Böyük Britaniyada daha 650 məhbus vaxtından əvvəl azadlığa buraxılır
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
London, 10 noyabr, AZƏRTAC
Böyük Britaniyada həbsxanalarda sıxlığın azaldılması məqsədilə həyata keçirilən proqram çərçivəsində daha 650 məhbus vaxtından əvvəl azadlığa buraxılır.
AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, 2026-cı ildə qəbul edilmiş “Sentencing Act” qanununa əsasən, qarşıdakı bir il ərzində ümumilikdə 5 minə yaxın məhbusun cəza müddəti başa çatmadan azad edilməsi nəzərdə tutulur.
Proqramın ötən ay həyata keçirilən mərhələsində 650 məhbus azadlığa buraxılıb. Onlar 1 il 6 aydan 2 il 6 aya qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər olub. Noyabrın 10-da həyata keçirilən üçüncü mərhələdə isə daha 650 məhbusun azadlığa buraxılması planlaşdırılır. Bu dəfə 2 il 5 aydan 3 il 2 aya qədər həbs cəzası almış şəxslər proqramdan yararlanacaqlar.
Əvvəlcə proqram çərçivəsində 6 min məhbusun vaxtından əvvəl azad edilməsi nəzərdə tutulsa da, hökumətin müdaxiləsindən sonra bu rəqəm 5 minə endirilib. Zorlama və uşaqlara qarşı ən ağır cinsi cinayətlər törətmiş şəxslər siyahıdan çıxarılıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 10 Noyabr 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















