Avrokuboklardakı rəqiblərimiz bəlli oldu
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Azərbaycanın voleybol klublarının avrokuboklardakı rəqibləri bəlli olub.
"Cebheinfo.az" xəbər verir ki, qadınlardan ibarət "Turan" komandası Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" kollektivi ilə üz-üzə gələcək.
İlk qarşılaşma 20-22 oktyabrda evdə, cavab matçı 27-29 oktyabrda səfərdə baş tutacaq.
Kişilərdən ibarət "Xilasedici" klubu Çempionlar Liqasında Portuqaliya təmsilçisi "Sportinq"lə görüşəcək. İlk matçlar 2-5, cavab qarşılaşmaları 10-12 noyabrda gerçəkləşəcək.
Qadınlardan ibarət "DH Volley" komandası Çağırış Kubokunun 1/32 finalında "Holte" (Danimarka) ilə üz-üzə gələcək. İlk oyun 27-29 oktyabrda evdə, cavab oyunu 3-5 noyabrda səfərdə keçiriləcək.
Kişilər arasında Çağırış Kubokunda "Ordu" uğur qazanmağa çalışacaq. Komandanın rəqibi Norveçin "Ferde" klubu olacaq. "Hərbçilər" ilk görüşü 10-12 noyabrda evdə, cavab matçını 17-19 noyabrda səfərdə keçiriləcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 15 İyul 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















