Icma.az
close
up
RU
Avrokubok həyəcanı başlayır: Təmsilçilərimizdən nə gözləyək?

Avrokubok həyəcanı başlayır: Təmsilçilərimizdən nə gözləyək?

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Növbəti mövsümün başlamasına hələ çox var. Premyer Liqanın əksər iştirakçıları hazırlıqlara başlamayıb, ötən çempionatın yorğunluğunu çıxarırlar. Onlardan fərqli olaraq, Azərbaycanı avrokuboklarda təmsil edəcək 4 klubumuz yeni macəra ərəfəsindədir. Tarixində ilk dəfə Çempionlar Liqası həyəcanı yaşayacaq "Sabah", əslində qitənin ən nüfuzlu klub turniri təcrübəsi yetərincə olan, ancaq mübarizəyə Avropa Liqasından başlayacaq "Qarabağ", mövsümün ikinci yarısını uğurlu keçirərək yenidən avrokubok səhnəsinə atılan, Konfrans Liqasında çıxış edəcək "Neftçi" və nəhayət, "Turan Tovuz"un vəsiqədən məhrum qalmasından sonra üzünə qəfil gün doğan "Zirə"... Ümumən, builki avrokubok təmsilçiləri ilə bağlı “yaxşı heyət” ifadəsini işlətmək olar... 
Rəqiblərini iki həftədən çoxdur tanıyan komandalarımız avrokuboka necə hazırlaşıblar? Artıq gələn həftə start götürəcək sınaqlara kim nə qədər hazırdır?  

"Sabah" heyəti həm qoruyub, həm gücləndirib

Mübarizəyə "Sabah"la başlayırıq. Artıq dörd gün sonra Çempionlar Liqasındakı perspektivimizi görəcəyik. Əslində, "bayquşlar" üçün ən yaxşı sınaq "Qarabağ"ı zirvədən kənar qoyub çempionluğa, üstəlik, ölkə kubokuna yiyələnməsidir. Bunu bacaran komandanın gücündən danışmaq artıqdır. Qalırdı heyəti qoruyub saxlamaq, mümkün olarsa, bir-iki əlavə etmək. Bakılılar bunu da bacardılar. Heyətdəki "açar oyunçular"la müqavilələr yeniləndi. Coy Lens Mikels, Timoteuş Puxaç,  Velko Simiç, Stas Pokatilov, Patrik Orfe Mbina kimi legionerlərlə yeni anlaşma əldə edən "bayquşlar"ın göndərdikləri Nicat Mehbalıyev, Pavol Şafranko, Cessi Sekidika, Amin Seydiyev, Andrey Santos və İqor Noqeyra oldu. Bir-iki istisnanı nəzərə almasaq, digərlərini əsas heyət üzvü saymaq yersizdir. Digər tərəfdən, gələn 5 yeni legioner daha samballı görünür. Eyden Makkarti ("Kayzer Çifs", CAR), Yunis Laçab ("Lill", icarə), Junior Erivaldo Almeyda ("Maritimu", Portuqaliya), Rodriqo Fernandeş ("Şamaxı"), Ksander Severina ("Makkabi" Hayfa) "Sabah"ın gücünə güc qatacaq adlardır.


"Sabah"ın püşkatmada da bəxti gətirib. Uels təmsilçisi TNS-i münasib rəqib saymaq olar. Baxmayaraq ki, 67 yaşlı bu klub Uelsin ən titullu, ən uğurlu klubu hesab olunur. On səkkizqat ölkə çempionudur. 21-ci əsrdə demək olar, bütün mövsümlərdə minimum ilk "üçlük"də olub. Avrokuboklarda qrupda oynayan (2024/25, Konfrans Liqası) yeganə Uels təmsilçisidir. "Sabah"dan fərqli olaraq, Çempionlar Liqasında debütü 11 il əvvəl (2005, "Liverpul") baş tutub. 
Komandanın baş məşqçisi 48 yaşlı ingiltərəli mütəxəssis Qreyq Harrisondur. Heyət əsasən Böyük Britaniya ölkələrindən (Uels, İngiltərə, İrlandiya) olan futbolçulardan təşkil olunub. Əsas silahı isə komandanın bombardiri, 35 oyuna 28 qol vuran Cordan Uilyamsdır. Bununla belə, "Sabah" rəqibindən yalnız təcrübədə geri qala bilər. Təmsilçimiz futbolçuların keyfiyyəti və komandanın ümumi dəyərinə (TNS-də 2,3 milyon avrodur) görə rəqibindən (5-6 dəfə) üstündür. Hər halda, "Qarabağ" hələ 8 il əvvəl - 2018/2019 mövsümündə UEFA Avropa Liqasının pley-off mərhələsində qarşılaşdığı TNS-i hər iki görüşdə yenərək (Uelsdəki ilk oyunda 1:0, Azərbaycandakı cavab matçında 3:0) Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.

Avrokubok təcrübəsindən danışırıqsa, "Sabah" da artıq üç mövsümdür beynəlxalq yarışlarda iştirak edir. Üstəlik, Valdas Dambrauskasın da məşqçi təcrübəsi, tələbkarlığı keyfiyyətləri işi vurğulanmalıdır. Bütün sadaladıqlarımız bu rəqibi keçməyimizə imkan verir. 
Yeri gəlmişkən,"Sabah" britaniyalıları məğlub etsə, II təsnifat mərhələsində rəqibi "Vardar" (Makedoniya) - KuPS (Finlandiya) cütünün qalibi olacaq. 

"Sabah" - TNS matçı iyulun 7-si Masazırda baş tutacaq və saat 20:00-da start götürəcək. Oyun "CBC Sport"la canlı yayımlanacaq.

Qurban Qurbanov "Qarabağ"ı heç vaxt olmadığı qədər yeniləyib 

Son illərdə bir qayda olaraq avrokubokda əsas ümid yerimiz olan "Qarabağ"ın Avropa Liqasındakı rəqibi İslandiyanın "Vestri" klubu olacaq. Sözsüz ki, yenə təmsilçimiz favoritdir. Baxmayaraq ki, Ağdam təmsilçisində köklü dəyişikliklər olub. Qurban Qurbanov bəlkə də ilk dəfədir bir transfer pəncərəsində 8 futbolçusundan (Kevin Medina, Toral Bayramov, Leandro Andrade, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Fabian Buntiç, Amin Ramazanov) imtina edir. O, yeni komanda formalaşdırır. Onlardan artıq 6-nın yeri doldurulub. Yenə gələnlər olacaq, Qurbanov Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç və Renaldo Sefas ilə kifayətlənməyəcək. Şübhə etmirik ki, "suyu üfürə-üfürə içən", üstəlik qarşısına daha güclü "Qarabağ" formalaşdırmaq məqsədi qoyan Qurbanovun bəyənib transferinə yaşıl işıq yandırdıqları sıradan oyunçular deyil. Qalır onları ümumi sistemə ("Qarabağ"ın oyun fəlsəfəsində də yeni çalar müşahidə olunur) uyğunlaşdırmaq. 


O ki qaldı rəqibə, "Vestri" bu mövsüm avrokuboklardakı təmsilçilərimizin üzləşəcəyi komandalar arasında ən zəifidir. Sözügedən komanda hazırda elitada deyil, İslandiya I Divizonunda mübarizə aparırlar. Belə ki, orada çempionat aprel - oktyabr aralığında keçirilir. Bu mövsüm avrokuboklarda oynayanlar ötənilki nəticələrə əsasən yer tutanlardır. "Vestri" ötən mövsüm ölkə kubokunu qazansa da, çempionatda 11-ci pillədə qərarlaşaraq, I Diviziona yuvarlanıb. Avropa Liqasına məhz kubokun qalibi kimi vəsiqə əldə ediblər. Heyət zəifləyib, aparıcı futbolçular qışda komandanı tərk edib, xeyli yeni oyunçular cəlb olunub. 
"Vestri" 4 minə yaxın əhalisi olan kiçik İsafjördur şəhərini təmsil edir. Ev oyunlarını keçirdiyi “Kerecisvöllurinn” stadionunun tutumu 1600 nəfərdi. Tarixləri ərzində avrokuboklarda debüt edirlər. 

Əlavə edək ki, "Qarabağ"ın "Vestri" səddini keçəcəyi halda, Avropa Liqasının 2-ci təsnifat mərhələsində ÇSKA (Sofiya) - "Derri Siti" (İrlandiya) cütünün qalibi olacaq.  

İyulun 9-u saat 20:00-da keçiriləcək "Qarabağ" - "Vestri" matçı "CBC Sport" telekanalında canlı yayımlanacaq. 

"Zirə" - qəfil qərar, tələsik transferlər 

Bu mövsüm Konfrans Liqasındakı ilk təmsilçimiz "Zirə" olacaq. Halbuki, "qartallar"ın avrokuboka vəsiqə qazanması hamıdan gec, "Turan Tovuz"un üzləşdiyi acı təsadüf səbəbindən püşkatma ərəfəsində dəqiqləşdi. Mövsümü 5-ci yerdə başa vurduğu üçün qitə yarışlarından əlini üzən Bakı təmsilçisi hətta heyətdə köklü islahata başlamış, xeyli futbolçuya (Rəşad Sadıqov 9 futbolçunun - Rüfət Abdullazadə, Ceyhun Nuriyev, Eldar Quliyev, Leroy Mikels, Stefan Akka, Tyaqo Silva, Anatoli Nuriyev, Ayron Qomis və Rövlan Muradovun xidmətindən imtina edib) qapını göstərmişdi. Püşkdən bir-iki gün əvvəl CAS-dan gələn yekun qərardan sonra tələsik transferlər reallaşdırdı. Türkiyənin Bolu şəhərində keçirilən hazırlıq prosesi və keçirilən yoxlama oyunları da komandanın optimal formadan hələ uzaq olmasından xəbər verir. 

"Zirə"nin rəqibi Kutaisi "Torpedo"su isə əksinə, asan rəqib deyil. Hazırda Gürcüstan liqası davam edir deyə, sözügedən komanda formadadır. "Torpedo" sabit heyətlə yanaşı, yaxşı maliyyə dəstəyi də var. 
Komandanın ev oyunlarını keçirdiyi "Ramaz Şengeliya" adına stadion 14700 tamaşaçı tutumuna malikdi, təbii örtüklüdür və son yenidənqurmadan sonra müasir səviyyəyə çatdırılıb.

İyulun 8-də baş tutacaq "Zirə" - "Torpedo" oyununu isə azarkeşlər "İdman TV"-də izləyə biləcəklər.

"Neftçi" hazırlığa yeni başlayıb

İki tsikllik aradan sonra yenidən Avropa arenasında çıxış edəcək "Neftçi" Konfrans Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. "Ağ-qaralar"ın rəqibi "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Makedoniya) cütünün qalibi olacaq. İkinci mərhələnin matçları iyulun 23-də və 30-da keçiriləcək. Bakı klubu ilk matçını evdə keçirəcək. Bu o deməkdir ki, "Neftçi"nin hazırlaşmaq üçün yetərincə vaxtı var. Hazırda Slovaeniyada təlim-məşq toplanışında olan komanda Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov və Cordan Rezabala ilə vidalaşıbsa, Rüfət Abbasov, Qustavo Klisman, Endryu Qravilyon və Lyubomir Tupta transfer edilib. Hələ qarşıda üç həftəyə yaxın vaxt olduğu üçün "ağ-qaralar"ın bir qədər də güclənəcəyi gözləniləndir.  

 
"Neftçi"nin Belarus, yoxsa Şimali Makedoniya təmsilçisi ilə qarşılaşacağı dəqiqləşmədiyi üçün rəqib barədə geniş fikir yürütmək çətindir. Prinsipcə, hər ikisi keçiləsi, "Neftçi"nin "dişinə görə" rəqibdir. Digər tərəfdən, Yuri Vernidub amili vurğulanmalıdır. "Neftçi"ni bərbad startdan sonra qəbul edən, xüsusilə qış fasiləsindən sonrakı uğurlu nəticələrlə turnir cədvəlinin yuxarılarına, sonda Konfrans Liqasına daşıyan ukraynalı baş məşqçinin avrokubok təcrübəsi yetərincədir. O, vaxtı ilə "Şerif”i UEFA Çempionlar Liqasının, “Zarya”nı isə Avropa Liqasının qrup mərhələsinə yüksəldib. "Şerif"lə Madriddə "Real"ı məğlub etməklə hər kəsin diqqətini çəkməyi bacarıb.

Ümid edək ki, klublarımız bu avrokubok mövsümündə uğurlu çıxış edərək azarkeşləri sevindirəcək, ölkənin reytinqini artıra biləcəklər. 

Mirağa Mirzəyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://fanat.az
archiveBu xəbər 03 İyul 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri