Icma.az
close
up
RU
Avropa çempionu millidən niyə uzaqlaşdırılıb? “Federasiyanın açıqlaması birtərəfli və qərəzlidir”

Avropa çempionu millidən niyə uzaqlaşdırılıb? “Federasiyanın açıqlaması birtərəfli və qərəzlidir”

Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.

Azərbaycan Cüdo Federasiyasının gənc idmançılar arasında baş vermiş insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki, cüdo üzrə gənc oğlanlardan ibarət milli komandanın Avropa Kubokunda iştirak üçün Şimali Makedoniya Respublikasına səfəri ərəfəsində milli komandanın üzvləri Tuncay Şamil və Aslan Kotsoyev arasında insident baş verib. Nəticədə, hər iki idmançı yarışdan kənarlaşdırılıb və məsələ Federasiyanın Nizam-İntizam Komitəsində araşdırılıb.

Komitə Tuncay Şamilin Beynəlxalq Cüdo Federasiyasının Etik Kodeksinə, Azərbaycan Cüdo Federasiyasının Etika Məcəlləsinə və ümumilikdə cüdo dəyərlərinə zidd hərəkətləri səbəbindən Azərbaycan Milli Komandasının tərkibindən müddətsiz uzaqlaşdırılması, milli komandanın tərkibində beynəlxalq yarış və təlim-məşq toplanışlarında iştirakına qadağa qoyulması barədə qərar verib. Bundan əvvəl də Tuncay Şamil dəfələrlə daxili qaydaları pozub, beynəlxalq və yerli yarışlardan kənarlaşdırıldığı açıqlanıb.

Federasiyanın qərarı ilə bağlı Tuncay Şamilin fikirlərini öyrəndik. Cüdoçu İdmanxeber.az saytına açıqlamasında bu qərarın ədalətsiz olduğunu bildirib:

“Azərbaycan Cüdo Federasiyası bu hadisə ilə bağlı 1 ay gecikmə ilə açıqlama yayıb. Həmin açıqlamada bir sıra yalan və həqiqətə uyğun olmayan məlumatlar var. Federasiya dəfələrlə yarışlardan uzaqlaşdırıldığımı iddia edir. Amma bu, yalandır. Mən yalnız bir dəfə 3ay müddətində uzaqlaşdırılmışam. Bunun da səbəbi mədəni formada müəllimdən yarışla bağlı haqqımı tələb etməyim olub. Federasiya mənim və  Aslan Kotsoyevin yarışdan uzaqlaşdırıldığı deyir, amma Kotsoyev hazırda Avropada yarışlarda iştirak edir.

Söyüş ittihamı ilə bağlı isə heç bir sübut yoxdur. Əksinə, insidentdən sadəcə bir gün sonra yarışa gedərkən hava limanında A.Kotsoyev mənə fiziki zorakılıq edib lakin ona qarşı heç bir tədbir görülməyib. Hətta öz açıqlamalarında bu mövzuya toxunmayıblar belə. Federasiyanın açıqlaması birtərəfli və qərəzlidir”.

Tuncay Şamilin sözlərinə görə, Cüdo Federasiyasında daha öncə də iki idmançı arasında bıçaqlanma hadisəsi olmuş və hər ikisi barəsində 3 ay komandadan uzaqlaşma qərarı qəbul edilmişdi:

“Hazırda hər ikisi komandanın üzvü kimi yarışlarda iştirak edirlər. Xüsusi vurğulamaq istəyirəm ki, o idmançılardan biri federasiya prezidentinin müşaviri Natiq Bağırovun şagirdi olduğuna görə həmin hadisəni ört-basdır etmişlər. Elə bu hadisə də sübutdur ki, federasiya yaranmış vəziyyətləri obyektiv dəyərləndirmir və hansısa maraqlara xidmət edir. Çox güman ki, baş verən hadisələr barədə federasiya prezidentinə həqiqətlər təhrif edilmiş şəkildə məruzə edilir.

İkiqat Avropa çempionu özünə qarşı olan haqsızlıq barədə prezident İlham Əliyevə müraciət etdiyini də bildirib:

“Mənə qarşı qərəzli mövqe 22.06.2025-ci il tarixdə keçirilən beynəlxalq yarışda Aslan Kotsoyevi məğlub etməyimdən sonra başlamışdır. Bu qalibiyyət hətta baş məşqçi Rüstəm Alimlinin də xoşuna gəlməmiş və həmin arenada mənə qarşı soyuq münasibət göstərmişdir.

Olimpiya çempionu Zelim Kotsoyevin qardaşı olan Aslan Kotsoyevin mövqeyindən çıxış edən Federasiya rəsmiləri məni komandadan uzaqlaşdıraraq Azərbaycan adından yarışlarda iştirak etmək hüququmu əlimdən almaqla hansı maraqlara xidmət etdiklərini açıq-aşkar sübut etmiş oldular.

Federasiya rəsmiləri tərəfindən mənə və atama dəfələrlə Aslan Kotsoyevin adının hallandırılmaması ilə bağlı təzyiqlər göstərilmişdir. Onuda əlavə etmək istəyirəm ki, 2023-cü ildə cudo üzrə Gənclər arası Avropa çempionatında komandalararası yarışa çıxış zamanı adım ilkin siyahıda olduğu halda, son anda heç bir əsaslı səbəb göstərilmədən heyətdən çıxarıldım və yerimə başqa bir idmançı daxil edildi. Eyni hal dünya çempionatı zamanı da təkrarlandı. Bu ədalətsizliklərlə bağlı etiraz etdiyim zaman, komandanın məşqçisi mənə qarşı nalayiq ifadələr işlətdi. Mən bu davranışa qarşı narazılığımı bildirdim və bunun nəticəsində federasiya tərəfindən 3 ay müddətinə yarışlardan uzaqlaşdırıldım..

Daha sonra isə təbii çəki dərəcəm olan 90 kq-da yarışmağa davam etmək istədiyim halda, mənə dəfələrlə 100 kq çəki dərəcəsinə keçməyim üçün təzyiq göstərildi. Bu addımın məqsədinin isə 90 kq çəki dərəcəsində yarışan və bu çəkidə favorit hesab edilən Aslan Kotsoyevin rəqibsiz qalmasını təmin etmək olduğu açıq-aşkar görünür”.

Qeyd edək ki, Tuncay Şamil gənclər arasında 2 dəfə Avropa çempionu, 1 dəfə Avropa ikincisi, 3 dəfə də Avropa üçüncüsü olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 05 Sentyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri