Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Avrasiyanın yeni güc mərkəzi ANALİZ

Avrasiyanın yeni güc mərkəzi ANALİZ

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Bakı Avrasiyanın əsas siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilir

Son dövrdə Azərbaycanın həyata keçirdiyi siyasət həm regionda, həm də bütün Avrasiyada yeni bir mərkəzin ortaya çıxmasına səbəb olub. Şərqlə Qərbin, Cənubla Şimalın arasında strateji coğrafi mövqedə yerləşən Azərbaycan bu imkandan həm siyasi, həm də iqtisadi mərkəzə çevrilmək üçün uğrula istifadə edib.

Azərbaycanın xarici siyasət prioritetlərinin modernləşdirilməsi istiqamətindlə məqsədyönlü siyasətinin uğurları ildən-ilə artmaqdadır. İndi dünyanın istənilən regionunu təmsil edən dövlətlərlə Azərbaycanın yüksək səviyyəli ikitərəfli, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əlaqələri formalaşıb. Prezident İlham Əliyev daim ölkənin xarici siyasətinin müasir tələblərə adekvat şəkildə qurulmasını təmin etməyi müvafiq orqanların və diplomatik korpusumuzun qarşısına bir vəzifə olaraq qoyur.

Birmənalıdır ki, dövlət başçısının müəyyənləşdirdiyi strateji kursun uğurları getdikcə daha böyük miqyaslar alacaq. Bunu indiyə qədər beynəlxalq əməkdaşlıq sayəsində əldə edilən siyasi-iqtisadi nailiyyətlər təsdiqləyir.

Hələ 2008-ci ildə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diplomatik korpuslarının rəhbərlərinin Bakı müşavirəsində Prezident İlham Əliyev bildirmişdi: “Azərbaycanın uğurlu xarici siyasəti bizim həm siyasi, həm iqtisadi, həm enerji, həm də nəqliyyat sahələrində qəbul olunur və bu təşəbbüslər Azərbaycanı daha da gücləndirir və güclü mərkəzə çevirir. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm kı, Azərbaycanın iştirakı olmadan bu bölgədə heç bir layihə həyata keçirilə bilməz. Bu onu göstərir ki, Azərbaycan bölgənin aparıcı ölkəsinə çevrilir.

Qurulan beynəlxalq əməkdaşlıq nəticəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərin regional müstəvidən çıxdığını deyən dövlət başçısı ölkəmizin dünya miqyasında çox qabaqcıl yerlərdə olduğunu bildirdi. Bu uğurları səciyyələndirən dövlət başçısı vurğulayır: “Bax budur bizim real nailiyyətlərimiz, nəticələrimiz, siyasətimiz və fəaliyyətimiz: həm daxildə iqtisadi artım, siyasi sabitliyin möhkəmlənməsi, ictimai ab-havanın yaxşı olması, həm də hüdudlarımızdan kənarda olan məsələlərin uğurlu həlli”.

Təbii ki, dünyada analoqu olmayan nəticələrin əldə edilməsi bir neçə amilin sadəcə uyğunlaşdırılmasının yekunu ola bilməz. Dünya praktikasında təbii sərvətləri milli inkişafa deyil, faciəyə səbəb olmuş onlarla dövlətlər vardır. Yalnız Norveç, Birləşmiş Ərəb Əmirliyi kimi bir-iki dövlət öz ehtiyatlarını məqsədyönlü şəkildə milli tərəqqiyə yönəldə bilib. Hollandiya, Nigeriya kimi dövlətlər isə iqtisadi böhran silsilələrindən bu vaxta qədər qurtulmaqda çətinlik çəkirlər.

Neft strategiyasını hərtərəfli inkişaf kursuna çevirən Azərbaycanın təcrübəsi bu mənada yeni inkişaf etməkdə olan dövlətlərə nümunə göstərilir. Beynəlxalq maliyyə və konsaltinq qurumları inkişafın Azərbaycan modelinin formalaşdığını dəfələrlə bəyan etmişlər. Onların mülahizələrinə görə dünya iqtisadiyyatında indiyə qədər mövcüd olan çoxsaylı modellərə biri də əlavə olunmuşdur. Bu model Azərbaycanın timsalında bərqərar olmuş və yaxın gələcəkdə Şərqi Avropanın və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələri üçün model kimi tətbiq oluna bilər.

Dövlət başçısının beynəlxalq sferadakı fəal diplomatiyasının təzahürlərindən biri də respublikamızın mədəniyyət, idman sahələrinə, beynəlxalq sülh və təhlükəsizlik təşəbbüslərinə həsr olunan tədbirlərə ev sahibliyi etməsidir. Azərbaycan formal təşkilatçılığı ilə deyil, həm də təşəbbüskar ev sahibliyi ilə Cənubi Qafqazın qaynar siyasi-iqtisadi mərkəzinə çevrilib. İndi istənilən region dövlətlərinin, eləcə də Şərqi Avropa ölkələrinin paytaxtları Bakının mərkəz kimi uğurlarına qibtə ilə yanaşırlar. Son vaxtlar Bakıda keçirilən beynəlxalq səviyyəli tədbirlərin çoxluğu da paytaxtımızın dünyanın nüfuzlu şəhərləri arasında yer aldığını göstərən faktlardandır.

Dövlət başçısının dövlətçilik konsepsiyası region dövlətlərinin üstələnməsi, sülh razılaşmasına marağı olmayan Ermənistanın siyasi-iqtisadi, diplomatik dalana salınması ilə səciyyəvidir. Bu ölkənin rəhbərlərinin son bəyanatları da qonşu ölkənin siyasivə iqtisadi tənəzzülündən xəbər verir. Halbuki, nəinki xarici ekspertlər, erməni ekspertləri belə etiraf edirlər ki, qonşularla olan problemlər tezliklə həll edilməsə yaranacaq siyasi və iqtisadi vəziyyət Ermənistan üçün sarsıdıcı ola bilər.

Prezident İlham Əliyev dünya səviyyəsində Azərbaycanın söz sahibi olduğunu, həmçinin XXI əsrdə dövlətlərin böyüklüyünün, yaxud kiçikliyinin fərq etmədiyini, dövlətin müstəqil siyasət yeridə bilməsinin əsas olduğunu ortaya qoydu. gün dünya ölkələri bu siyasətə böyük qiymət verirlər.

Bakı dünya səviyyəsində balanslaşdırılmış xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan xalqının mənafeyini, inkişafını və perspektivini müəyyənləşdirir. Azərbaycan demokratik, müstəqil və azad bir ölkə kimi tanınır. İnkişaf etmiş və yeni inkişaf yoluna qədəm qoymuş ölkələrlə qarşılıqlı əməkdaşlıq şəraitində müqavilələr bağlanılır.

Azərbaycanın xarici siyasətində balanslaşdırma ana xətdir. Ona görə də əksər ölkələr tərəfindən Azərbaycanın bu uğurları dəstəklənir.

Prezidentimizin ayrı-ayrı ölkələrə rəsmi səfərləri zamanı Azərbaycanın inkişafı, tərəqqisi, beynəlxalq aləmdə nüfuzunun artması, möhkəmlənməsi sahəsində mühüm işlər görülür. Prezidentimiz nəinki dünyanın inkişaf etmiş ölkələrinə səfərlər edir, eləcə də Azərbaycanın gələcəyi, xalqımızın mənafeyi üçün hardasa faydalı olacaq tədbirləri həyata keçirə bilən ölkələrlə də əməkdaşlığı zəruri hesab edir. Bu əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlir.

Qeyd olunanlar onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar ölkəmizin qlobal siyasi nüfuzunu gücləndirib və əksər beynəlxalq təşkilatlar da bunu qeyd edir. Siyasətin əsas məqsədini iqtisadiyyatın inkişafı ilə bağlayan dövlətimizin başçısı İlham Əliyev xüsusi olaraq vurğulayır: “Biz bütün imkanlarımızı səfərbər etməliyik ki, güclü dövlət yaradaq. Çünki, iqtisadiyyat hər bir dövlətin təməl sistemidir. Güclü iqtisadiyyatı olan ölkə isə siyasi cəhətdən müstəqil olur və öz maraqlarını daha da uğurla müdafiə edə bilir.

Ermənistan üzərində qələbədən və öz ərazilərinin azad edilməsindən sonra Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artıb. Buraya regiona və beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsi, enerji bazarında mövqelərinin güclənməsi, qlobal ekoloji problemlərin həllində təşəbbüskarlıq, Qoşulmama Hərəkatındakı liderlik mövqeyi, dünyada sülhün və əməkdaşlığın təbliği siyasətini də əlavə etsək aydın olar ki, bu gün Azərbaycan təkcə regionun deyil, dünyanın da nüfuzlu dövlətlərindən birinə çevrilib.

Bütün bu amillər onu göstərir ki, Azərbaycan Avropa ilə Asiyanın arasında yeni bir güc mərkəzi kimi ortaya çıxıb və bir çox məqamlarda həlledici söz sahibidir. İstər iqtisadi, istərsə də digər sahələrdə Azərbaycan bir mərkəzə çevrilmək üzrədir- Avrasiyanın yeni mədəni, siyasi, iqtisadi mərkəzinə.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Mart 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see650

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see416

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see364

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see266

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see259

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see257

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see242

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see237

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see225

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see219

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see207

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see204

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see203

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see201

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see199

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see194

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see193

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see182

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see182

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri