Avropa Cüdo Birliyi vaxt uzatmağa görə cəzaların tətbiqini açıqladı
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Avropa Cüdo Birliyi (EJU) cüdo görüşlərində vaxt uzatmağa görə xəbərdarlıq və cəzaların tətbiqinə aydınlıq gətirib.
İdman.Biz xəbər verir ki, məsələ Belqradda keçirilən Olimpiya təlim-məşq toplanışı çərçivəsində təşkil olunan seminarda müzakirə edilib. EJU-nun hakimlik üzrə komissarı Nunu Karvalyu məşqçilərə qaydaların tətbiqini izah edib.
Onun izahına görə, hakimlər görüşün dayandırılması ilə yenidən başlanması arasında yaranan əsassız ləngimələrə müdaxilə etməlidirlər. Kimononu uzun müddət düzəltmək, saçla məşğul olmaq və başlanğıc mövqeyinə ləng qayıtmaqla vaxt uzadan idmançıya əvvəlcə xəbərdarlıq edilməlidir.
Belə hallar təkrarlandıqda isə cüdoçuya “şido” cəzası verilməlidir.
Seminarda tutuşlarla bağlı məqamlara da toxunulub. Qeyri-standart tutuşlara hücum və ya hücuma aydın hazırlıqla müşayiət olunduğu halda vaxt məhdudiyyəti qoyulmur. Lakin belə tutuşlardan müdafiə məqsədilə istifadə edərək görüşün axarını pozmaq dərhal cəzalandırılmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 10 Noyabr 2026 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















