Icma.az
close
up
RU
Avropa ABŞ yə Ukraynada hərbçi yerləşdirməyi təklif edəcək

Avropa ABŞ yə Ukraynada hərbçi yerləşdirməyi təklif edəcək

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Ukraynanın avropalı müttəfiqləri Vaşinqtona Avropa ölkələrindən 30 min hərbçinin orada yerləşdirilməsini təklif etmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti planla tanış olan Qərb rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, bu barədə Avropa liderlərinin Parisdə qeyri-rəsmi görüşü zamanı razılıq əldə olunub.
Nəşr yazır ki, hazırlanmış təkliflər gələn həftə Vaşinqtonda Böyük Britaniyanın baş naziri Key Starmer tərəfindən ABŞ prezidenti Donald Trampa təqdim olunacaq.
O, həmçinin Trampa Rusiyanın atəşkəsi pozacağı təqdirdə ABŞ-nin döyüş təyyarələri və raket sistemlərinin Rumıniya və Polşada yerləşdirilməsini və yüksək hazırlıq vəziyyətində saxlanılmasını təkid edəcək.
Bildirilir ki, Britaniya və Fransanın təklif etdiyi plana əsasən, Rusiya və NATO ölkələri arasında ordunun birbaşa qarşıdurması riskini minimuma endirmək üçün Qərb qoşunları Ukraynanın ən böyük şəhərlərində, o cümlədən, mühüm limanlarda, mühüm infrastruktur obyektlərində, həmçinin atom elektrik stansiyalarında yerləşdirilməlidir.
Nəşr əlavə edir ki, plana əsasən, kontingent Ukrayna qoşunlarının yerləşdiriləcəyi təmas xəttində vəziyyətə nəzarət etmək üçün texniki monitorinq avadanlıqlarından, o cümlədən peyklərdən, pilotsuz uçuş aparatlarından və kəşfiyyat təyyarələrindən geniş istifadə edəcək.
Qəzetin mənbələrindən birinin məlumatına görə, Qərb “sülhməramlıları” hava təhlükələrinin qarşısını almaq və Ukrayna səmasında mülki aviasiya uçuşlarının bərpasını təmin etmək üçün kifayət qədər hərbi resurslara malik olacaqlar.
Qara dənizdə əsas ticarət yollarının təhlükəsizliyinə nəzarət etmək üçün patrul gəmiləri tələb olunacaq.
Digər tərəfdən, kontingentin formalaşdırılması üçün Birləşmiş Ekspedisiya Qüvvələrinin üzvlərindən ibarət olan qoşunlardan istifadə edilməsi təklif olunur. 2014-cü ildə yaradılan bu müdafiə blokuna Böyük Britaniya, Danimarka, İslandiya, Latviya, Litva, Hollandiya, Norveç, Finlandiya, İsveç və Estoniya daxildir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 20 Fevral 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri