Icma.az
close
up
RU
İki əsrlik gərginlik: Tramp Pakistan Əfqanıstan münaqişəsini nizamlaya biləcəkmi?

İki əsrlik gərginlik: Tramp Pakistan Əfqanıstan münaqişəsini nizamlaya biləcəkmi?

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Pakistan və Əfqanıstan arasında sərhəd gərginliyi növbəti mərhələyə keçib. Problemin kökündə Əfqanıstanın 1947-ci ildə müstəqil Pakistan yarandıqdan sonra iki ölkə arasındakı sərhəd xəttini tanımaması durur.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Pakistanla Əfqanıstan arasında illərdir həllini tapmayan sərhəd problemi hərbi münaqişə həddinə yüksəlib. Əfqanıstanda "Taliban"ın idarə etdiyi hökumətin öz ərazisində "Təhrik-i Taliban Pakistan" (TTP) adlı terror təşkilatına dəstək verməsi sərhəd müharibəsinə gətirib çıxarıb. TTP Pakistanda puştun icmasını təmsil etdiyi iddiasındadır və ölkədə hakimiyyətə gəlmək uğrunda mübarizə aparır. Oktyabrın 9-da Pakistanın Əfqanıstanın Paktika vilayətinin Barmal qəzasında bazara hava zərbəsi və terrorçu təşkilatın liderlərini daşıyan zirehli avtomobilin pilotsuz təyyarə ilə məhv edilməsi ilə gərginlik güclənib. Ardınca da Kabil hava hücumuna görə məsuliyyəti İslamabadın üzərinə yükləyib və cavab addımları atıb. Daha sonra 11 oktyabr axşam saatlarından Əfqanıstan və Pakistan sərhədində silahlı toqquşmalar başlayıb. Artıq Pakistan Əfqanıstanın 19 sərhəd məntəqəsinin ələ keçirib.

İslamabaddan Kabilə sərt xəbərdarlıq

Əfqanıstanın hərəkətlərini tənqid edib onu təxribatda günahlandıran Baş nazir Şahbaz Şərif Kabili Pakistan ərazisində fəaliyyət göstərən terrorçu təşkilatları dəstəkləməkdə günahlandırıb. Bildirib ki, İslamabad Əfqanıstana dəfələrlə terrorçu elementlər haqqında məlumat verib. Bildirib ki, onlar Pakistana hücumlar üçün Əfqanıstan ərazisindən istifadə edirlər...

"Əfqanıstan odla oynayır. Pakistan xalqı öz cəsur silahlı qüvvələri ilə birlikdə dəmir divar kimi dayanır. Əfqanıstan da Hindistana verilən cavab kimi layiqli cavab alacaq ki, Pakistana pis niyyətlə baxmağa daha cəsarət etməsin". Bunu isə Pakistan Daxili İşlər Nazirliyi bəyan edib.

İslamabad rəsmən bildirib ki, Əfqanıstan tərəfinin hücumu nəticəsində 23 hərbçisi həlak olub, 29 nəfər isə yaralanıb. Nazirlik qarşı tərəfin itkilərinin sayının 200-dən çox olduğunu açıqlayıb. Bundan başqa, 21 mövqedə müvəqqəti nəzarətin təmin olunduğu bildirilib. Son duruma gəldikdə, hazırda Səudiyyə Ərəbistanı və Qətərin çağırışları fonunda bölgədə sabitlik yaranıb. Pakistan sərhəddə fövqəladə vəziyyət rejimini saxlayır.

Başı bəlalı Durand xətti

Məlumat üçün qeyd edək ki, "Taliban" Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Pakistanla münasibətlərdə gərginlik yaşanır. Halbuki, vaxtilə "Taliban"ın yaranmasında məhz Pakistanın rolu olub. Məlumat üçün bildirək ki, 1947-ci ildən, müstəqil Pakistan yarandıqdan sonra Kabil iki ölkə arasındakı sərhəd xəttini tanımır. Bundan əvvəl "Taliban" hərəkatının yaratdığı müvəqqəti Əfqanıstan hökumətində xarici işlər nazirinin müavini olan Şer Məhəmməd Abbas Stanikzayi bəyan etmişdi ki, Əfqanıstan və Pakistan arasında 1893-cü il Durand xətti əsasında çəkilmiş sərhəd "xəyali xətt"dir. "Biz heç bir halda xəyali Durand xəttini rəsmi sərhəd hesab etmirik və keçmişdə heç bir əfqan onu sərhəd hesab etməyib", - deyə nazir müavini bildirmişdi.

Durand xətti boyunca tez-tez silahlı insidentlər, qaçaqmalçılıq və nəzarət uğrunda qarşıdurmalar yaşanır. 2005-ci ilin sentyabrında pakistanlılar bildirdilər ki, mücahidlərin və narkotik alverçilərinin qanunsuz keçidinin qarşısını almaq üçün Əfqanıstanla sərhəd boyunca 2400 kilometr baryer tikməyə başlayacaqlar. Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf isə sərhədi minalamağı təklif etmişdi. 2009-cu ildə pakistanlılar yenidən bu baryeri tikmək üçün işə başlamağa qərar verdilər. Amma maliyyələşmə olmadığına görə sərhəd məntəqəsinin yalnız 35 kilometrini hasarlamağı bacardılar.

Bütövlükdə Əfqanıstanla Pakistan arasında lokal silahlı toqquşmalar böyük müharibəyə səbəb olmasa da, bölgədə gərginlik ocağı yaradır. Əslində isə baş verənlər böyük güclər arasında geosiyasi mübarizənin təzahürü kimi qiymətləndirilir.

Gərginlikdə Çin və Hindistan amili

Pakistan-Əfqanıstan (Taliban) gərginliyi ən çox Çini narahat edir. Çünki Çinin həm Pakistana, həm də Əfqanıstana yatırımları mövcuddur. Gərginlik bu iki ölkəni əhatə edən müxtəlif regional layihələrə də təhlükə yaradır. Pakistanın əsas müttəfiqi, eyni zamanda Əfqanıstanda əhəmiyyətli maraqları olan Pekin sülhməramlı rolunu oynamağa çalışır. Çin dəfələrlə hücuma məruz qalmış qabaqcıl layihəsi olan Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) təhlükəsizliyində son dərəcə maraqlıdır. Lakin üçtərəfli görüşlərə baxmayaraq, Pekinin vəziyyətə əhəmiyyətli təsir göstərmək imkanları məhdud olaraq qalır.

Pekin Əfqanıstandakı zəngin yeraltı filiz yataqlarının işlənməsində maraqlıdır və artıq bu istiqamətdə bir sıra layihələrə də start verib. Pakistanın həm Çin, həm də ABŞ ilə əlaqələri yüksək səviyyədədir. İslamabad bir çox hallarda öz müstəqil xarici siyasət kursunu qorumağa çalışır.

Hindistanın roluna gəldikdə, münaqişə günlərində "Taliban"ın xarici işlər naziri Əmir Xan Muttaki Delhidə səfərdə olub. Hindistanda Əfqanıstanın səfirliyin fəaliyyəti bərpa edilib. Səfər altı gün davam edib və nazir burada bəzi iddialarla çıxış edib. Bildirib ki, İslamabadla sülhün tərəfdarıdırlar, lakin lazım gələrsə, öz təhlükəsizliklərini qorumağa hazırdırlar: "Biz Pakistanla sıfır gərginlik və sülh münasibətləri istəyirik. Amma münasibətlər düzgün qurulmayıbsa, biz təhlükəsizliyin necə təmin olunacağını da bilirik.

Tramp tərəflərə gözləməyi məsləhət görüb

Beynəlxalq ictimaiyyətin reaksiyasına gəldikdə, İran Əfqanıstan və Pakistanı təmkinli olmağa çağırıb və iki ölkə arasında sabitliyin bütün region üçün vacib olduğunu vurğulayıb. Bu yaxınlarda Pakistanla qarşılıqlı müdafiə müqaviləsi imzalayan Səudiyyə Ərəbistanı da tərəfləri dialoqa çağırıb.

"Eşitdim ki, hazırda Pakistan və Əfqanıstan arasında müharibə gedir. Mən dedim ki, bir az gözləsinlər, hələ ki, onlarla məşğul ola bilmirəm", - bu sözləri isə ABŞ Prezidenti Donald Tramp deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Oktyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri