Icma.az
close
up
RU
Apple da son illərin ən böyük istefaları baş verir İstedadlı şəxslər Şirkətdən ayrılırlar

Apple da son illərin ən böyük istefaları baş verir İstedadlı şəxslər Şirkətdən ayrılırlar

Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın Apple şirkəti yüksək vəzifəli rəhbərlərin və mühüm mühəndislərin işdən ayrılması ilə son onilliklərin ən böyük kadr itkilərini yaşayır.

Marja xəbər verir ki, ötən həftə Apple-ın Süni intellekt və interfeys dizaynı bölməsinin rəhbəri, həmçinin süni intellektdən məsul vitse-prezident istefa edib. Ardınca şirkətin baş məsləhətçisi və hökumətlə əlaqələr bölmə rəhbərinin də işdən ayrılacağı açıqlanıb. 

Dörd rəhbərin hər biri birbaşa Apple-ın baş direktoru Tim Kuka (Tim Cook) tabe idi ki, bu da şirkətin ali rəhbərliyində qeyri-adi bir dəyişiklik dalğasının baş verdiyini göstərir.

Bu dəyişikliklərin davam etməsi də ehtimal olunur. Məsələ ilə bağlı məlumatı olan şəxslərə görə, Apple-ın ən nüfuzlu rəhbərlərindən biri olan Təchizat Texnologiyaları üzrə Vitse-Prezidenti Johny Srouji bu yaxınlarda Tim Kuka şirkətdən ayrılmağı ciddi şəkildə düşündüyünü deyib. Həmçinin, Apple-ın Daxili çip inkişafı strategiyasının memarı olan Srouji, əgər ayrılmağa qərar verərsə, başqa bir şirkətə keçməyi planlaşdırdığını iş yoldaşları ilə paylaşıb.

Eyni zamanda Apple-dakı süni intellekt mütəxəssisləri də rəqiblərə doğru axın edir. Meta, OpenAI və müxtəlif startaplar Apple mühəndislərinə təkliflər göndərirlər.

Bütün bunlar Tim Kukun rəhbərlik dövrünün ən çətin mərhələlərindən birini yaradır. İcraçı direktorun yaxın zamanda Apple-dən ayrılması gözlənilməsə də, şirkətin həm kadr strukturunu yenidən formalaşdırması, həm də süni intellekt dövründə necə irəliləyəcəyini müəyyənləşdirməsi vacib hesab olunur.

Kuk, əsas istedadları şirkətdə saxlamaq üçün daha yüksək maaş və bonus paketləri təklif edərək bu axının qarşısını almağa çalışır. Lakin digər problem uzun müddətdir çalışan rəhbərlərin pensiya yaşına yaxınlaşması ilə bağlıdır.

Apple-ın Maşınların öyrənilməsi və Süni İntellekt Strategiyası üzrə Kıdemli Vitse-Prezidenti John Giannandrea-nın işdən ayrılması bir sıra uğursuzluqlardan sonra baş verib. Apple, mart ayından bəri Giannandrea-nı tədricən vəzifəsindən uzaqlaşdırmağa başlamışdı. Şirkət əməkdaşları isə onun istefasını uzun müddətdir gözləyirdilər və bəziləri onun bu qədər uzun müddət vəzifədə qalmasına təəccübləndiklərini bildiriblər.

Apple-dan Meta-ya keçən rəhbərlər kimlərdir?

Apple-ın süni intellekt təşkilatında, süni intellekt modellərindən məsul rəhbər Ruoming Pang istefa edib. Pang, həmkarları Tom Gunter və Frank Chu ilə birlikdə Meta-ya keçib. Meta, cazibədar maaş paketləri ilə istedadları özünə cəlb edir.

Siri-dən məsul olan və ChatGPT-yə bənzər bir axtarış təcrübəsi yaratmaq layihəsini idarə edən Robby Walker, oktyabr ayında şirkətdən ayrılıb. Onun yerinə gətirilən Ke Yang isə vəzifədə cəmi bir neçə həftə qalıb və Meta-nın yeni “Superintelligence Labs” bölməsinə keçib.

Digər tərəfdən, dizayn sahəsinin ən təcrübəli isimlərindən Alan Dye də Apple-ın ən böyük rəqiblərindən biri olan Meta-nın Reality Labs bölməsinə keçir. Bu, olduqca diqqətçəkən bir keçid kimi qiymətləndirilir.

Apple-ın süni intellekt robotik proqram təminatı komandası da Meta-ya doğru yönəlmiş kimi görünür.

Apple-da yenidənqurma

Apple-da yenidənqurma ehtimalı da yüksəkdir. Apple-ın Pərakəndə və İnsan Resursları üzrə Kıdemli Vitse-Prezidenti Deirdre O'Brien şirkətdə 35 ildən çox çalışdığı halda, Marketinqdən Məsul  Vitse-Prezident Greg Joswiak isə şirkətdə artıq 40 ilini tamamlayıb. Apple hər iki rəhbərin tabeliyində çalışan əsas şəxsləri vəzifəyə yüksəldərək onların mümkün təqaüdlərinə hazırlaşır.

Bununla yanaşı, şirkət mühəndis heyətində yaşanan istedad itkisi ilə də mübarizə aparır. Bu vəziyyət baş rəhbərliyi narahat edir və idarə heyətinin işə qəbul və istedadın qorunması səylərini gücləndirməsi üçün insan resursları departamentinə göstəriş verdiyi bildirilir.

Boşalan vəzifələrə kimlər gətirilir?

Apple-ın Hüquq və Qlobal Təhlükəsizlik üzrə Vitse-Prezidenti Kate Adams-ın yerinə Jennifer Newstead təyin olunub. Süni intellekt və interfeys dizaynı bölmə rəhbəri Alan Dye-ın yerinə isə şirkətdə uzun illərdir çalışan təcrübəli dizayner Stephen Lemay gətirilib.

 Əməliyyat Direktoru Jeff Williams-ın yerini Sabih Khan tutub. Maşınlarıb Öyrənilməsi və Süni İntellekt Strategiyası üzrə Vitse-Prezident John Giannandrea-nın yerinə isə əvvəllər Google və Microsoft-da çalışmış Amar Subramanya təyin olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://marja.az
archiveBu xəbər 08 Dekabr 2025 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri