Icma.az
close
up
RU
Avropa Birliyi ABŞ ın düşməninə çevrilir: Qoca qitə ölkələri Çinin ətrafında birləşir

Avropa Birliyi ABŞ ın düşməninə çevrilir: Qoca qitə ölkələri Çinin ətrafında birləşir

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hazırda Avropa Birliyi ABŞ-dan uzaqlaşaraq, hərbi-siyasi, maliyyə-iqtisadi və strateji muxtariyyətə doğru hərəkət etməyə cəhd göstərir... Ağ Evin radikal təhdidləri qarşısında qalan Avropa Birliyi üçün indi ABŞ-a alternativ olaraq, Çindən başqa üz tuta biləcəyi istiqamət mövcud deyil...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Qərb düşərgəsində mərkəzdən qaçma prosesi intensivlik qazanmağa başlayıb. Belə ki, dünyanın idarə olunmasında xüsusi imtiyazlara malik olan bu qlobal siyasi düşərgə artıq tamamilə parçalanıb. Üstəlik, bu parçalanma bir neçə istiqamət üzrə daha da dərinləşməkdə davam edir. Belə vəziyyət istər-istəməz qlobal hərbi-siyasi proseslərin inkişaf istiqamətlərinə də birbaşa təsir göstərir. Və dünyanın idarə olunma sisteminin gələcək konfiqurasiyasını qeyri-müəyyənliyə doğru sürükləyir.

Onu da qeyd etmək lazımdır ki, son bir neçə aya qədər kollektiv Qərb düşərgəsinin şəriksiz lideri rolunda məhz ABŞ çıxış edirdi. Avropa Birliyi də daxil olmaqla, kollektiv Qərb düşərgəsində yer alan dövlətlər birbaşa Ağ Evdən gələn direktivlərə uyğun xarici siyasət kursu yürüdürdülər. Üstəlik, kollektiv Qərb düşərgəsinin əsas qlobal hədəfləri birmənalı şəkildə ABŞ-ın strateji maraqları ilə uzlaşdırılırdı. Və bu səbəbdən də, qlobal  proseslərdə avanqard mövqeyə malik olan kollektiv Qərbi idarə edən ABŞ həm də dünyanın əsas lider dövləti hesab olunurdu.

Ancaq Tramp adminstrasiyası öz yeni planları ilə bu qlobal siyasi sistemi ciddi şəkildə sarsıtdı. Belə ki, Ağ Ev ABŞ-ın ətrafında birləşmiş kollektiv Qərbi parçaladı. Üstəlik, kollektiv Qərb düşərgəsinin Avropa Birliyi, Kanada və s. kimi önəmli təmsilçilərini birbaşa hədəfə aldı. Nəticədə ABŞ tədricən bu düşərgədən uzaqlaşmaqla yanaşı, həm də lider dövlətdən təhlükəli rəqibə çevrildi. Və bu baxımdan, son bir neçə ay ərzində onilliklər boyu ABŞ-ın ətrafında mövcud olmuş qlobal güc mərkəzinin deqradasiya prosesinə məruz qalması qətiyyən təəccüblü deyil.

Maraqlıdır ki, Ağ Ev kollektiv Qərb düşərgəsinə liderlikdən əslində, imtina etməyib. Əksinə, Tramp adminstrasiyası ABŞ-ın kollektiv Qərb üzərində hegemoniyasını daha da gücləndirməyə çalışır. Yəni, iqtisadi-ticari alətlərlə radikal təzyiq kampaniyası başladaraq, keçmiş müttəfiqlərini ABŞ-dan tam asılı vəziyyətə salmağa cəhd göstərir. İki əsas məqsədə can atan Ağ Ev bir tərəfdən, indiyə qədər müttəfiqlik mövqelərini satın aldığı kollektiv Qərb düşərgəsinin təhlükəsizliyinə daha əvvəlki kimi fantastik məbləğlər xərcləmək istəmir. Və digər tərəfdən, Ağ Ev bu düşərgənin bütün iqtisadi-ticari xərcləri ABŞ-a yönəltməsində israrlı davranır.

Belə anlaşılır ki, Ağ Ev ABŞ-ın ənənəvi müttəfiqlərinə daha xərc çəkmək deyil, onlardan qazanc əldə etmək niyyətindədir. Belə vəziyyətdə isə ABŞ-ın ənənəvi müttəfiqlərinin rəqibə çevrilməsi qaçılmaz xarakter daşıyır. Həm hərbi-siyasi, həm də iqtisadi-ticari maraqları ciddi təhdid altında qalan müttəfiqlər tədricən ABŞ-ın ətrafından uzaqlaşmağın mümkün variantlarını axtarmağa başlayıblar. Və bu mərkəzdənqaçma prosesində Avropa Birliyi ön planda yer alır.

Məsələ ondadır ki, Ağ Evin son təhdidkar davranışlarından narazı qalan Avropa Birliyi indi ABŞ-ın təsir dairəsindən qopmağa, müəyyən mənada, müstəqillik qazanmağa can atır. Brüsseldə bu istiqamətdə başladılmış proses artıq demək olar ki, geriyədönməz xarakter alıb. Və Avropa Birliyi artıq ABŞ-ın əvəzinə yeni tərəfdaş da tapmış kimi görünür.

Maraqlıdır ki, ABŞ-ın Çinə qarşı başlatdığı ticarət savaşı indi Avropa Birliyinin maraqlarına cavab verməyə başlayıb. Belə ki, Avropa Birliyinin tədricən Çinlə yaxınlaşmaq istiqamətində israrlı addımlar atmaqda olduğu müşahidə edilir. Əgər, bu proses yaxın vaxtlarda daha da dərinləşərsə, gələcəkdə Avropa Birliyi və Çin arasında yeni hərbi-siyasi, iqtisadi-ticari alyansın qurulma ehtimalı da qətiyyən istisna deyil. Və Avropa Birliyi belə bir niyyətinin olduğunu artıq biruzə verməyə başlayıb.

Belə anlaşılır ki, hazırda Avropa Birliyi ABŞ-dan strateji, hərbi, siyasi və iqtisadi muxtariyyətə doğru hərəkətə başlayıb. Üstəlik, bu proses, açıq-aşkar və təxmin edilə biləcəyindən daha intensiv inkişaf edir. Avropa liderlərinin rəsmi Pekinlə iqtisadi-ticari sahədə qurmaq istədikləri alyansın Tramp adminstrasiyası üçün ciddi xəbərdarlıq mesajı olduğu da qətiyyən şübhə doğurmur. Çünki əgər, belə bir alyansın qurulması reallığa çevrilərsə, onun ABŞ-a qarşı yönələcəyini elə indidən təxmin etmək mümkündür.

Maraqlıdır ki, Çin Xalq Respublikasının lideri Si Tsinpin də bir müddət öncə bəyan etmişdi ki, iqtisadi qloballaşma meyillərini müdafiə etmək üçün Avropa İttifaqı ilə birləşmək zəruridir. Yəni, rəsmi Pekin də Avropa Birliyi ilə yaxınlaşmağa meyilli olduğunu qətiyyən gizlətmir. Əksinə, bunda birbaşa maraqlı olduğunu qabardır. Ötən il Çin liderinin Fransa da daxil olmaqla, bəzi Avropa ölkələrinə müəmmalı səfərinin əsas məqsədi də indi aydınlaşdırmağa başlayıb.

Böyük ehtimalla rəsmi Pekin Tramp adminstrasiyasının indiki ticarət savaşını hələ o zaman proqnozlaşdırıb. Buna qarşı ehtiyat variantların hazırlanmasına çalışıb. Tramp adminstrasiyası isə Avropa Birliyinə qarşı radikal addımlarla, müəyyən mənada, Çinə yardım etmiş olur. Çünki indi Avropa Birliyi üçün hazırda ABŞ-a alternativ olaraq, Çindən başqa üz tuta biləcəyi istiqamət nəzərə çarpmır. Və bu baxımdan, Tramp adminstrasiyasının ABŞ-ın ənənəvi müttəfiqlərini əsas rəqibin - Çinin ətrafında birləşməyə məcbur buraxdığı artıq inkaredilməz reallıqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Aprel 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see286

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see182

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see166

İlk etimadsızlıq səsverməsi Lekornyu üçün uğurlu oldu

16 Oktyabr 2025 14:42see162

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see150

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see144

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see138

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see138

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see135

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see133

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see132

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see131

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see130

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see127

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see126

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see125

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see124

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ Leysan yağacaq

16 Oktyabr 2025 13:23see124

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri