Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Avropa Bankından nikbin proqnoz

Avropa Bankından nikbin proqnoz

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda iqtisadi artımın davamlı olacağı fərz edilir

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Regional iqtisadi perspektivlər” adlı hesabatında qlobal iqtisadiyyatın mövcud vəziyyəti və qarşıdakı dövr üzrə proqnozlar yer alıb. AYİB hesab edir ki, ABŞ-ın bir müddət əvvəl tətbiq etdiyi idxal tarifləri dünya miqyasında potensial itkilər yaratmaqla, qlobal əlavə dəyəri azaldacaq. Xüsusilə də Avropa regionunda iqtisadiyyatın artım tempinin azalması gözlənilir, ümumi təsir isə bu regionda ÜDM-in 0,5 faizi həddində ehtimal olunur. Ekspertlərin qənaətinə görə, ümumilikdə, ABŞ-ın gömrük proteksionizmi üzrə qiymətləndirmələr qlobal təchizat zəncirlərinə dolayı təsirlər göstərəcək və ticarət axınlarını dəyişiklikliyə uğradacaq. AYİB-in rəyinə əsasən, Şərqi Avropa və Qafqazda artım 2023-cü ildəki 4,7 faizdən 2024-cü ildə 3,9 faizə və 2025-ci ilin birinci yarısında 2 faizə qədər yavaşlayıb. Belə ki, bu bölgədə Ermənistan və Rusiya ilə əsas vasitəçi ticarət tərəfdaşı olan Rusiyanın hər iki ölkə ilə əmtəə mübadilələrinin azalması Cənubi Qafqaz iqtisadiyyatında əlavə dəyəri aşağı salıb. Hər iki ölkədə işçi qüvvəsi və kapital axınından irəli gələn təkan zəifləyib. Nəticədə bu regionda orta illik artımın 2025-ci ildə 3 faiz,  2026-cı ildə isə 4,4 faizə qədər sürətlənəcəyi gözlənilir.

Azərbaycanda iqtisadi artım 2,5 faiz təşkil edəcək

Avropa Bankının Azərbaycan iqtisadiyyatı ilə bağlı gözləntiləri isə ümidvericidir. Bankın analitik blokunun qənaətinə görə, güclü dövlət investisiyaları və əhalinin real gəlirlərinin artması 2025-ci ilin birinci yarısında Azərbaycanın qeyri-neft ÜDM-nin davamlı artımını dəstəkləyib, neft-qaz sektoru isə Avropa bazarında tələbatın artmasından faydalanıb. Kreditləşmənin artımı daha da sürətlənərək 20 faizi ötüb, həm korporativ, həm də pərakəndə kreditləşmə yaxşı nəticələr göstərib. Sərmayələrin davamlı artımı və maliyyə axınları hesabında iqtisadiyatda əlavə dəyərin həcminin böyüməsi istisna olunmur.

AYİB-in ssenarilərinə əsasən, ölkəmizdə iqtisadi artım 2025-ci ildə 2 faiz, 2026-cı ildə isə 2,5 faiz artacaq. AYİB vurğulayır ki, 2025-ci ildə real ÜDM-in artımında qeyri-neft sektorundakı fəallıq nümayiş etdirəcək. Neft sektorundakı daha zəif göstəriciləri kompensasiya edəcək qeyri-neft bölməsi iqtisadiyyatın aparıcı mühərrikinə çevriləcək. Ehtimallara əsasən, enerji qiymətlərindəki dəyişkənlik, qlobal ticarətdəki qeyri-müəyyənlik və regional geosiyasət iqtisadi artımda yavaşlama riskləri yaradır. Ancaq neftdənkənar bölmələrdə artıq dayanıqlılıq və möhkəm sütunların yaranması ÜDM-in artım potensialını böyüdür. Bundan başqa, Aİ ilə enerji sahəsində əməkdaşlıq, Orta Dəhlizin genişləndirilməsi, Ermənistanla sülh gündəliyi ilə bağlı situasiyalar da ölkəmizdə əlavə dəyərin artımında təsiriedici faktorlardan olacaq. Növbəti illərdə bölgədə yeni ticarət marşrutlarının açılması isə investorların etimadını artırmaqla bölgəyə gəlişi və yeni sərmayələrə start verməsi iqtisadi və işgüzar fəallığı yüksəldəcək, yeni əlavə dəyər mənbələri formalaşdıracaq.

Hökumətin və maliyyə institutlarının proqnozları

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi 2025-ci il üçün ÜDM artımını 3 faiz, 2026-cı ildə isə 2,9 faiz səviyyəsində proqnozlaşdırır. 2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatı 1 faiz artıb.Qlobal iqtisadi proqnozlaşdırmada əsas istinad mərkəzi kimi qəbul edilən Dünya Bankının (DB) yenilənmiş hesabatında Azərbaycanın uzunmüddətli inkişafında yeni yaranan əlavə dəyər mənbələrinin, xüsusilə də qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafda töhfəverici rol oynayacağı proqnozlaşdırılır. Bankın iyulda dərc olunmuş “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatında Azərbaycanla bağlı proqnozları da təxmini oxşardır. Bank 2025-ci ildə 2,6 faiz, 2026-cı ildə 2,4 faiz səviyyəsində artım proqnozlaşdırır.

Həmçinin beynəlxalq reytinq agentliklərinin proqnozları da cüzi gösətərici ilə Azərbaycan hökumətinin ehtimallarına yaxındır. “S&P Global” reytinq agentliyi 2025-2026-cı illərdə ildə ölkəmizdə 2 faiz, “Fitch Ratings” isə 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə 2,5 faiz, “Moody’s” 2,5-3 faiz səviyyəsində artım gözləyir. Beynəlxalq Valyuta Fondu 2025-ci ildə Azərbaycanda iqtisadi artımı 3,5 faiz, 2026-cı ildə 2,5 faiz, Asiya İnkişaf Bankı isə cari ildə 3,4 faiz, növbəti ildə isə 3,3 faiz səviyyəsində proqnozlaşdırır. 

Ortamüddətli milli prioritetlər

Göründüyü kimi, neft-qaz sektorunun ümumi iqtisadi artımda payı tədricən azalsa da, artımın əsas hərəkətverici dayağı qeyri-neft sektoru olacaq. Bunun üçün dövlətin qarşısında qeyri-neft sektorundan daxilolmaları artırmaq kimi əsas çağırış durur. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf  Strategiyası”, “Azərbaycan 2030 : sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri” və digər konseptual dövlət sənədlərinin hazıralanaraq icra edilməsi məhz neftsiz iqtisadiyyat quruculuğu əsasında milli inkişafın təmin edilməsinə yönəlib. Bu strateji hədəfin bir istiqaməti isə işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası sayəsində yeni əlavə dəyər mənbələrinin səfərbər olunmasıdır. Bu isə iqtisadiyyata reinteqrasiyanın təmin edilməsi fonunda ÜDM-in nominal dəyərini və real ifadədə artımını da təmin edəcək.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Sentyabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see815

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see452

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see320

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see295

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see284

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see276

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see275

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see273

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see257

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see248

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see244

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see242

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see240

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see238

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see235

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see233

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see219

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see217

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see215

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri