Icma.az
close
up
RU
“Avropa bürokratlarının qərəzli mövqeyi qəbuledilməzdir”

“Avropa bürokratlarının qərəzli mövqeyi qəbuledilməzdir”

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın Mərkəz Asiya və Yaxın Şərqdə cərəyan edən proseslərə iştirakçı qismində cəlb edilməsi beyin mərkəzləri tərəfindən də təhlil edilir. ADA Universitetinin təşkil etdiyi “Yeni dünya nizamın doğru” forumunda bu mövzuda suala cavab olaraq, dövlət başçımız da bildirdi ki, Azərbaycanın əlverişli coğrafiyası, aparılan düzgün siyasət ölkəmizin Mərkəzi Asiya və Avropa regionu arasında körpü kimi önəmini artırır. İndiki mürəkkəb şəraitdə Azərbaycan kimi sülhpərvər aktorlara ehtiyac var. Ermənistanla normallaşma prosesi və bu kontekstdə Cənubi Qafqazda geosiyasi vəziyyət də ən çox maraq kəsb edən mövzulardandır. Ölkə başçısı bir daha bəyan etdi ki, bu regionda dayanıqlı sülh və təhlükəsizlik vacibdir. Amma Ermənistan təəssüf ki, silahlanma və revanşa üstünlük verir. Forum iştirakçılarına da məlumat verildi ki, Ermənistan Azərbaycana qarşı yeni hərbi əməliyyatlar planlaşdırır. Elə Ermənistanın ATƏT-in Minsk qrupunun buraxılmasına dair Azərbaycanın legitim təklifini qəbul etməməsi də bununla bağlıdır.

Bu gün Cənubi Qafqazda ayırıcı xətlər çəkmək istəyənlər bu mıkrli planlarını Ermənistan üzərindən həyata keçirməyə çalışırlar. Gürcüstanla mövcud olan normal qonşuluq münasibətləri isə regionun strateji əhəmiyyətə malik bölgəyə çevrilməsinə zəmin yaradıb. Gürcüstanın Baş nazirinin seçkilərdən sonra ilk səfərini Azərbaycana etməsi, eyni zamanda bu yaxınlarda yeni prezidentin ölkəmizə gözlənilən səfəri Bakı ilə Tbilisi arasında nümunəvi münasibətlərin göstəricisidir. Amma Avropadakı qərəzli dairələr uğurlu Azərbaycan-Gürcüstan əməkdaşlığının nəticəsi olan Orta dəhliz məsələsində Ermənistanın rolunu qabartmağa çalışır, Gürcüstanı isə görməzdən gəlir. “Halbuki bu dəhliz mövcuddur və Ermənistan orada heç bir rol oynamır” deyən dövlət başıçımız Aİ-ni Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərindən uzaq durmağa çağırdı. Çünki Aİ-nin bu prosesdəki fəaliyyəti destruktiv xarakter daşıyır. Bu mənada Avropa bürokratlarının yanaşması qəbuledilməzdir.

Azərbaycan-ABŞ münasibətlərinə gəlincə, cənab Prezident Bayden-Blinken Administrasiyasının qərəzli mövqeyini bir daha xatırlatdı. D.Tramp hakimiyyətə gələndən sonra ABŞ siyasətində anti-Azərbaycan trendinin dayandırılması müsbət haldır və tərəfdaşlığın gücləndirilməsi üçün yaxşı imkanlar yaranıb. Yəni, cənab Prezidentin də bəyan etdiyi kimi, Azərbaycan Tramp administrasiyası ilə çox güclü, proqnozlaşdırılabilən, uzunmüddətli strateji əlaqələrə başlayacağı vaxtı gözləyir.

Könül Nurullayeva

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://adalet.az
archiveBu xəbər 11 Aprel 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri