Icma.az
close
up
RU
Avropa bazarlarından yığışdırılan Koka Kola Azərbaycanda da təhlükə mənbəyidir? Açıqlama KONKRET

Avropa bazarlarından yığışdırılan Koka Kola Azərbaycanda da təhlükə mənbəyidir? Açıqlama KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“The Koca-Kola Kompany”nin törəmə şirkəti olan “Koca-Kola Europacific Partners Belgium” bir sıra Avropa ölkələrində satılan içkilərin tərkibində xlorat adlı maddə aşkar edildiyi üçün bütün partiyasını geri çağırdığını açıqlayıb.

Koca-Kola partiyası Belçika, Böyük Britaniya, Lüksemburq, Hollandiya, Fransa və Almaniyadan geri çağırılıb. Mütəxəssislərin fikrincə, yüksək miqdarda xlorat insan sağlamlığına mənfi təsir göstərərək, methemoqlobinemiya, yorğunluq, nəfəs darlığı və hətta böyrək çatışmazlığına səbəb ola bilər. Uzun müddətli istifadə DNT-ni zədələyə və onkoloji xəstəliklərə səbəb ola bilər. Bəs Azərbaycanda vəziyyət necədir? Ölkəmizdə istehsal edilən içkilərdə də xlorat maddəsi varmı? Bu sualla Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, qida mütəxəssisi Məhsəti Hüseynovaya müraciət etdik.

KONKRET.az-ın suallarını cavablandıran mütəxəssis bildirdi ki, bunu yalnız xüsusi labaratoriyalarda aşkar etmək mümkündür. Daha sonra Koka Kolanın insan sağlamlığına zərərrindən danışan həmsöhbətimiz qazlı içkilərin hazırlanmasında bir çox maddələrin mübahisəli olduğunu bildirdi:

“Belə içkiləri uzun müddət istifadə etdikdə sağlamlıq riskləri yaradır. Xüsusilə şəkərin həddindən artıq çox olması və bəzən  doza siropundan çox istifadəsi, həddindən artıq kalorinin qəbul edilməsi piylənməyə səbəb olur. Davamlı olaraq istifadə edən insanlarda diabet, ürək-damar xəstəlikləri riski daha da çoxalır. Bir çox hallarda dadlandırıcı olaraq qarğıdalı siropundan da istifadə edirlər. Bu qatqılı məhsulları  həddindən artıq istifadə edən insanlarda daxili orqanların pozulması halları baş verir. Koka Kolanın istehsalında kofeyindən istifadə olunur ki, bu maddə mərkəzi beyin sisteminin funksiyasının pozulmasına, narahatlığa, davamlı olaraq qorxulu yuxuların görülməsinə, hormonal balansın, iştahanın pozulmasına səbəb olur. Kofeyindən çox istifadə etdikdə qan təzyiqində də problemlər yaranır. Uzun müddət qalması üçün turşu tənzimləyici, fosfor turşusundan istifadə edilir ki, bu da davamlı olaraq istifadə olunduqda  insan orqanizmində ciddi fəsadlar törədə bilir. Əsasən bu, sümük əriməsinə, diş minalarının çürüməsinə gətirib çıxarır. Davamlı olaraq istifadə edən insanlar oynaq xəstəliklərindən əziyyət çəkir. Eyni zamanda nevroloji təsirləri də var. 20-25 yaşa qədər olan insanlar belə içkilərdən daha çox istifadə etdikdə inkişaf prosesinin geri qalması ilə yanaşı, həm də hormonal dəyişiklərə də  gətirib çıxarır”.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Yanvar 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri