Icma.az
close
up
RU
Avropa demokratiyasının astar üzü

Avropa demokratiyasının astar üzü

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Ağ Evdən Brüsselə kəskin demokratiya ittihamları

Avropa İttifaqı (Aİ) ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni administrasiyası arasında ziddiyyətlər səngimək bilmir. Əgər C.Bayden dönəmində Brüssel və Vaşinqton ən müxtəlif məsələlərdə koordinasiyalı şəkildə fəaliyyət göstərirdilərsə və mövqelərini asanlıqla uzlaşdırırdılarsa, artıq bunu demək mümkün deyil. Hazırda Qərb blokunun bütövlüyü pozulub. Baxışlar, yanaşmalar, mövqelər arasında  kəskin fərqlər müşahidə edilməkdədir. D.Tramp administrasiyasının təqdim etdiyi faktlardan bəlli olur ki, Aİ-də təmsil olunan ayrı-ayrı dövlətlər ABŞ-la əlaqələri birtərəfli qaydada dvidentlər qazanmaq naminə inkişaf etdirməkdə maraqlı olublar. Özləri isə bunun əvəzində qarşı tərəfə nə isə verməyə tələsməyiblər. İndiyədək həm qarşılıqlı ticarət, həm də Şimali Atlantika Alyansı (NATO) çərçivəsində əməkdaşlıq bu məzmunda olub. Bugünlərdə D.Tramp Avropa Komissiyasının (AK) sədri Ursula on der Leyen ilə “ən böyük müqavilə” kimi təqdim olunan gömrük razılaşmasını imzalamaqla qarşılıqlı ticarətdə balansı öz ölkəsinin xeyrinə dəyişməyə nail oldu.

ABŞ dayanmır və Aİ-nin digər sahələrdəki boşluqlarını, mənfi reallıqlarını da açıb göstərir. Beləliklə, Brüssel və Vaşinqton arasındakı antaqonist ziddiyyətlərə daha birisi də əlavə olunub. Bu dəfə köhnə və yeni dünyanın mövqeləri demokratiyaya, söz və ifadə azadlığına münasibətdə uyğun gəlmir.

Avropa demokratiyası - milli dövlətlərə qarşı təzyiq aləti

Avropanın demokratiya, söz və ifadə azadlıqları,  insan və vətəndaş hüquqları kimi məsələlərdə özündən müştəbehliyi hər kəsə yaxşı bəllidir. “Qoca qitə” özünü dünyaya demokratiyanın beşiyi və şəriksiz sahibi kimi təqdim edir. Bu pafosun arxasında isə Avropanın kədərli reallıqları və riyakarlığı dayanır. Bu gün Fransa kimi ölkələrin timsalında aydın şəkildə görünür ki, “köhnə dünya” əslində ənənəvi Avropa demokratiyasından çox uzaqlaşıb. Məsələn, müşahidə edilən proseslər onu deməyə əsas verir ki, hazırda demokratiya, müxtəlif azadlıqlar Yelisey Sarayı üçün digər milli dövlətlərə qarşı təzyiq alətinə çevrilib. Hansı dövlət ki, müstəqil siyasi kurs həyata keçirir, suverenlik prinsipindən çıxış edir, milli maraqlarını qorumağa çalışır, həmən Fransanın ayrı-ayrı qurmlarının, eləcə də Yelisey Sarayının təsir dairəsində olan Avropa təsisatlarının sərt tənqid hədəfinə çevrilir. Milli Assambleyada, Senatda Azərbaycana qarşı təkcə son vaxtlarda Makronun siyasi sifarişləri əsasında qəbul olunan qətnamələr bunun təsdiqidir. Kağız parçasından başqa heç nə olmayan həmin “sənədlərdə” Azərbaycana əyri güzgüdən baxış edilir və qərəzli nəticələr çıxarılır. Bu sözləri həmçinin Yelisey Sarayı ilə sinxron fəaliyyət göstərən və eyni mərkəzlərdən tezislər alan Avropa Şurası Parlament Assambleyası (AŞPA) barəsində də demək mümkündür. Necə deyərlər, bədnam xor və bu xorda çalınan mahnılar bir-birindən fərqlənmir.

O da diqqətçəkən məqamdır ki, Avropa dövlətləri və təsisatları milli dövlətlərin təkziblərini heç yaxına belə buraxmaq istəmir ki, bu da “köhnə dünya”da demokratiyanın hansı anlamda qəbul edildiyini aydın şəkildə göstərir. Buna qonşu Gürcüstanın üzləşdiyi vəziyyəti misal göstərə bilərik. Ötən il Gürcüstan parlamentinin qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun Avropada, necə deyərlər, top-tüfənglə qarşılandı. Rəsmi Tbilisi son bir il ərzində məhz bu qanuna görə Avropa İttifaqından gələn sərt ittihamlarla üz-üzədir.  Gürcüstan parlamenti hakim partiyanın hazırladığı sözügedən qanunu ölkənin vətəndaş cəmiyyətini xarici təsirlərdən qorumaq, bu sahədə şəffaflığın artırılması məqsədilə qəbul edib. Oxşar qanun həm də Fransada qəbul olunub. Bu, tam normal bir haldır. Milli maraqları qorumaq hər bir dövlətin haqqı və vəzifəsidir. Ancaq ziddiyyət ondadır ki, eyni məzmunlu qanuna görə Fransa ittiham olunmur, Gürcüstan isə Avropa təsisatlarının aramsız tənqidlərinə məruz qalır. Bax, budur Avropa demokratiyasının astar üzü...

Vaşinqton nədən narazıdır?

Məlumdur ki, son illərdə Aİ məkanında sosial şəbəkələr üzərində dövlət nəzarətinin gücləndirlməsi ilə bağlı müzakirəlr intensivləşib, hətta ayrı-ayrı ölkələrdə bununla bağlı qanunvericilik təşəbbüsləri irəli sürülüb və qanunlar qəbul edilib. Ağ Evi narazı salan da elə budur. Vaşinqton Avropada sosial şəbəkələrə məhdudiyyətlər qoyulmasından narazılığını ifadə edib. Dövlət Departamenti bəyanat yayaraq, Avropa ölkələrini vətəndaşları hakimiyyəti tənqid etdikləri üçün kütləvi şəkildə məsuliyyətə cəlb etməkdə günahlandırıb. Dövlət Departamenti Avropa İttifaqını tənqid edərək, onun internet tənzimləmə qanunlarını “oruellik” və “söz azadlığı adı altında senzura” adlandırıb.

Politico nəşri yazır: “Minlərlə insan öz hökumətlərini tənqid etdikləri üçün məhkum edilib. Bu, azadlıq deyil, əzməkdir. Oruell mesajı ABŞ-ı aldada bilməz. Senzura azadlıq deyil”. Bununla da Dövlət Departamenti fransız nümayəndələrinin BMT-də sosial şəbəkələrdə senzuranı dəstəkləyən çıxışına reaksiya vermiş olub.

Vaşinqtonun tənqidinə həmçinin DSA adlanan - Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktı da məruz qalıb. Söhbət 2024-cü ilin fevralında qüvvəyə minmiş Avropa Rəqəmsal Xidmətlər Aktından (Digital Services Act, DSA) gedir. Bu, əslində demokratiyanın, fikir, söz azadlığının kəskin şəkildə məhdudlaşdırlmasını hədəfləyən bir sənəddir. Burada onlayn platformaların sərbət fəaliyyətini məhdudlaşdıran çoxsaylı qadağalar öz əksini tapıb.  Avropa Komissiyası, Avropa Parlamenti və Avropa Şurası tərəfindən razılaşdırlan qanunla onlayn platformaların “zərərli” məzmuna görə məsuliyyəti artırılıb. Əslində, “zərərli” məfhumu şərtidir, istənilən kontenti bu və ya digər izah altında “zərərli” kateqoriyasına aid etmək mümkündür.  Platformaların qarşısına tələb qoyulub ki, məzmuna ciddi nəzarət etsinlər. Onlayn platformalar onlara xəbərdarlıq edilən qeyri-qanuni məhsulları, xidmətləri və məzmunu tez bir zamanda silməlidirlər. Həmçinin qeyri-qanuni və ya zərərli məzmunun yayılması ilə yaratdığı xüsusi risklərə görə onlayn platformalar əlavə məsuliyyət daşıyırlar.

Qanuna müvafiq olaraq Alibaba AliExpress, Amazon Store, Apple AppStore, Booking.com, Facebook, Google Play, Google Maps, Google Shopping, Instagram, LinkedIn, Pinterest, Snapchat, TikTok, Twitter, Wikipedia, YouTube, Zalando, Bing, Google Search platformalarına xüsusi nəzarət həyata keçirilir. Belə ki, Aİ-də 45 milyondan çox istifadəçisi olan əsas rəqəmsal platformalar və axtarış sistemləri daha sərt qaydalara əməl etmək məcburiyyətindədirlər. Bu rəqəmsal platformaların fəaliyyəti Aİ Komissiyası tərəfindən mütəmadi qaydada yoxlanılır. Qaydaları pozan rəqəmsal platformalar üçün onların qlobal dövriyyəsinin 6 faizinə qədər cərimələr tətbiq oluna bilər. Təkrar qayda pozuntuları aşkarlanarsa, sözügedən rəqəmsal platformaların Aİ-dəki fəaliyyətinə xitam verilə bilər.

“Demokratriya” hücumları ilə üzləşən Azərbaycan səssiz qalmır

Göründüyü kimi, sözügedən qanun əslində Avropa təsisatlarının rəqəmsal platformaların fəaliyyətinə birbaşa nəzarət mexanizmi rolunu oynayır. Təbii ki, bu da narazılıqlara yol açır. Ümumi qənaət belədir ki, heç bir halda Avropa təsisatlarının internet resurslarının, o cümlədən də sosial şəbəkələrin fəliyyətini istiqamətləndirmək səlahiyyətləri qazanmamaları ilə barışmaq olmaz. Yeri gəlmişkən, D.Tramp administrasiyasının narazılığı yeganə belə hal deyil. Xatırladaq ki, ilk dəfə Münhen Təhlükəsizlik Konfransında Avropa ortaq dəyərlərdən uzaqlaşmada günahlandırılmışdı.

O cümlədən Azərbaycan da Avropanın Fransa kimi ölkələrinin, “Human Rights Watch”, “Freedom House”, “Transparency” kimi təsisatlarının ara verməyən “demokratiya” hücumlarına məruz qalan ölkələrdən biridir. Ancaq öz siyasətində real olaraq demokratiyanı hədəfləyən, bütün respublika üzrə insanların internet resurslarına çıxışına şərait yaradan Azərbaycan saxta demokratiya hücumlarına həmişə kəskin münasibət bildirib. Bu xüsusda Prezident

İlham Əliyevin fikirlərini təqdim etmək yerinə düşər. “Azərbaycan davamlı olaraq mətbuatın hədəfindədir, dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalır. Hamımız bilirik ki, onlar müstəqil deyil. Kim deyə bilər ki, “Human Rights Watch”, “Amnesty International” və “Freedom House” müstəqildirlər. Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir. Onda görəcəksiniz ki, onlar tamamilə asılıdırlar”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Ağ Evdən gələn ittihamlar Avropanın saxta demokratiyasını bir daha ifşa edir. “Demokratiya”, “Söz azadlığı”, “fikir plüralizmi” kimi ifadələri bir növ öz inhisarına alan Fransa kimi ölkələr nəhayət riyakarlığa son qoymalıdırlar. Əvvəlcə öz gözünüzdəki çöpü görün, sonra başqalarının gözündə tir axtarmaq sevdasına düşün.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Avqust 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see623

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see427

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see276

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see270

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see255

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see244

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see240

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see233

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see233

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see231

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see222

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see219

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see215

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see200

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see197

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see194

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see188

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see178

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see176

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri