Icma.az
close
up
RU
Ey Nizami, ey nizamı ucalan!

Ey Nizami, ey nizamı ucalan!

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nizami Gəncəvi – 885

Nizami Gəncəvinin xatirəsinin Bakının mərkəzində ucaldılmış monumental abidədə əbədiləşdirilməsi, keç­miş Sovetlər İttifaqında şairin 800 illik yubiley tədbirlə­rinə hazırlıqla əlaqədar idi. Məlum olduğu kimi, abidə İstiqlaliyyət və Azərbaycan prospekti küçələrinin kəsiş­məsində 1 hektarlıq ərazidə yerləşir. 

1917-ci ilə qədər, çar re­jimi dövründə meydanın ye­rində birmərtəbəli evlər, kiçik mağazalar və yeməkxanalar yerləşirdi. 1935-ci ildə bina­lar söküldü və memar E.S.Ab­ramovanın layihəsi əsasında məhəllə bağa çevrildi. Ətrafda çox əhəmiyyətli binalar - Mət­buat Evi, Əmək Sarayı, Təb­liğat Evi və Monolit yaşayış binası var idi. Bunu nəzərə ala­raq meydana parter xarakteri verildi, aşağı hissəsi açıq qaldı, mərkəzində kvadrat hündür­lüyü olan meydan abidə üçün potensial yer kimi saxlanıldı. Meydanın indiki Azərbay­can prospekti küçəsinə baxan yuxarı hissəsində iynəyarpaqlı və çinar ağacları əkildi.

Ərazinin memarlıq cəhət­dən təşkili heç də asan məsələ deyildi. Vəziyyət Monolitdən qarşı tərəfdə yerləşən Əmək Sarayına qədər relyefin kəs­kin enişi ilə çətinləşimişdi. Problem 1939-cu ildə Nizami Gəncəvinin anadan olması­nın 800 illiyinin yaxınlaşması ilə əlaqədar olaraq hökümətin Əmək Sarayını Nizami muze­yinə çevirmək və bitişik park­da şairin abidəsini ucaltmaq barədə qərar qəbul etməsi ilə öz həllini tapdı. 

İncəsənət şöbəsi Nizami Gəncəvinin abidəsinin yaradıl­ması üçün açıq və qapalı müsa­biqələr təşkil etdi. Açıq müsa­biqədə 10, qapalı müsabiqədə isə 7 heykəltaraş iştirak etdi. Yazıçılar, rəssamlar və aşıqla­rın iştirakı ilə əsərlər ictima­iyyətə təqdim edildi. Təqdim olunmuş 70 layihənin hamısı geri qaytarıldı, müəlliflər şairin obrazını inandırıcı əks etdirə bilməmişdilər. Əslində, bu, ba­şadüşülən idi, çünki Nizaminin görüntüsü məlum deyildi, heç bir freska və ya qədim minatür rəsm əsəri qalmamışdı. 

Fuad Əbdürrəhmanovun eskizlərinin birində əlində lülə şəkilli perqament tutmuş, dərin düşüncəyə dalmış şair obrazı münsiflər heyətinin diqqətini çəkdi. 1940-cı ildə müsabiqə­nin münsiflər heyəti və Niza­mi yubiley komitəsi abidənin bitkin variantını işləməyi hey­kəltaraş F.Əbdürrəhmanova, postamentini düzəltmək və meydanı planlaşdırmaq işini isə memarlar S.Dadaşov və M.Hüseynova tapşırdı.

1941-ci ilin fevralında Ni­zaminin abidəsinin layihəsi və 1 metr hündürlüyündə olan maketi, Moskvada Təsviri İncəsənət Müəssisələri Baş İdarəsinin, SSRİ Xalq Komis­sarları Sovetinin bədii-texniki şurasında təsdiq edildi. Müəl­liflərə Nizaminin simasındakı milli əlamətləri gücləndirmək təklif olundu. 

İkinci Dünya müharibəsin­dən 1947-ci ilin yazında işlərin davam etdirilməsi barədə mü­vafiq qərar qəbul edildi. Mey­danın yenidən qurulması və memarıq dizaynı M. Hüseynov və V.İvanovun layihələri əsa­sında həyata keçirildi. 1948-ci il oktyabrın 23-də heykəl postament üzərinə qaldırıldı. Tikinti, quraşdırma, abadlıq işləri növbəti ilin yazına qədər davam etdi. 30 aprel 1949-cu ildə abidənin açılışı oldu. Təd­birdə Nazirlər Soveti sədrinin müavini Mirzə İbrahimov, Elmlər Akademiyasının Pre­zidenti Yusif Məmmədəliyev nitq söylədilər. Səməd Vurğun ilhamverici şeirlərini oxudu.

Tuncdan tökülmüş abidə­də müdrik şair Nizami obrazı ayaqüstə durmuş vəziyyətdə yaradılıb. Onun dalğın baxışla­rı Nizami muzeyinin Azərbay­can ədəbiyyatı klassiklərinin heykəlləri qoyulmuş eyvanına yönəldilib, sanki, sovet mətbu­atında vurğulandığı kimi, "dahi şair və mütəfəkkir xalq üçün ürəkdən arzuladığı yeni, şən və xoşbəxt həyatı seyr edir".

Heykəltaraş Fuad Əbdür­rəhmanov qədim Azərbaycan libasından - gen əba və çalma­dan böyük məharətlə istifadə edib. Alnının ətrafına dolan­mış çalmanın bir tərəfi onun çiyninə düşür. Geyimin sadə­liyi kompozisiyanın lakonizmi ilə uzlaşır, abidənin xarakteri ilə həmahənglik yaradır.

Abidə və postamentin ümumi hündürlüyü 15, tunc fiqurun hündürlüyü isə 6,2 metrdir. Səkkizbucaqlı posta­mentin üzlüyü və abidənin əsa­sı pardaxlanmış qırmızı Uk­rayna qranitindən hazırlanıb. Postamentin ortasında Nizami Gəncəvinin dünyaca məhşur "Xəmsə"sinin qəhrəmanları təsvir edilmiş barelyeflər və eni 1 metr olan səkkizüzlü tunc kəmər-qurşaq yerləşdirilib. Bu təsvirlərdə Fərhad qayanı ya­rir, gözəl Şirin onu gözləyir; Bərdənin müdrik hökmdarı Nüşabə makedoniyalı İsgəndər ilə söhbət edir; hökmdar Nu­şirəvan vəziri ilə bayquşların söhbətinə qulaq asır; əjdahaya qalib gələn Şah Bəhram və Nizaminin digər qənrəmanla­rının obrazları verilir. Qurşa­ğın Nizami muzeyinə baxan üzündə memorial xatirə mətni həkk olunub. Kənarlardan ge­niş ornamentlə bəzədilmiş tunc zolaqlarla və zərif sütunlarla haşiyələnmiş bu barelyefləri rəssam Q.Xalıqovun eskizləri əsasında heykəltaraş P.Xryu­nov hazırlayıb.

Əvvəllər abidənin pos­tamentinin pilləli özülünün aşağısında çiçəklik salınıb və ətrafına qara qranit - labrador döşənib. 2008-ci ildə abidənin ətrafında aparılan rekonstruk­siya və abadlıq işləri zamanı güllük ləğv olunub, bu pillə geniş labrador pillə ilə əvəz olunub. Yeri gəlmişkən, abidə­nin ağırlığı 7 tondur.

Abidənin ucaldılması ilə əlaqədar məlumatlar da maraq doğurur. Heykəlin həcmi ilə postamentin siluet və ümumi təsvir cəhətdən əlaqələndiril­məsi heykəltaraş Fuad Əb­dürrəhmanovun, memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun yaradıcılıq uğuru­dur. Abidənin qoyulduğu mə­kanın hazırlanması və memar­lıq-tikinti, planlaşdırma işlərini Azərbaycan Dövlət Memarlıq Layihə İnstitutu (Azərbaycan Dövlət Layihə İnstitutu) la­yihələndirib.

Abidə üçün şairin tunc fiquru Leninqrad (indiki Sankt-Peterburq) şəhərində məhşur Monument-Skulptura zavodunda tökülüb. Heykə­li pyedestala bərkitmək üçün uzunluğu 10 metr olan möh­kəm poladdan hazırlanmış, seysmik təsirlərə davamlı xüsusi milin bir hissəsi posta­mentə kipləşdirilib, o biri his­səsi isə fiqurun içərisinə keçi­rilib.

Nizami Gəncəvinin mo­numental abidəsinin Bakıda ucaldılması mühüm tarixi-si­yasi əhəmiyyətə malik idi. XX əsrin 30-cu illərinin sonu - 40-cı illərin əvvəlində xaric­də Nizaminin vətəninin Persi­ya (İran) olduğu iddia edilirdi. Nizami Cəncəvinin 800 illiyi ilə əlaqədar paytaxt Bakıda və şairin doğulduğu Gəncədə Sovet hökümətinin qərarına uyğun olaraq 2 monumental heykəl ucaldıldı. Biri 1949-cu ildə Bakının mərkəzində tuncdan, ikincisi 1946-cı ildə Gəncədə dəmir betondan. Bakının mərkəzində Nizami­nin adını daşıyan meydanda dahi şairin böyük bədii, siyasi əhəmiyyət daşıyan möhtəşəm abidəsinin ucaldılması xalqı­mızın və keçmiş sovet məkanı xalqlarının dünya mədəniyyə­ti xəzinəsinə qiymətli töhfələr vermiş, bəşəriyyəti öz yara­dıcılığı ilə zənginləşdirmiş şairin şəxsiyyətinə hörmətin və minnətdarlığın parlaq ifa­dəsidir.

Prezident İlham Əliyevin göstərişinə əsasən abidənin yerlədiyi məkanda gecə işıq­landırma sistemi quraşdırılıb.Terrasvari yolda daş pilləkən­lərlə ayrılan altı meydança, fəvvarələr-fontanlar kaskadı yaradılıb, güldanlı qazonlar, skamyalar qoyulub. Bütün bunlar möhtəşəm, monumen­mal abidənin bədii emosional təsirini daha da gücləndirir. 

Bu il 885 illiyini qeyd eti­yimiz dahi Nizami Gəncəvini anarkən Bakının mərkəzində ucaldılmış möhtəşəm monu­mental abidə, gözəl bədii tər­tibatlı postament, ətraf məkan, Nizami muzeyinə enən terrass­lı mərkəzi pilləkən, fontanlar dahi şairi əbədiləşdirən memo­rial kompleks ziyarətçilərin, turistlərin, nizamisevərlərin diqqətini cəlb edir.

XIX əsrin ortalarında Gəncədən keçən maarifçi şair Seyid Əzim Şirvani böyük Nizaminin məzarının bərbad görkəminə baxıb bu misraları yazmışdı:

Ey şeyx Nizami, 
ey nizamı dağılan
Gəncədə üzvü- ehtişamı dağılan...

Zaman gəldi, xalqımız ölkə­mizin paytaxtı Bakıda 800 yaşı tamam olmuş Gəncə dahisinə Bakıda belə bir möhtəşəm abi­də ucaltdı. İndi biz bu əzəmətli heykələ baxıb deyirik: “Ey Ni­zami, ey nizamı ucalan!”

Nizami AĞAYEV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see682

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see569

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see321

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see318

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see290

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see287

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see275

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see275

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see253

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see250

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see243

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see243

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see241

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see240

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see237

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see236

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see235

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see230

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see214

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri