Icma.az
close
up
RU
Avropa çempionlarının qənimi olan futbolçularımız

Avropa çempionlarının qənimi olan futbolçularımız

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Köhnə qvardiya”nın üzvü Vaqif Sadıqov milli komandamızın Haiti və Belarusa məğlubiyyətindən sonra yeni açıqlama verib. Dəyərli Vaqif bəy deyib ki, inanımımızı itirməməliyik, əks halda heç nə əldə edə bilmərik. Bu cümləni oxuduqdan sonra bir anlıq duruxdum, özüm-özümə sual verdim ki, indiyə qədər bəlkə nəsə əldə etmişik, mənim xəbərim yoxdur? Məğlubiyyətləri sıralayırıq, illəri və milyonları boşa veririk. Amma cənab Sadıqov deyir ki, nəyimizi itirsək də, gərək inamımızı itirməyək. Olsun, təki Vaqif bəyin kefinə soğan doğramayaq.

El arasında belə bir deyim var. Bəzən kiməsə qəzəbli olanda onun zərərin yarısından dönməsini yox, axıra qədər həmin yolda əziyyət çəkməsini arzulayırlar. Xüsusən də cavanlar böyüklərin sözünə qulaq asmayanda böyüklər deyirlər ki, filankəsin canı çıxsın, öz cəzasıdır, qoy çəksin. Mən Vaqif Sadıqovun Fernandu Santuş haqqında dediklərindən bu nəticəyə gəldim ki, o da portuqaliyalı mütəxəssisin əlindən yanıqlıdır. Ona görə də arzulayır ki, Santuş Azərbaycanda çalışmağa davam etsin, el-aləmə rəzil olsun. Sitat: "Yeni komandanın formalaşdırıldığı bir məqamda Santuş ayrılmamalıdır. Hazırda onu yola salmaq, və bu yükün altına hər hansı yerli mütəxəssisin girməsi düzgün olmazdı. İlk gündən ona etimad göstərilib və bu yolda sona qədər davam etməlidir”. Sadıqov bircə onu deməyib ki, onsuz da bu komanda uğur qazana bilməz, qoy elə Santuş biabır olsun, Azərbaycandan dabanına tüpürüb qaçacaq dərəcədə peşmançılıq hissi keçirsin.

Futboldan birbalaca baş çıxarmaq kifayətdir ki, Santuşun Azərbaycana millisinə heç nə verə bilməyəcəyini anlayasan. Lovğalıq olmasın, mən bunu ilk gündən demişəm, yazmışam və fikirlərimi isbat etmişəm. Yox, iddia etmirəm ki, mən böyük futbol bilicisiyəm. Sadəcə, yetər ki, baş verənlərə soyuq başla, vicdanla yanaşan və Azərbaycan futboluna ürək yandırasan. Çox təəssüf edirəm ki, AFFA-nın başında əyləşənlər, səlahiyyət sahibi olanlar və onların ətrafında fırlananlar bu hisslərdən uzaqdılar. Uzaq olmasaydılar, Canni De Byazidən canımızı qurtarandan az sonra onun portuqaliyalı oxşarını gətirib millimizin başında otuzdurmazdılar.

Belarusla oyundan sonra meydanın ortasında bir qrup qırmızı formalı cavan çöküb qalmışdı. Həmin cavanlar Azərbaycan millisinin futbolçuları idi. Onlar çarəsiz və miskin görünürdülər. Başa düşürdülər ki, sosial şəbəkələrdə, mətbuatda tənqid olunacaqlar, onları ələ salacaqlar. Sözsüz ki, heç kim bu vəziyyətə düşməyi arzulamaz. Amma onların bacardığı budur. Rəhmətlik Fuad Musayevin yaratdığı "Şəfa”da yetişən futbolçular yavaş-yavaş yaşlandılar, sıradan çıxdılar. "Qarabağ”la "Qəbələ”nin bir vaxtlar yetişdirdikləri də itib-batdı, milyonçuya çevriləndən sonra heç kim topun dalıyca çox qaçıb tər axıtmaq istəmədi. Ortada acınacaqlı mənzərə yarandı. Futbolçular qazonun üzərinə elə çökmüşdülər ki, onları ayağa qaldırmağa, ürək-dirək verməyə Santuş da aciz idi.

Heç şübhə etmirəm ki, Santuş özü də vəziyyətin acınacaqlı olduğunun fərqindədir. Sadəcə, ahıl vaxtında qazandığı milyonlar ona şirin gəlir. Mətbuat konfransında dedikləri isə pafosdan, yalandan başqa heç nə deyil. Santuşun Avropa çempionu olması da heç nəyi dəyişmir. Ondan əvvəl Azərbaycan futbolunun başına oyun açan Berti Foqts da Avropa çempionu idi. O da Santuş kimi öz ölkəsinin komandasını Avropanın ən güclüsü etmişdi. Bəli, öz ölkəsinin komandasını. Biz isə onların ölkəsi deyilik, Azərbaycanıq. Bura onları gətirən bizim neft milyonlarımızdır, futbolumuzun perespektivinə bəslədikləri inam yox. Bizim futbolçularımız da bu işi yaxşı bacarırlar. Futbol oynamağı yox, bir vaxtlar Avropa çempionu olmuş məşqçilərin pul hərisi olduqlarını hamıya göstərməyi. Davamı gəlsin...


Amal Abuşov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Mart 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri