Rafael Fiziyevin UFC də növbəti rəqibi bəlli olur
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyevin növbəti rəqibi fransalı Salahdin Parnas ola bilər.
"Cebheinfo.az" "AgentMMA" portalına istinadən xəbər verir ki, tərəflərin qarşılaşması 2027-ci il yanvarın 16-da ABŞ-nin Dallas şəhərində keçiriləcək "UFC Fight Night" turniri üçün mümkün variantlardan biri kimi nəzərdən keçirilir.
Turnirin "American Airlines Center" arenasında təşkili planlaşdırılır. Bununla belə, Fiziyevlə Parnas arasında döyüşün keçirilməsi ilə bağlı rəsmi açıqlama yoxdur. Tərəflərin danışıqlar apardığı da təsdiqlənməyib.
Qeyd edək ki, 28 yaşlı Salahdin Parnas əvvəllər Polşanın KSW təşkilatında yarım yüngül və yüngül çəki dərəcələrində çempion olub. O, sentyabrda UFC-də debüt edərək Den Hukeri ilk raundda texniki nokautla məğlub edib.
Rafael Fiziyev isə sonuncu döyüşünü bu il iyunun 27-də Bakıda keçirib. O, Manuel Torresi ikinci raundda nokautla üstələyib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 10 Noyabr 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















