Icma.az
close
up
RU
Avropa Cənubi Qafqaz üzərindən yeni imkanlar axtarır

Avropa Cənubi Qafqaz üzərindən yeni imkanlar axtarır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın artan regional çəkisi nəzərə alınmalı vacib amildir

Cənubi Qafqaz beynəlxalq münasibətlər sistemində yeni mərhələyə daxil olub. Uzun illər təhlükəsizlik problemləri, dondurulmuş münaqişələr və böyük güclərin rəqabət meydanı kimi tanınan region bu gün enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və Avropa ilə Asiya arasında formalaşan yeni iqtisadi əlaqələr baxımından strateji məkana çevrilib.

Almaniyanın nüfuzlu “Cicero” jurnalında dərc olunan analitik təhlillər Avropanın Cənubi Qafqaza münasibətində baş verən strateji dəyişikliyi əks etdirir. Məqalələrdə vurğulanır ki, Avropa artıq regiona yalnız keçmiş münaqişələr və siyasi ziddiyyətlər prizmasından yanaşmır. Yeni geosiyasi reallıqlar fonunda Cənubi Qafqaz enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, logistika imkanları və Mərkəzi Asiya ilə iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm tərəfdaşlıq məkanı kimi qiymətləndirilir.

Yanaşmanın dəyişməsi regionda formalaşan yeni siyasi və iqtisadi reallıqla bağlıdır. Ermənistan və Azərbaycan arasında sərhəd məsələləri, minalardan təmizləmə prosesi və etimad quruculuğu istiqamətində həllini gözləyən məsələlər qalmaqda davam etsə də, Cənubi Qafqazın strateji əhəmiyyəti yalnız münaqişələrin yaratdığı çərçivə ilə məhdudlaşmır. Region tədricən qarşıdurma məkanından Avropa ilə Mərkəzi Asiya arasında əlaqələri təmin edən geoiqtisadi platformaya çevrilir. Bu transformasiyanın əsas səbəblərindən biri qlobal geosiyasi və iqtisadi sistemdə baş verən dəyişikliklərdir. Rusiya–Ukrayna müharibəsi, enerji bazarında yaranan yeni şərtlər və qlobal təchizat zəncirlərindəki risklər Avropanı alternativ enerji mənbələri, etibarlı tərəfdaşlar və daha dayanıqlı nəqliyyat marşrutları axtarmağa vadar edib.

Müəllif Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu vurğulayaraq qeyd edir ki, 2022-ci ildə Bakıda imzalanmış Anlaşma Memorandumundan sonra Azərbaycanın Avropaya təbii qaz ixracı əhəmiyyətli dərəcədə artıb. Hazırda bu göstərici illik 13 milyard kubmetr təşkil edir və 2027-ci ilədək 20 milyard kubmetrə çatdırılması planlaşdırılır.

Bu yeni geosiyasi mənzərədə Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət qazanır. Ölkənin strateji çəkisi yalnız enerji resursları ilə deyil, həm də əlverişli coğrafi mövqeyi, inkişaf edən nəqliyyat infrastrukturu və regional sabitliyə verdiyi töhfələrlə müəyyən olunur. Xəzər hövzəsi ilə Avropa arasında yerləşən Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində olmaqla, Avropa ilə Mərkəzi Asiya arasında mühüm bağlantı rolunu gücləndirir.

***

Azərbaycanın strateji əhəmiyyəti yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır. Qarşıdakı dövrdə “yaşıl enerji”, bərpaolunan enerji layihələri, elektrik bağlantıları və rəqəmsal infrastruktur sahələrində əməkdaşlıq yeni imkanlar yaradacaq. Bu isə Azərbaycanın Avropa ilə münasibətlərində enerji tərəfdaşlığından daha geniş iqtisadi əməkdaşlıq modelinə keçidi sürətləndirəcək.

Cənubi Qafqazda yaranan yeni geosiyasi mənzərə region ölkələrinin fərqli inkişaf və xarici siyasət modellərinin nəticələrini də üzə çıxarıb. Bu baxımdan Gürcüstan və Ermənistanın təcrübəsi xüsusi diqqət çəkir.

Gürcüstan uzun illər postsovet məkanında Qərbə inteqrasiya siyasətinin əsas nümunələrindən biri hesab olunurdu. Avropa İttifaqı ilə Assosiasiya Sazişi, vizasız rejim və geniş maliyyə dəstəyi Tbilisinin beynəlxalq mövqeyini gücləndirmişdi. Gürcüstan Avropa strukturlarına yaxınlaşmanı həm siyasi inkişaf modeli, həm də təhlükəsizlik strategiyasının əsas istiqaməti kimi qəbul edirdi.

Lakin son illərdə dəyişən regional reallıqlar bu model qarşısında yeni çağırışlar yaradıb. Rusiya ilə davam edən təhlükəsizlik problemləri, Qərblə münasibətlərdə yaranan siyasi fikir ayrılıqları və real təhlükəsizlik təminatlarının məhdudluğu Gürcüstanın xarici siyasət balansını mürəkkəbləşdirib. 2024-cü ildə “Xarici təsirin şəffaflığı haqqında” qanun ətrafında yaranan müzakirələr isə Tbilisi ilə Brüssel arasında müəyyən fikir ayrılıqlarını dərinləşdirib.

Gürcüstan nümunəsi göstərir ki, beynəlxalq mövqenin möhkəmləndirilməsi yalnız seçilmiş geosiyasi istiqamətlə müəyyən olunmur. Daxili siyasi sabitlik, iqtisadi dayanıqlılıq və dəyişən şəraitə uyğun çevik diplomatiya da dövlətlərin uğurlu inkişaf modelinin əsas elementləridir.

Ermənistanın uzun illər əsaslandığı Rusiya mərkəzli təhlükəsizlik modeli isə son proseslər fonunda ciddi dəyişikliklərlə üzləşib. 2020-ci il müharibəsi və Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etməsi regiondakı əvvəlki geosiyasi balansı pozub. Bu proses İrəvanı xarici siyasət prioritetlərini yenidən nəzərdən keçirməyə və yeni tərəfdaşlarla əlaqələri genişləndirməyə sövq edib.

Ermənistanın Aİ və digər beynəlxalq aktorlarla əməkdaşlığı artırmaq cəhdləri yeni siyasi axtarışların göstəricisidir. Lakin təhlükəsizlik arxitekturasının dəyişməsi yalnız siyasi bəyanatlarla deyil, real iqtisadi, diplomatik və təhlükəsizlik imkanları ilə formalaşır. Regionda davamlı sabitlik üçün əsas şərt yalnız yeni tərəfdaşlıqlar deyil, həm də siyasi dialoq, qarşılıqlı etimad və regional əməkdaşlıq mexanizmlərinin inkişafıdır. Bunlar Ermənistanın Gürcüstan kimi regional layihələrdə iştirakına zəmin yaradır.

***

Bu fonda Azərbaycanın xarici siyasət modeli tamamilə fərqlidir. Bakı Tbilisi və İrəvandan fərqli olaraq vahid güc mərkəzindən asılı olmayan, milli maraqlara əsaslanan balanslaşdırılmış və çoxşaxəli diplomatiya həyata keçirir. Türkiyə ilə müttəfiqlik münasibətləri, Avropa İttifaqı ilə enerji və nəqliyyat sahəsində əməkdaşlıq, Mərkəzi Asiya ölkələri ilə, Çinlə əlaqələrin genişlənməsi və Türk Dövlətləri Təşkilatı çərçivəsində fəallıq Azərbaycanın regional strategiyasının əsas istiqamətlərini təşkil edir.

Azərbaycanın artan regional çəkisi yalnız mövcud tərəfdaşlıqlarla deyil, həm də müxtəlif coğrafiyalar arasında əlaqələndirici rol oynamaq imkanları ilə bağlıdır. Müasir beynəlxalq münasibətlərdə dövlətlərin təsir gücü artıq yalnız iqtisadi və hərbi potensialla ölçülmür. Enerji, nəqliyyat və diplomatik imkanları vahid strategiya çərçivəsində birləşdirmək bacarığı da ölkəmizin qlobal sistemdəki mövqeyini müəyyən edən əsas amillərdən birinə çevrilib.

Ekspert Mahir Zeynalovun fikrincə, Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, ölkə enerji resurslarını, coğrafi mövqeyini və çoxşaxəli diplomatik imkanlarını vahid strategiya çərçivəsində birləşdirə bilib. Onun sözlərinə görə, Bakı həm Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş, həm də Mərkəzi Asiyaya çıxışı təmin edən nəqliyyat platforması kimi çıxış edir: “Cənubi Qafqazda formalaşan yeni reallıqlar isə göstərir ki, regionun gələcəyi artıq yalnız keçmiş münaqişələrin nəticələri ilə müəyyən olunmayacaq. Əsas məsələ yaranan iqtisadi və geosiyasi imkanlardan nə dərəcədə səmərəli istifadə ediləcəyi, regional əməkdaşlıq mexanizmlərinin necə qurulacağı və Cənubi Qafqazın qlobal iqtisadi proseslərə necə inteqrasiya olunacağıdır.

Bu baxımdan Azərbaycan Avropa üçün yalnız enerji mənbəyi və tranzit ölkəsi deyil, həm də strateji tərəfdaşdır. Bakı Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi, Şərq–Qərb nəqliyyat bağlantılarının inkişafı və Mərkəzi Asiya bazarlarına çıxış baxımından mühüm rol oynayır”.

Beləliklə, müasir dövrdə Cənubi Qafqaza yalnız keçmiş problemlər və qarşıdurmalar prizmasından yanaşmaq regionun artan potensialını düzgün qiymətləndirməmək deməkdir. 3 ölkənin əməkdaşlığı, logistika, sənaye əlaqələri və yeni bazarlara çıxış imkanları regionun strateji əhəmiyyətini artıracaq. Onlar XXI əsrin formalaşan Avropa düzəninin əsas iştirakçıları olacaqlar.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyul 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri