Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Cənubi Qafqaz imkanlar, hədəflər, perspektivlər...

Cənubi Qafqaz imkanlar, hədəflər, perspektivlər...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Region yeni nizama yeni strateji yol xəritəsi ilə qədəm qoyur...

Artıq 5 ildir ki, yeni inkişaf mərhələsi yaşayan, yeni siyasi reallıqlara əsaslanan Cənubi Qafqaz özünün identikliyi ilə beynəlxalq münasibətlər sistemində önə çıxmaqdadır. Bu mərhələ regionun həyatında yeni - sabit, inkişafa yönəlik dövrün başlanğıcı kimi də qeyd edlə bilər. Bu gün yeni iqtisadi nizamın formalaşdığı zamanda Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət tapması, tanınması qlobal diqqəti bizim coğrafiyaya fokuslandırır. Qarşıdakı mərhələni bölgə üçün xarakterik mahiyyəti üzrə izah etməyə çalışsaq, ortaya təxminən bu formada bir mənzərə çıxacaq. Cənubi Qafqazın 2025-ci ildəki yeni nizam şərtləri:

- Qlobal güclərin maraqları və regional dinamika;

- Azərbaycanın regionun inkişafında və siyasi çəkisinin artmasında lider rolu;

- Gürcüstanın yeni siyasi xətti və bölgə üçün perspektiv baxışlar;

- Ermənistanın inteqrasiya çətinlikləri - sülh və sabitlik, xarici siyasətin qərarsızlıq vektorundan çıxması cəhdləri...

Beləliklə, yeni nizamda Cənubi Qafqaz qlobal təhlükəsizlik arxitekturasının ən mühüm elementlərindən biri qismində çıxış edir. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, “Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun”

Azərbaycanın liderliyi ilə: Cənubi Qafqaz yeni strateji oyunçu qismində

Sirr deyil ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bölgənin əsas siyasi-iqtisadi aktoruna, strateji oyunçusuna çevrilib. 2025-ci il isə bu strukturun daha da möhkəmlənməsi üçün əsl zəmin ola bilər. O baxımdan ki, yaxın keçmişdə atılan təməllər Azərbaycanın həm regional, həm də qlobal rolunun artması üçün şəraiti formalaşdırır.

Azərbaycanın 2025-ci il perspektivində əsas siyasi məqsədi regionda sülh və sabitliyi təmin etmək, həmçinin regional güc balansını təmin edərək dünya miqyasında daha möhkəm siyasi və iqtisadi əlaqələr qurmaqdır. Bunun üçün isə zəmin, şərait və hüquqi müstəvi mövcuddur. İlk növbədə sülhün reallaşması üçün atılan addımlar bir sıra nəticələrə yol açıb:

- Qazax rayonunun işğal altındakı 4 kəndi döyüşsüz qaytarılıb:

- Ermənistan ilə ikitərəfli təmaslar qurulub, görüşlər keçirilib;

- İki ölkə arasındakı sülh prosesi ilə bağlı müddəaların mütləq əksəriyyətində razılıq əldə olunub;

- Bölgənin iqtisadi dividendlərindən tam istifadə etmək üçün regional və daha geniş əməkdaşlıq əlaqələri qurulub.

Azərbaycanla bağlı perspektivlərə toxunmamışdan öncə, bölgə ilə bağlı uzunmüddətli planlara diqqət yetirmək lazımdır. Təşəbbüskarı olduğumuz “3+3” formatı regional əlaqələrin güclənməsinə rəvac verir - eyni zamanda, Azərbaycan bir sıra logistik şəbəkə ilə Qərb-Şərq kontentinin əlaqələndirilməsində mühüm rol oynayır. Orta dəhliz, Zəngəzur dəhilizi, hətta trans-İran ticarət xəttləri ümumən bölgənin gələcək inkişafı üçün mühüm paradiqmalar formalaşdırır. Bunun reallaşması üçün isə bir şərt vacibdir - Ermənistanın manipulyasiyalardan əl çəkməsi və sülhün reallaşması.

Azərbaycanın gələcək perspektivdə Cənubi Qafqazın uğurlu inkişafı ilə bağlı apardığı siyasi kursda xarici əlaqələri də mühüm təsir yaradır:

- Türkiyə ilə strateji müttəfiqlik;

- Çin ilə imzalanan strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə;

- Avropanın enerji təhlükəsizliyində oynadığımız rol;

-Qlobal təhlükəsizliyə verdiyimiz töhfələr bütün mənalarda ümumən Cənubi Qafqaz coğrafiyasının inkişaf perspektivinin əsas ştrixlərinə çevriləcək. Yeni nizamda siyasi üstünlüklər iqtisadi diversifikasiya ilə möhkəmləndiriləcək ki, burada da Azərbaycanın rolu birmənalıdır. Yeni iqtisadi format bölgənin ümumi siyasi gücünü artırır - məhz Azərbaycanın apardığı siyasət Cənubi Qafqazın müstəqil aktor kimi çıxışını əsaslandırır. İllərdir ki, bir sıra xarici müdaxilə cəhdlərinə qarşı açıq mübarizə aparan və bütün proseslərdən qalib ayrılan Bakı mühüm presedent yaradır - ümumən bölgə üçün yeni inkişaf istiqamətləri müəyyənləşdirilir. Bölgədəki təhdidləri dəf etmək və yeni siyasi təşəbbüslərlə irəliləmək məqsədi Azərbaycanın bütövlükdə bölgə üçün hazırladığı strateji yol xəritəsinə çevrilməkdədir. Bu, həm regional tərəfdaşlığın yeni müstəvidə inkişafına dəstək verir, həm də Cənubi Qafqazın güc mərkəzi kimi özünü təsdiqləməsində əsas yaradır.

Beləliklə, Azərbaycanın yaratdığı üstünlüklər bütün çalarları ilə göz önündədir. Dövlət başçısı öz müsahibəsində qeyd etdi ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir.

Ermənistan üçün son qərar: bölgənin ümumi inkişaf tempinə uymaq üçün...

Ermənistana gəldikdə isə, burada vəziyyət daha fərqlidir. 2025-ci il üçün İrəvanın əsas hədəfi məhz sülh olmalıdır - əks halda, gözlənilən daxili və xarici kataklizmlərdən yayınmaq qeyri-mümkün olacaq. Yeni nizamda Ermənistan hələ ki, müstəqil siyasi iştirak ümidini göstərə bilmir - bu ölkə sülhpərvər mövqe sərgiləyəcəyi təqdirdə. Azərbaycanın yaratdığı siyasi-iqtisadi reallıqların fonunda özünün inkişaf yolunu təyin edəcək. Vurğulandığı kimi, qeyri-konstruktiv mövqedən əl çəkməsi, sülhü imzalaması həm də İrəvana kənar qüvvələrin forpostu qiyafəsindən xilas olmaqda kömək edəcək.

Ermənistan üçün qarşıdakı dövr daha çox siyasi müəmmaların həlli ilə bağlı perspektiv yaradır:

- 2025-ci ildə Ermənistan bölgədəki yeni reallıqlara uyğunlaşma cəhdlərini yerinə yetirməlidir;

- Özünün siyasi xəttini və ya yolunu müəyyənləşdirməlidir;

- Müstəqil siyasi subyekt kimi özünü təsdiqləməli;

- Bölgənin ümumi inkişaf tendensiyasına ayaq uydurmalıdır.

Bunun üçün isə Ermənistan bölgənin ümumi inkişaf strategiyasının hissəsi olaraq çıxış etməlidir - başqa sözlə, bölgədə gedən proseslərdə “maneə olan rol”da deyil, “köməkedici rol”da olmalıdır.  Yəni, bütün manipulyativ cəhdlər kənara qoyulmalı, dinc və heç bir təhdidin olmaması şəraitində yaşamaq üçün hüquqi zəmin formalaşdırmalı (konstitusiya dəyişikliyinə imza atmalı), Zəngəzur dəhlizinin açılmasında müsbət mövqe sərgiləməli, regional əməkdaşlığın halqasına çevrilmək üçün cəhdlər göstərməlidir. Zəngəzur dəhlizi və regional inteqrasiyanın Ermənistan üçün yaratdığı imkanlar olduqca genişdir - bunun üçün siyasi iradə, müstəqil fikir və cəsarət tələb olunur. İrəvan silahlanmanın ona yaratdığı problemləri dərk etməli, regional təhlükəsizlik arxitekturasının qurulmasına kömək göstərməlidir - bunun üçün isə Azərbaycan real yol təqdim edir. Yeni nizamda yeni yol Ermənistan üçün olduqca böyük perspektiv vəd edir.

2025-ci il Ermənistanın özünü regional təcriddən qurtarması üçün real şansdır - bu, ölkə daxilində siyasi gərginliklərə də öz təsirini göstərə bilər. O ki qaldı, Ermənistanın ümumən bölgənin xarici siyasət diaqrammasında tutacağı yerə, İrəvan özünün “siyasi şıltaqlıqlarından” əl çəkməyə məhkumdur. Əks halda... İrəvan yenidən hansısa kənar güclərin alətinə çevrilməyə çalışsa, bundan yalnız uduzacaq...

Gürcüstan üçün şans: yeni iqtisadi-siyasi şarm...

Vurğulanmalıdır ki, Cənubi Qafqazın hər 3 ölkəsi Azərbaycanın yaratdığı yeni mərhələnin - sabitlik və inkişaf mərhələsinin yeni nizamda daha da şaxələndirilməsində, genişləndirilməsində maraqlı olmalıdırlar. Çünki bu strateji əməkdaşlıq mühiti regionun təhlükəsizliyinin, sülhün və sabitliyin daha yüksək səviyyədə təminatının qarantı kimi çıxış edir. Cənubi Qafqaz ölkələri bu yeni inkişaf strategiyasını yaxından təqib etməlidirlər - ortaya qoyulan təhlillərə əsasən demək olar ki, Gürcüstan da bu məsələdə maraqlıdır - bu həm ictimaiyyət, həm də dövlət rəsmiləri tərəfindən dəfələrlə səsləndirilib. Son proseslər zamanı ortaya qoyulan iradə onu göstərir ki, Gürcüstan özünün müstəqil inkişaf xəttini yaratmaqda israrlıdır. Gürcüstan Azərbaycan üçün, bütövlükdə Cənubi Qafqaz üçün önəmli ölkədir və eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. İki ölkə arasında tarixi layihələr - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz kimi mühüm laiyhələr icra edilir. Ölkəmizin yaratdığı yeni mərhələ isə bu inkişafı daha da irəliyə daşımaq əzmindədir.

Qeyd edildiyi kimi, son proseslərdən sonra Gürcüstan özünün yeni inkişaf dinamikasını yaradır. Ötən il verilən qərarlar, xüsusilə xarici təsirlərin azaldılması ilə bağlı qanun layihəsinin qəbulu Tbilisinin yeni iqtisadi-siyasi şarmını ortaya qoyur. Qərblə əlaqələrin milli maraqlar çərçivəsində dəyərləndirilməsi, regional əməkdaşlığa yenidən baxılması ilə bağlı impuls bir daha onu göstərir ki, Gürcüstan bölgənin xüsusi inkişaf balansında özünün ənənəvi yerini daha da möhkmələndirməkdə qərarlıdır. Bu ölkə özünün iqtisadi gələcəyini regional enerji və nəqliyyat layihələrində iştirakla sıx bağlayır - Qara dəniz limanları vasitəsilə Asiya-Avropa bağlantısında strateji rol oynamaqla yanaşı, Gürcüstan  ümumi ticarət balansının yüksək müsbət saldosunda da əhəmiyyətli yer tutur.

Gürcüstanın daxili siyasi mühiti də 2025-ci ildə dəyişəcək - güman etmək olar ki, Tbilisi daha fərqli, xüsusən milli maraqlara üstünlük verən bir siyasi xəttə üstünlük verməkdə qərarlıdır. Gürcüstan, Cənubi Qafqazda Azərbaycanın əsas strateji tərəfdaşı olmaqla yanaşı, həm də Ermənistanla gərginlikləri azaltmaq üçün diplomatik təşəbbüslərə qatılmağa hər zaman hazır olduğunu bildirir - bu isə, Tbilisinin birləşdirici marağa əsaslanmasının sübutudur. 

Qlobal əməkdaşlıq: hədəflər, əlaqələr...

O ki qaldı, Cənubi Qafqazın yeni dövrdə qlobal dünya ilə münasibətlərinə, burada da fərqli - inkişafı hədəfləyən, müstəqil siyasi iradəyə malik tendensiya müşahidə olunur. Xüsusilə bölgəyə yaxın coğrafiyada yerləşən Rusiya, Türkiyə, Avropa İttifaqı və Çin kimi mühüm siyasi strateji oyunçularla münasibətdə işgüzar mühitin qorunması əsaslı şərt kimi meydana çıxır. ABŞ-ın yeni hakimiyyətinin Cənubi Qafqaza münasibətdə tutduğu mövqe isə Vaşinqtonla bölgə arasında münasibətlərin daha dinamik rəng almasına şərait yaradan amillər sırasında çıxış edir.

Beləliklə, 2025-ci ildə Cənubi Qafqaz regionu üçün sülh və əməkdaşlıq potensialının artması, yeni mərhələnin başlanması ilə səciyyələndirilir - Azərbaycanın lider rolu əsasında formalaşacaq yeni nizam sülh və sabitliyin, iqtisadi dayanıqlığın əsas şərtinə çevriləcək. Prezident İlham Əliyev vurğuladı ki, Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, əlbəttə ki, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir: “Ona görə yeni nizamı biz ədalətli nizam kimi görürük. Əgər bunu bir sözlə ifadə etmək mümkündürsə, bu, ədalətli olmalıdır və əslində, Azərbaycanın uzun illər apardığı siyasətə də uyğundur. Biz indi belə görürük, yəni suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək. Bütün bunlar bizim, əslində, xarici siyasət xəttimizdir. Azərbaycan uzun illər bu siyasəti aparır. Biz heç kimin işinə qarışmırıq, öz işimizlə məşğuluq. Kim bizə müraciət edir, çalışırıq ki, o müraciətləri cavabsız qoymayaq. Öz siyasətimizlə, sərmayə qoyuluşumuzla Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışıq.

Pərviz SADAYOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Yanvar 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri