Icma.az
close
up
RU
“Avrokuboklarda olmağa “Sabah”dan daha çox layiqik” (MÜSAHİBƏ)

“Avrokuboklarda olmağa “Sabah”dan daha çox layiqik” (MÜSAHİBƏ)

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Müqavilə ilə “Neftçi”yə məxsus olan, icarə əsasında “Turan Tovuz”da çıxış edən İsmayıl Zülfüqarlının “Futbolpress.az“a müsahibəsi:

– Mövsümü 4-cü pillədə başa vurdunuz. Nəticələri necə dəyərləndirirsiniz?
– Gərgin il oldu. Bəlkə də, son illərin ən maraqlı mövsümü oldu. Komanda olaraq əzmkar mövsüm keçirdik. Daha yaxşı ola bilərdik, bəzi matçlardakı səhvlər buna imkan vermədi. Amma ümumi olaraq mövsümün yaxşı keçdiyini deyə bilərəm.

– Sonuncu dövrədə 3-cü sıraya çatmaq üçün yaxşı imkanlarınız var idi, amma yararlanan bilmədiniz…
– Mövsüm sona yaxınlaşdıqda artıq komandalar bir-birini daha yaxşı tanıyır. Bəzi matçlarda öz səhvlərimizə görə xallar itirdik.

– Artıq ikinci ildir, “Turan Tovuz”da icarədəsiniz. Bu dəfə “Neftçi”yə qayıdacaqsınız?
– “Neftçi” ilə müqaviləm var və qayıdıb, hər şeyi ətraflı danışacağıq. Daha çox oynamaq, inkişaf etmək istəyirəm.

– Milliyə namizədlər arasında olmağına baxmayaraq, çağırılmadın. Autsayder “Səbail”dən oyunçu var, amma “Turan Tovuz”dan yox…
– Hansısa haqsızlıq olduğunu deməzdim. Hər məşqçinin oyun üslubu və ona uyğun bəyəndiyi oyunçular olur. Düzdür, dəvət gözləyirdim, amma məsləhət belə olub. Komandamızda yığmaya layiq oyunçular var idi.

– Yeni mövsümdən legioner limiti ləğv olunacaq. Bu qərar yerli oyunçulara necə təsir edəcək?
– Düşünürəm ki, uğurlu qərar deyil. Bu, yeni gələn nəsilə və milli komandaya mənfi təsir göstərəcək.

– Cinahda həm hücumda, həm müdafiədə aktiv çıxış edirsiniz. Mövsüm ərzində sizi ən çox narahat edən cinah oyunçusu kim oldu?
– Çempionatda keyfiyyətli oyunçular çoxdur, amma rəqib olarkən “Qarabağ”ın oyunçuları Abdullah Zubir və Marko Veşoviçin oyunundan zövq alırdım. Keyfiyyətli oyunçulara qarşı oynamaq bizim üçün inkişafa kömək edir.

– Azərbaycan Kubokunun finalını “Qarabağ” qazansa, Konfrans Liqasına gedəcəksiniz. Onların “Sabah”la final oyunundan gözləntiləriniz nədir?
– “Qarabağ”ın qələbə qazanmasını istərdik, çünki bizə avrokubok “bilet”i verəcək. Məncə, avrokuboklarda olmağa “Sabah”dan daha çox layiqik.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 30 May 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri