Icma.az
close
up
RU
Orxan Səfərov: “Avropa məşq metodlarını Yaponiya yanaşması ilə birləşdirməyə çalışıram” MÜSAHİBƏ

Orxan Səfərov: “Avropa məşq metodlarını Yaponiya yanaşması ilə birləşdirməyə çalışıram” MÜSAHİBƏ

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Keçmiş cüdoçu Orxan Səfərov məşqçilik karyerasını inkişaf etdirməyə davam edir. Ötən il öz adını daşıyan akademiya açan Avropa çempionu, dünya çempionatlarının ikiqat mükafatçısı, iki Olimpiadada iştirak etmiş idmançı bu günlərdə Latviyadan gələn təklifi qəbul edib. Həmçinin o, “İdman səfiri” kimi MDB Oyunlarına hazırlaşır.

Səfərov İdman.biz-ə müsahibəsində hazırkı fəaliyyətindən danışıb.

- Bu günlərdə Latviyanın "Kyodai" klubunun məşqçilər heyətinə qoşulmusunuz. Vəzifələriniz nələrdən ibarət olacaq?

- Əsas məqsədim illər ərzində beynəlxalq arenada qazandığım təcrübəni paylaşmaqdır. "Kyodai"də aparıcı idmançıların hazırlığı, məşq prosesinin qurulması və gənclərin inkişafına kömək edəcəyəm.

- Ötən il açılan "Orxan Səfərov Akademiyası"nın uğurları necədir?

- Akademiya çox sürətlə inkişaf edir. İlk ildə uşaqlar və yeniyetmələrdən ibarət sabit qruplar formalaşıb, kəmər imtahanları müntəzəm keçirilir, komandalarımız beynəlxalq yarışlara qatılır. Ən çox qürur duyduğum məqam akademiyanın yalnız idman zalı deyil, eyni zamanda uşaqların intizam, hörmət və komandada çalışmağı öyrəndiyi məkan olmasıdır.

- İdmançı karyeranızı başa vurduqdan sonra bir neçə ay Yaponiyada məşqçilik kurslarında oldunuz və orada cüdoya baxışınız tamamilə dəyişdi. Yaponiya təcrübəsindən nəyi praktikada tətbiq edirsiniz?

- Yaponiya mənə cüdonun sadəcə idman olmadığını, həyat tərzi olduğunu göstərdi. Orada idmançının daxili vəziyyətinə və fəlsəfəsinə daha çox diqqət yetirilir. İndi işimdə Avropa hazırlıq metodlarını yapon yanaşması ilə birləşdirərək yalnız güclü cüdoçu deyil, həm də şəxsiyyət yetişdirməyə çalışıram.

- Avropa Cüdo İttifaqı çərçivəsində ustad dərsləri də keçirsiniz. Məşqçi roluna öyrəşmisiniz?

- Bu mənə böyük zövq verir. Gənc idmançıların və məşqçilərin alışıb-yanan gözlərini gördükcə və təcrübəmin başqalarına faydası olduğunu hiss etdikcə böyük motivasiya alıram. Məşqçilik məsuliyyətli missiyadır, çalışıram biliklərimi ən anlaşılan və ilhamverici şəkildə çatdırım.

- Milli komandanın Avropa və dünya çempionatı da daxil olmaqla, mövsümün ilk yarısındakı nəticələrini necə qiymətləndirirsiniz?

- Nəticələr sabitdir, lakin komandanın potensialı çox yüksəkdir. Parlaq qələbələr və medallar var, amma inkişaf etdirilməli məqamlar da mövcuddur. Ən önəmlisi isə tərəqqini və işin düzgün istiqamətdə getməsini görürük.

- Siz Azərbaycanın “İdman səfirləri” komandasındansınız. Yəqin ki, yaxın missiyanız MDB Oyunlarıdır. Oradan nə gözləyirsiniz?

- Bu, Azərbaycan idmanı üçün ilin əsas hadisələrindən biridir. İnanıram ki, idmançılarımız yüksək səviyyə göstərəcək və ölkəmizi layiqincə təmsil edəcəklər.

- Gələcəkdə karyeranızı inkişaf etdirməklə bağlı planlarınız nədir?

- Yaxın vaxtlarda akademiyanı inkişaf etdirməyə, ustad dərslərini və beynəlxalq layihələr vasitəsilə biliklərimi bölüşməyə davam etmək istəyirəm. Uzunmüddətli məqsədim idman strukturlarında rəhbər vəzifə tutaraq cüdonun ölkə və beynəlxalq səviyyədə inkişafına təsir etməkdir.

Zəki Feyzullayev

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Sentyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri