layihəsinin gələcək inkişafı bütövlükdə türk geopolitik regionu çərçivəsində aparılan inteqrasiya proseslərini daha da sürətləndirəcək və son nəticədə vahid siyasi, iqtisadi və mədəni türk məkanının formalaşmasına böyük töhfə verəcək.

Müsahibəsində ölkələrimiz arasında elmi, mədəni, humanitar əməkdaşlığın uğurla inkişaf etdiyini söyləyən dövlət başçımız bildirib ki, Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlıq xalqlarımız arasında dərin köklərə malik əlaqələrin genişləndirilməsində mühüm rola malikdir. Eyni zamanda, ölkələrimizin ali təhsil müəssisələri arasında əməkdaşlıq münasibətləri də genişlənir. Dillərin öyrənilməsi və tədrisi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirən Azərbaycan və Çinin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı əldə edən gənclərimizin sayı ildən-ilə durmadan artır. Konfutsi İnstitutunun tərəfdaşları olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur. İki ölkənin universitetləri arasında məhsuldar əməkdaşlıq həyata keçirilir. Son illərdə Çində də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzləri fəaliyyətə başlayıb və müvafiq kafedralar yaradılıb. Ötən il Azərbaycan tərəfindən Çin vətəndaşlarına ölkəmizə vizasız giriş rejiminin birtərəfli qaydada tətbiq edilməsi vətəndaşların gediş-gəlişini asanlaşdırılmaqla ölkələrimiz arasında turist axınının artmasını stimullaşdırmış və bununla da iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişlənməsi üçün münbit şərait yaranmışdır.

Bu əməkdaşlıq sadəcə elm, təhsil, mədəniyyət mübadiləsi üçün deyil, həm də sivilizasiyaların qarşılıqlı inteqrasiyası baxımından önəmlidir. Azərbaycan və Çin arasında müttəqfiqlik təkcə ticari-iqtisadi münasibətlərdən ibarət olmayıb həm də kulturoloji əlaqələri özündə ehtiva edir. Ölkələrimiz arasında mədəniyyətlərarası dialoqun dərinləşdirilməsi, bu kontekstdə humanitar və akademik layihələrin artırılması, ölkələrimizi sadəcə ticari müttəfiq deyil, həm də beynəlxalq mədəniyyət körpüsü quran strateji tərəfdaşlar səviyyəsinə yüksəldir.

Azərbaycan – Çin münasibətləri sadəcə iki ölkə arasında qarşılıqlı əlaqələrdən ibarət deyil. Azərbaycan – Çin əməkdaşlığı bütün Avrasiyanın iqtisadi, siyasi və mədəni bütövlüyünün yaranmasına xidmət edən çoxtərəfli münasibətlər sisteminin ən vacib seqmentidir və bu münasibətlərin sülhə və sabitliyə xidmət etməsində Azərbaycanın rolu əvəzedilməzdir.

Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Aprel 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri