Icma.az
close
up
RU
Xaşa Xuna bağlarında qanlı gecə: Ventilyatorla vurmaq istədi, mən də...

Xaşa Xuna bağlarında qanlı gecə: Ventilyatorla vurmaq istədi, mən də...

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Xəzər rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin avqustun 5-də Xaşa-Xuna bağları massivində baş verib. 
Cəlilabad rayon sakini, 1974-cü il təvəllüdlü Xəyyam həmin gün saat 21:45-də Nəriman (adlar şərtidir – red.) ilə birlikdə təmir işləri aparmaqla usta kimi işlədikləri fərdi evin həyətində içkili vəziyyətdə ev sahibinin gördüyü işin qarşılığında ona az məbləğdə pul verməsini bildirib.
Bu zaman onun ünvanına söyüşlər işlətməsini irad tutan Nərimanla aralarında mübahisə yaranıb. Xəyyam etiraz əlaməti olaraq qisas almaq məqsədi ilə əlbəyaxa olmaqla əli ilə Nərimanın döş qəfəsindən, həmçinin həyətdəki stolun üzərindən götürdüyü bıçaqla ani olaraq qəflətən baldır nahiyyəsindən vurub. 
Hadisəni törədən Xəyyamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Xəyyam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, uzun müddətdir ev ustası kimi işləyir: “Xəzər rayonunda ev götürərək təmir etmişəm. Sonradan Nəriman da usta kimi həmin evdə işləməyə başladı. Avqustun 5-də, axşam saat 22 radələrində işlədiyimiz evin yaxınlığında olan kafedə yemək yedik. Sonra Nərimanda ora gəldi və başqa stolda oturdu. Qiymətlə bağlı ev yiyəsindən narazıçılıq etdi. Amma söyüş söymədi. Sonra kafedən çıxaraq evə getdik. Bir qədər sonra Nərimanda evə gəldi. Bu zaman o, mənə irad bildirməyə başladı və aramızda mübahisə yarandı. Əlbəyaxa olan zaman Nəriman məni “ventelyatorla” vurmaq istədi. Bu zaman özümü müdafiə etmək üçün onu bıçaqla ayaq nahiyyəsindən vurdum. Sonra oradan uzaqlaşaraq şəhərə, kirayə qaldığım evə getdim. Nərimana xəsarət yetirmək niyyətim olmayıb. Yalnız özümü müdafiə etmişəm”. 
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Xəyyam 8 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsə yaşadığı ünvanı cəzaçəkmə müddəti ərzində hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsi, həmçinin Cəlilabad rayonu ərazisini tərk etməsi qadağan olunub. 
Bundan başqa, ona bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 
Təqsirləndirilən şəxsə cəza çəkdiyi müdddətdə kütləvi tədbirlərdə iştirak etməsi qadağan olunub. 
Fariz Məlikli
Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Yanvar 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri