Avropa Azərbaycana möhtac qaldı Bakıya səfərlərin sirri açıldı
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Milli Məclisin plenar iclasında çıxış edən deputat Elman Nəsirov son həftələrdə Avropa ölkələrinin yüksək rütbəli nümayəndələrinin Azərbaycana intensiv səfərlərinin təsadüfi olmadığını, bunun ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin gətirdiyi strateji dividendlərlə bağlı olduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, səfərlərin geniş coğrafiyasına diqqət çəkən parlamentari Almaniya, İtaliya, Monteneqro, Gürcüstan, Litva və Estoniyanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana gəlişinin Avropanın regiona və rəsmi Bakıya olan böyük marağını göstərdiyini qeyd edib. E.Nəsirov bu diplomatik fəallığın üç əsas səbəblə bağlı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, birinci səbəb Azərbaycanın həyata keçirdiyi uğurlu enerji təhlükəsizliyi siyasətidir. İnternet mağaza
Deputat xatırladıb ki, 2021-ci ildə Avropaya 8,2 milyard kubmetr qaz ixrac edən Azərbaycan bu gün 10-u Avropa İttifaqı üzvü olmaqla ümumilikdə 13 Avropa dövlətinə təxminən 12,8–13 milyard kubmetr həcmində qaz satışı həyata keçirir.
İkinci mühüm amilin nəqliyyat-logistika sahəsindəki "Azərbaycan amili" olduğunu deyən E.Nəsirov bir gün əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında yüksək səviyyəli nəqliyyat dialoqunun keçirildiyini, ayın əvvəlində isə Aİ-nin Orta Dəhlizin strateji əhəmiyyətini xüsusi vurğuladığını diqqətə çatdırıb.
Üçüncü səbəb kimi regiondakı sülh prosesini göstərən deputat Avropa ölkələrinin bölgədə dayanıqlı sülhü məhz Azərbaycanın təmin edə biləcəyini anladıqlarını və bu sülhün Avropanın öz regional siyasəti üçün həyati əhəmiyyət daşıdığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 27 Noyabr 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















