Icma.az
close
up
RU
MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Mingəçevir Dövlət Universitetində (MDU) professor-müəllim heyətinin fəaliyyətinin stimullaşdırılması məqsədilə qəbul edilən diferensial əməkhaqqı və stimullaşdırma qaydaları ali təhsil sahəsində son illər həyata keçirilən ən mühüm institusional islahatlardan biri kimi qiymətləndirilir.
Təqdim olunan qaydalar Mingəçevir Dövlət Universitetinin inkişaf strategiyasında strateji və müsbət mərhələ olmaqla yanaşı, ölkədə ali təhsilin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən dövlət siyasəti ilə uzlaşır.
Sənədin ümumi fəlsəfəsi nəticə əsaslı qiymətləndirmə, beynəlxalq elmi nəşrlərə təşviq və şəffaf mexanizmlər vasitəsilə akademik fəaliyyətin obyektiv ölçülməsi prinsiplərinə əsaslanır. Bu yanaşma ali təhsil sisteminin qlobal elm məkanına inteqrasiyasını sürətləndirməyi hədəfləyir və müasir universitet modelinin əsas tələbləri ilə uyğunluq təşkil edir.
Cənab Prezident İlham Əliyevin elm və təhsil sahəsinə dair çıxışlarında da universitetlərin beynəlxalq elm məkanına inteqrasiyası, elmi nəticələrin artırılması və rəqabətqabiliyyətli akademik mühitin formalaşdırılması ali təhsilin əsas inkişaf istiqamətləri kimi qeyd olunub.
Eyni zamanda Elm və Təhsil Nazirliyinin ali təhsil siyasətində performansa əsaslanan stimullaşdırma mexanizmlərinin tətbiqi müasir universitet modelinin mühüm elementi kimi təqdim olunur. Mingəçevir Dövlət Universitetində qəbul edilən diferensial əməkhaqqı sistemi bu strateji yanaşmaların universitet səviyyəsində praktik reallaşmasına xidmət edir.
Qaydaların nəticəyə fokuslanması təsadüfi deyil və strateji xarakter daşıyır. Elm və ali təhsil sahəsində müasir idarəetmə yanaşmaları göstərir ki, akademik fəaliyyətin qiymətləndirilməsi ölçülə bilən və beynəlxalq müqayisəyə açıq göstəricilər əsasında aparılmalıdır.
Bu baxımdan qaydalar xüsusilə elmi-tədqiqat və layihə fəaliyyətlərinin stimullaşdırılmasına yönəlib. Stimullaşdırma mexanizmi əlavə akademik dəyər yaradan, universitetin elmi nüfuzunu artıran fəaliyyətlərin təşviqini nəzərdə tutur.
Bu yanaşma beynəlxalq ali təhsil praktikasına tam uyğundur və universitetlərin tədqiqat yönümlü inkişaf modelinə keçidini sürətləndirir. Elmi məhsul yaradan istiqamətlərin nəticələri əsas prioritet kimi seçilib. Belə ki, beynəlxalq referatlaşdırma və indeksləmə sistemlərinə (bazalarına) daxil olan (“Web of Science” və “Scopus” çərçivəsində indeksləşmiş) dövri elmi nəşrlərdə çap edilmiş elmi əsərlər (məqalə, konfrans materialı, kitablar və s.), patentlər, layihə nəticələri və beynəlxalq sertifikatlar nəzərdə tutulub.
Müvafiq tədris ili üzrə əmsallar aşağıdakı kimi müəyyən edilir:
-  reytinq siyahısında 1–10-cu yerləri tutan professor-müəllim heyətinin vəzifə maaşı 30% artırılır;
-  reytinq siyahısında 11–20-ci yerləri tutan professor-müəllim heyətinin vəzifə maaşı 20% artırılır;
-  reytinq siyahısında 21–30-cu yerləri tutan professor-müəllim heyətinin vəzifə maaşı 10% artırılır.
Universitet rəhbərliyinin mövqeyinə görə, diferensial əməkhaqqı və stimullaşdırma sistemi Mingəçevir Dövlət Universitetində sağlam akademik rəqabətin formalaşmasına, elmi fəallığın artmasına və beynəlxalq indekslərdə təmsil olunma səviyyəsinin yüksəlməsinə real töhfə verəcək. Sistem eyni zamanda gənc tədqiqatçıların elmi fəaliyyətə daha fəal cəlb olunmasını stimullaşdırmaqla insan kapitalının inkişafını dəstəkləyəcək.
Nəticə etibarilə Mingəçevir Dövlət Universitetində tətbiq olunan diferensial əməkhaqqı və stimullaşdırma mexanizmi dəyişiklik tələb edən sənəd deyil, ardıcıl və sabit tətbiq olunmaqla nəticə verəcək strateji idarəetmə alətidir. Bu sistem universitetin uzunmüddətli inkişaf məqsədlərinə xidmət etməklə ali təhsil sahəsində keyfiyyət, şəffaflıq və rəqabətlilik prinsiplərini möhkəmləndirir.
Dosent Natəvan Namazova
Elm və innovasiya məsələləri üzrə prorektor
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:320
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 17 Yanvar 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri