Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Avropa Azərbaycanın qapısını döyür” Orxan Yolçuyev (MÜSAHİBƏ)

“Avropa Azərbaycanın qapısını döyür” Orxan Yolçuyev (MÜSAHİBƏ)

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan münaqişəni təkbaşına həll edən nadir dövlətlərdəndir”

Azərbaycanın beynəlxalq rolu və strateji mövqeyi son dövrlərdəki forumlar və səfərlərlə daha da önə çıxır. III Bakı Qlobal Forumu yüksək səviyyəli siyasətçiləri bir araya gətirərək qlobal və regional böhranlar, geosiyasi risklər və əməkdaşlıq imkanlarını müzakirə etməyə imkan verdi.

Ölkənin Orta Dəhliz üzərində yerləşməsi və enerji-logistik potensialı Azərbaycanın Avropa və Asiya ilə əlaqələrini gücləndirir, regionda sabitlik və etimadın qorunmasına töhfə verir. Belə təşəbbüslər Azərbaycanın həm regional, həm də qlobal səviyyədə nüfuzunu artırır, dialoq platforması rolunu möhkəmləndirir.

Siyasət, Tarix və Etnoqrafiya Mərkəzinin (STEM) direktoru Orxan Yolçuyev mövzu ilə bağlı Sherg.az-ın suallarını cavablayıb:

-Azərbaycanda keçirilən tədbirləri, xüsusilə III Bakı Qlobal Forumunu necə qiymətləndirirsiniz?

-III Bakı Qlobal Forumu dünya səviyyəli siyasətçilərin və ekspertlərin bir araya gəldiyi, dünyada baş verən çox mühüm hadisələrin müzakirəsi üçün ən effektiv platformalardan biri oldu. Forumun adından da göründüyü kimi, o, dünyanı narahat edən və qlobal miqyasda baş verən əsas böhranların müzakirəsinə yönəldi. Bu cür forumlarda hər hansı konkret qərarlar qəbul olunmur. Risklərin və böhranların aradan qaldırılması ilə bağlı birbaşa qərarlar qəbul edilməsə də, informasiya məkanında dünyanı narahat edən problemlərin həlli istiqamətində müəyyən fikirlərin formalaşdırıldı. İnformasiya gündəliyinin müəyyənləşdirilməsi baxımından bu platforma çox böyük əhəmiyyət kəsb etdi.

Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması məsələsi müzakirə olunur. Bu isə Azərbaycanın dünyada oynadığı xüsusi roldan, beynəlxalq münasibətlər sistemində tutduğu mövqedən xəbər verir. Azərbaycan orta güc statusuna malik dövlət kimi bu gün çalxalanan dünyamızda, xüsusilə Avrasiya qitəsində baş verən böhranların həllində və yeni münaqişələrin qarşısının alınması istiqamətində mühüm aktor rolunu oynayır.

-Azərbaycanın dünya dövlətləri arasında hansı mövqeyi tutur?

-XXI əsrdə Azərbaycan yeganə dövlətlərdən biridir ki, öz ərazisində mövcud olan böyük bir münaqişəni öz gücü hesabına həll etdi. Beynəlxalq hüququn prinsiplərinin təmin edilməsini öz imkanları hesabına həyata keçirdi. Bu təkcə hərbi gücdən ibarət deyil, həm də iqtisadi və sosial gücün göstəricisidir. Azərbaycanın iqtisadi potensialı, sosial inkişafı və ümumi gücü bu nəticənin əldə olunmasında mühüm rol oynadı.

Ona görə də bu gün bir çox dövlətlər və liderlər Azərbaycanın mövqeyi ilə, onun beynəlxalq arenada sərgilədiyi siyasətlə hesablaşırlar. Bunu son günlərdə keçirilən forumda da görmək mümkündür. Orada səsləndirilən çıxışlar və müzakirələr Azərbaycanın mövqeyinin bir çox dövlətlər üçün nümunə ola biləcəyini göstərdi.

Hazırda dünyamızda çoxlu fikir ayrılıqları və geosiyasi qırılma nöqtələri mövcuddur. Bu qırılma nöqtələrində isə böhranlar getdikcə daha da artır. Azərbaycan isə belə qırılma nöqtələrindən birini həll etməyi bacarıb və bununla dünyaya müəyyən model təqdim edib.

-Rəsmi Bakı hər zaman ölkələri sülhə çağırır. Bəs Beynəlxalq İnstitutların hazırda bu işdə rolu nə qədər effektivdir?

-Bu gün əsas mövzulardan biri də bizim yaxın coğrafiyamızda baş verən ciddi proseslərdir. Məsələn, Rusiya ilə Ukrayna arasında müharibə artıq beşinci ilinə qədəm qoyub. Bu münaqişə regionda və dünyada böyük təsirlərə səbəb olur. Digər tərəfdən, İran ətrafında da ciddi gərginlik müşahidə olunur və bu vəziyyət region üçün gözlənilməz hadisələrə gətirib çıxara bilər.

Bu böhranlar isə getdikcə artır və azalmağa doğru getmir. Dünya yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələdə beynəlxalq institutların effektiv fəaliyyəti ciddi şəkildə zəifləyib. Beynəlxalq hüququ qorumaq və beynəlxalq münasibətlər sistemini tənzimləmək üçün yaradılmış institutlar faktiki olaraq iflic vəziyyətindədir.

Müasir dünya müəyyən mənada qeyri-müəyyənlik dövrünü yaşayır. Son 30 ildə beynəlxalq hüquq sisteminin tədricən zəiflədiyini görürdüksə, indi isə bu proses daha açıq şəkildə özünü göstərir.

Bir müddət dünya miqyasında rules-based order, yəni qaydalara əsaslanan beynəlxalq nizam anlayışı mövcud idi. Lakin hazırda bu sistem də zəifləməkdədir. Dünya müəyyən mənada qaydaların və hüquqi mexanizmlərin zəiflədiyi mərhələyə daxil olur. Bu vəziyyət isə yeni münaqişə ocaqlarının yaranmasına, təhlükələrin və böhranların artmasına gətirib çıxarır. Belə bir şəraitdə əsas hədəflərdən biri regionumuzda sabitliyin və təhlükəsizliyin qorunub saxlanılmasıdır. Bu baxımdan belə forumlar dünya informasiya məkanında gərginliyin azaldılması, ortaq məxrəclərin tapılması və dialoqun inkişaf etdirilməsi üçün çox mühüm rol oynayır. Forum çərçivəsində çoxqütblü dünya nizamında baş verən dəyişikliklər, qlobal təhlükəsizlik problemləri, geosiyasi risklər, beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi məsələlər geniş şəkildə müzakirə olunur.

-Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışında vurğuladı ki, sabitlik və təhlükəsizlik müasir dünyada hər bir ölkə üçün əsas prioritetlərdən biridir və bu sahədə birgə səylərin göstərilməsi vacibdir. 

-Bu yanaşma qlobal səviyyədə etimad mühitinin qorunması və beynəlxalq dialoqun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın dünya miqyasında həyata keçirdiyi fəaliyyətlər də bu kontekstdə xüsusi diqqət çəkir. Bu gün Azərbaycan Cənubi Qafqazda siyasi və iqtisadi gündəliyi formalaşdıran ölkələrdən biridir. Uzun illər davam edən münaqişədən sonra ölkəmiz regionda sülh prosesini təşviq edən əsas aktorlardan biri kimi çıxış edir.

-Azərbaycan həmçinin Yaxın Şərq və Avropa arasında iqtisadi və siyasi platformalarda da fəal iştirak edir. Bunu necə dəyərləndirirsiniz?

-Hazırda Azərbaycan Şərqi Avropa ölkələrinin bir çoxuna təbii qaz ixrac edən mühüm enerji tərəfdaşına çevrilib. Bu gün Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir. Bəlkə də ixrac olunan qazın həcmi bəzi böyük ölkələrlə müqayisədə daha azdır, lakin ixrac edilən ölkələrin sayına görə Azərbaycan dünyada ön sıralarda yer alır. Xüsusilə Avropanın enerji böhranı ilə üzləşdiyi bir dövrdə Azərbaycanın enerji sahəsində rolu daha da artır.

Eyni zamanda Azərbaycan Mərkəzi Asiya ilə də fəal əməkdaşlıq edir. Bu gün Cənubi Qafqaz və Mərkəzi Asiya arasında vahid geosiyasi və geoiqtisadi məkanın formalaşmasında Azərbaycan mühüm rol oynayır.

Mərkəzi Asiya ölkələri üçün Azərbaycan Qərbə çıxış baxımından mühüm tranzit qapısı rolunu oynayır. Bu isə regionun həm siyasi, həm də iqtisadi təhlükəsizliyi üçün yeni imkanlar yaradır və yeni iqtisadi münasibətlər sisteminin formalaşmasına töhfə verir. Məhz bu səbəbdən belə forumlara dünyanın müxtəlif ölkələrindən tanınmış siyasətçilər, düşüncə mərkəzlərinin rəhbərləri və ekspertlər böyük maraqla qatılırlar.

Xüsusilə Azərbaycanın son illərdə nümayiş etdirdiyi siyasi mövqe, post-münaqişə dövründə həyata keçirilən quruculuq siyasəti, regional əməkdaşlıq təşəbbüsləri və sülhə yönəlmiş addımlar ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır.

Avrasiyada böhranların artdığı bir dövrdə bu cür platformalar dialoqun inkişafı və qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

-Yaxın günlərdə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfəri baş tutdu. Onun kimi nümayəndələrin paytaxtımıza üz tutmasının səbəbi nədir? 

-Koştanın səfəri Avropadakı institutların, xüsusilə Avropa Şurası və Avropa Birliyi strukturlarının regionumuza yönəlmiş siyasətində müəyyən strategiya dəyişikliklərinin baş verməsindən irəli gəlir.

Görüş zamanı da, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, regional sabitlik məsələləri və qarşılıqlı maraqlara əsaslanan layihələr barədə geniş fikir mübadiləsi aparılıb. Bu gün Avropa ümumiyyətlə həm siyasi, həm də iqtisadi müstəvidə müəyyən çətinliklər və tənəzzül əlamətləri ilə üzləşir.

Avropada hazırda ciddi risklər mövcuddur və hətta bəzi ekspert dairələrində Avropa Birliyinin gələcəkdə vahid siyasi və iqtisadi qurum kimi əvvəlki gücünü qoruyub-qoruyamayacağı barədə müzakirələr aparılır. Bu cür müzakirələr Avropanın daxili siyasi gündəliyində də öz əksini tapır.

Bu baxımdan Azərbaycan ilə Avropa Birliyi arasında münasibətlərin yeni mərhələyə keçməsi xüsusi əhəmiyyət daşıyır. Əslində Azərbaycan ilə Avropa Birliyi arasında münasibətlər əvvəllər də mövcud olub və müxtəlif istiqamətlərdə əməkdaşlıq həyata keçirilib. Lakin son illərdə, xüsusilə Qarabağ münaqişəsindən sonrakı dövrdə Avropa institutlarının bəzi yanaşmaları və tətbiq etdiyi ikili standartlar səbəbindən münasibətlərdə müəyyən soyuqluq yarandı. Bu gün isə vəziyyət dəyişməkdədir. Avropa etibarlı iqtisadi tərəfdaşlara ehtiyac duyur. O, həmçinin etibarlı enerji təchizatçılarına, xüsusilə də təbii qaz ixracatçılarına ehtiyac hiss edir. Bundan başqa, təhlükəsizlik sahəsində də Avropa üçün etibarlı tərəfdaşların mövcudluğu böyük əhəmiyyət kəsb edir.

Məhz bu səbəbdən Azərbaycanın Avropadakı rolu və çəkisi getdikcə artır. Azərbaycan ilə Avropa Birliyi arasında münasibətlər müxtəlif səviyyələrdə aparılan dialoqlar üzərində qurulub. Son illərdə Avropa Komissiyası nümayəndələrinin Azərbaycana və regiona səfərlərinin artması da bu əməkdaşlığın vacibliyini göstərir. Eyni zamanda Avropa nümayəndələri həm Azərbaycana, həm də Mərkəzi Asiya ölkələrinə tez-tez səfərlər həyata keçirirlər. Bu isə onu göstərir ki, Avropa Birliyi üçün bizim yerləşdiyimiz coğrafiya strateji əhəmiyyətə malikdir və müəyyən mənada açar rolunu oynayır. Səfər də bu əməkdaşlığın dinamik və davamlı olduğunu nümayiş etdirir. Təbii ki, bu proses gələcəkdə yeni əməkdaşlıq imkanlarının yaranmasına da səbəb olacaq. 

-Azərbaycan həm də Orta dəhlizin üzərində yerləşir. 

-Bəli, bu gün Avropa qitəsinin stabil və təhlükəsiz logistika yollarına ciddi ehtiyacı var. Avrasiya məkanında Avropa ilə Çin arasında ən böyük ticarət dövriyyəsi mövcuddur. Bu dövriyyə təxminən 800 milyard dollar həcmində qiymətləndirilir.

Belə böyük iqtisadi axınların hansı yollar vasitəsilə daşınacağı məsələsi hazırda Avropa üçün çox ciddi strateji suallardan biridir. Ənənəvi marşrutlar isə artıq əvvəlki kimi stabil deyil. Məsələn, Qırmızı Dəniz bölgəsində və Yaxın Şərqdə baş verən gərginliklər səbəbindən bir sıra marşrutlarda məhdudiyyətlər yaranıb, bəziləri isə faktiki olaraq bağlanıb.

Bu vəziyyətdə Avropa yeni və sabit ticarət marşrutlarının formalaşdırılması barədə düşünür. Bu baxımdan Azərbaycanın yerləşdiyi coğrafiya xüsusi əhəmiyyət qazanır. Azərbaycanın üzərindən keçən Orta Dəhliz hazırda Avrasiya məkanında ən stabil, təhlükəsiz və effektiv marşrutlardan biri hesab olunur.

Bu dəhlizin daha böyük həcmdə yüklərin daşınmasına imkan verəcək şəkildə inkişaf etdirilməsi hazırda gündəmdə olan əsas məsələlərdəndir. Avropa Birliyi də məhz bu səbəbdən regionumuza xüsusi diqqət yetirir və regiona səfərlərin böyük hissəsi də logistika və enerji məsələləri ilə bağlıdır.

-Avropa Birliyi ilə birlikdə hazırlanan layihələr gələcək üçün nələri ehtiva edir?

-Hazırda bir sıra yeni layihələrin reallaşdırılması istiqamətində işlər aparılır. Bu layihələr Avropa Birliyi üçün böyük əhəmiyyət kəsb edir. Avropa ölkələri Azərbaycanın ərazisindən keçən nəqliyyat dəhlizlərinə böyük ümid bəsləyirlər.

Mətbuata açıqlanan birgə bəyanatlardan da görünür ki, Avropa Birliyi Azərbaycan ilə yenilənmiş tərəfdaşlıq prioritetlərinin qəbul edilməsini və ikitərəfli gündəliyin daha da irəli aparılmasını hədəfləyir. Bu məqsədlə mövcud olan bütün mexanizmlərdən və əməkdaşlıq alətlərindən istifadə edilməsi planlaşdırılır. Bu kontekstdə Avropa Birliyinin həyata keçirdiyi qlobal təşəbbüslər də xüsusi rol oynayır. Məsələn, Qlobal Şəbəkə layihəsi bu istiqamətdə əsas proqramlardan biridir. Prezidentin görüşündə də bu layihə müzakirə mövzularından biri olub.

Bu təşəbbüs çərçivəsində Azərbaycanın ərazisindən keçən logistika xətlərinin Avropa Birliyinin maliyyələşdirməsi məsələsi də gündəmdədir. Bu kifayət qədər ciddi strateji məsələ hesab olunur.

Bundan əlavə, Avropa Birliyinin Naxçıvan Muxtar Respublikası üzərindən keçən dəmir yolu xətlərinin müasirləşdirilməsinə dəstək verməsi məsələsi də müzakirə edilir. Bu layihələr ümumilikdə regionda nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsinə xidmət edir. Həmçinin Zəngəzur dəhlizi məsələsində Avropa Birliyinin marağının olması, bu layihəyə müəyyən dəstək göstərməsi Azərbaycanın və bütövlükdə regionun strateji əhəmiyyətini bir daha göstərir.

Bu mövzunun beynəlxalq səviyyədə gündəmə gətirilməsi və bu istiqamətdə müzakirələrin aparılması çox vacibdir. Çünki bütün bunlar Azərbaycan ilə Avropa Birliyi arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Biz artıq bu münasibətlərdə yeni bir dövrün başlanğıcının şahidi oluruq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Mart 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri