Icma.az
close
up
RU
Avropa Bankından bədbin proqnoz

Avropa Bankından bədbin proqnoz

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın idxal rüsumlarının qlobal iqtisadiyyata təsirləri barədə ehtimallar açıqlanıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Regional iqtisadi perspektivlər” adlı may hesabatında ABŞ-ın ticarət siyasətində baş verən dəyişikliklərin, o cümlədən gözlənilən sərt tarif tədbirlərinin qlobal iqtisadiyyata təsirləri və itkiləri barədə proqnozlar yer alıb. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mart ayında xarici ticarət tərəfdaşlarına qarşı idxal rüsumlarının tətbiqi barədə fərman verib. Sənədin hüquqi qüvvəsi müəyyən müddətə təxirə salınsa da, sərt rüsum rejiminin tətbiqindən imtina olunmayacağı bəyan olunub. 2 kateqoriya üzrə təsnifləşdirilən rüsum siyasətinin birinci kateqoriyası Avropa İttifaqı (Aİ) və digər region ölkələrini əhatə edir.

Aİ üzrə idxal olunan məhsullar üçün orta 20 faizlik idxal rüsumu dərəcəsi nəzərdə tutulur. Digər region ölkələrindən bütün malların idxalı üçün minimum baza rüsumu 10 faiz həddində müəyyənləşdirilib. Buraya Böyük Britaniya, Braziliya, Argentina, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Ukrayna və bir çox postsovet ölkələri daxildir. Belə ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanda eyni rüsum dərəcəsi qüvvədə olacaq. Postsovet regionundan yalnız Moldova 31 faiz, Qazaxıstan isə  27 faizlik rüsumla ticarət rejiminə cəlb edilib. İdxal məhdudiyyətləri siyahısında Rusiya yer almır.

ABŞ-ın idxal rüsumları üzrə müəyyənləşdirdiyi ikinci kateqoriyaya Çin, uzaq Asiya və Afrika bölgəsi daxildir. Bu tarif siyasətinə əsasən, Çindən ABŞ-a idxal olunan bütün məhsullara 34 faiz idxal rüsumu tətbiq olunacaq. Asiyanın digər ölkələrindən Vyetnama 46 faiz, Kambocaya 49 faiz, Laosa 48 faiz rüsum  tətbiqi planlaşdırılır.

Avropa İttifaqı üçün risklər qaçılmazdır

AYİB hesab edir ki, ABŞ-ın yeni tariflərinin tətbiqindən ən böyük potensial itkilər Slovakiyada (ÜDM-in 0,8 faizi) İordaniyada (ÜDM-in 0,6 faizi) və  Macarıstanda (ÜDM-in 0,4 faizi) qeydə alına bilər. Qeyd edək ki, Slovakiya və Macarıstanın ABŞ-yə ixrac etdiyi əsas məhsullara avtomobillər, avtomobil komponentləri, akkumulyatorlar və elektronika daxildir. Bu ölkələrin ümumi ixracında ABŞ-ın payı 3-4 faiz təşkil edir. Avtomobil və akkumulyator ixracında ABŞ-ın payı isə ümumi ixrac həcminin təxminən 7-12 faizinə bərabərdir. Eləcə də digər əhəmiyyətli itki Almaniya iqtisadiyyatına gözlənilir, ümumi təsir isə ÜDM-in 0,5 faizi həddində ehtimal olunur. Almaniyanın ABŞ-a ixracında da əsas mallar avtomobil və maşınqayırma sənayesidir. Avropa İttifaqı ölkələrindən Çexiya, Estoniya və Latviyanın da ticarət rejiminin təsirlərinə məruz qalacağı istisna deyil.

Çin üçün təsirlər

Çin üçün isə təsirlər təxminən ÜDM-in 2,5 faizi səviyyəsində qiymətləndirilir. Çinin ixracının 13 faizə bərabər olduğu ABŞ-da mal çeşidlərinin strukturu hədsiz genişdir, sənayedən müxtəlif məişət mallarına qədər çeşidlər ticarət zənbilində yer alır. 2001-ci ildə ABŞ ilə azad ticarət sazişi imzalayaraq qaydalara riayət etməklə bu ölkənin bazarına demək olar ki, tam rüsumsuz giriş əldə edən İordaniya da ticari risklərdən sığortalanmayıb. ABŞ-a ixracı əsasən zərgərlik məmulatları və geyimdən ibarət olan İordaniyanın ÜDM-nin 5,7 faizi, ümumi ixracatının isə təxminən 23 faizi superdövlətlə bağlıdır.Bu ölkənin ABŞ-la ticarət balansının müsbət saldosu isə ÜDM-nin 2,4 faizini təşkil edir.

ABŞ-ın digər ən böyük ticarət tərəfdaşları olan Hindistan və Səudiyyə Ərəbistanın isə  müvafiq olaraq ixracatının təxminən 14 və 11,5 faizi superölkəni əhatə edir. Ticari “sanksiyalara” məruz qaldığı halda hər iki ölkənin tekstil və zərgərlik sektorlarında daha çox asılılıq nəzərə çarpa bilər. Amerika qitəsindən isə Meksikanın avtomobil sənayesinin əziyyətlə üzləşəcəyi gözlənilir.

Afrika ölkələri üçün əlavə risklər də gözlənilir

Afrika ölkələrinə gəlincə, Avropa Bankı tariflərin ən böyük potensial təsirinin Kot-d’İvuara sirayət edəcəyini proqnozlaşdırır. Seneqal isə tekstil məhsulları üzrə ixracda çətinliklər yaşaya bilər. Bu region üçün əlavə risk Afrika Artım və İmkanlar Aktının (AGOA) dayandırılması ilə bağlı gözlənilir. Belə ki, AGOA şərtlərinə əsasən, 30-dan çox Afrika ölkəsi ABŞ bazarına rüsumsuz girişlə təmin olunur ki, aktın hüquqi qüvvəsi 2025-ci ilin sentyabrında başa çatır. Amerikanın güzəşt aktının yenidən artıracağı barədə ümidlər çox azdır.

AYİB ekspertlərinin qənaətinə görə, ümumilikdə, ABŞ-ın gömrük proteksionizmi üzrə qiymətləndirmələr qlobal təchizat zəncirlərinə dolayı təsir göstərəcək və ticarət axınlarını dəyişiklikliyə uğradacaq.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 May 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1429

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see709

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see558

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see480

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see470

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see459

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see446

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see412

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see350

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see315

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see302

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see297

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see292

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see287

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see284

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see269

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see266

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see266

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see265
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri