Icma.az
close
up
RU
BQXK: şəfqət missiyasının astar üzü

BQXK: şəfqət missiyasının astar üzü

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan hökuməti 2023-cü ildə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ölkədəki fəaliyyətinə son verilməsi ilə bağlı qərar qəbul etdi. Bu qərar qəfil və təsadüfi deyil, uzun illər ərzində formalaşmış və yığılıb qalmış narazılıqların məntiqi nəticəsi idi.

Qərarla bağlı açıqlamada bildirilir ki, BQXK regionda neytral və humanitar mandatına zidd şəkildə fəaliyyət göstərib, obyektivlik prinsipindən yayınaraq siyasi və tərəfli mövqe nümayiş etdirib. Azərbaycanın suveren hüquqlarına hörmətsizlik kimi qiymətləndirilən bu fəaliyyətlər isə nəticə etibarilə ölkə daxilində quruma olan etimadı sarsıdıb.

Əsas narazılıqlardan biri 2020-ci illərin əvvəllərində Xankəndidə BQXK-nın Azərbaycanın icazəsi olmadan ofis açması ilə bağlıdır. Bu addım nəinki Bakı ilə razılaşdırılmamış, eyni zamanda, ofis beynəlxalq qurumun İrəvan nümayəndəliyinə tabe edilmişdi. O, faktiki olaraq Azərbaycanın dövlət orqanlarına tabe olmur, birbaşa Cenevrə və İrəvanla əlaqə saxlayırdı. Əldə olunan sənədlər və hesabatlarda Qarabağda həyata keçirilən fəaliyyətlərin Azərbaycanın hüdudlarında deyil, guya, ondan kənarda aparıldığı göstərilirdi. Bundan əlavə, BQXK-nin dərc etdiyi xəritələrdə Qarabağ Ermənistanla birləşdirilmiş şəkildə göstərilir, bu isə açıq şəkildə beynəlxalq hüququn pozulması idi.

Rəsmi məlumatlara görə, BQXK-nın bəzi əməkdaşları Azərbaycan Ordusunun Füzuli istiqamətində keçirdiyi hərbi əməliyyatları dayandırmaq məqsədilə Ermənistana casusluq edib. Ofis 2020-ci ildən 2023-cü ildəki antiterror əməliyyatınadək “kollektiv Qərb”in, faktiki olaraq, kəşfiyyat məntəqəsinə çevrilmişdi. Bu vəziyyət Azərbaycan qanunlarına və beynəlxalq hüquqa zidd idi. Hökumət dəfələrlə həmin ofisin hüquqi əsasını təşkil edən sənədin surətini tələb etsə də, komitə onu təqdim etməkdən boyun qaçırıb. Bu isə qurumun qərəzli və gizli fəaliyyət göstərməsi ilə bağlı Bakıda əsaslı şübhələr doğururdu.

***

BQXK-nın vəzifələrindən biri də münaqişə zamanı və ondan sonra itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması istiqamətində fəaliyyətidir. Amma qurumun bu sahədə ciddi fəaliyyəti olmayıb. Dörd minə yaxın azərbaycanlı mülki və hərbi şəxsin taleyinə aydınlıq gətirilməsində bu beynəlxalq qurum, demək olar ki, heç bir real addım atmayıb. Əksinə, Azərbaycana qarşı qanlı cinayətlərdə iştirak etmiş erməni separatçılarına hərtərəfli kömək göstərib.

Təşkilat fəaliyyəti zamanı humanitar missiya adı altında qeyri-qanuni fəaliyyətlərlə də məşğul olub. Buna misal olaraq 2023-cü ildə Azərbaycan Dövlət Sərhəd Xidməti əməkdaşlarının BQXK-ya məxsus təcili tibbi yardım maşınlarında qaçaqmalçılıq hallarının aşkar etməsini göstərmək olar. Xəstələrin təxliyəsi adı altında həyata keçirilən bu fəaliyyət Azərbaycan qanunlarını kobud şəkildə pozub. Bu hadisə ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanları cinayət işi açıb.

BQXK-nın Azərbaycanda fəaliyyətinin bağlanması ilə bağlı qərara reaksiyası Azərbaycan ictimaiyyətində və dövlət strukturlarında ciddi narazılıq doğurub. Təşkilat münaqişənin başa çatmadığını, hələ də Qarabağda “de-fakto nəzarət strukturları”nın mövcudluğunu iddia edərək fəaliyyətini davam etdirəcəyini və 2025-ci ildən sonra öz mövqeyini yenidən dəyərləndirəcəyini bildirmişdi. Bu yanaşma Azərbaycanın ərazi bütövlüyünün tanınması prinsipinə zidd olmaqla yanaşı, BQXK-nın, sanki, regionda qeyri-qanuni idarəetməni legitimləşdirməyə cəhdi kimi qiymətləndirildi. Nəticədə bu mövqe Azərbaycan üçün səbr kasasını daşıran son damla oldu. Rəsmi Bakı BQXK-nın fəaliyyətinə son qoydu.

BQXK-nın bu davranış qaydası təkcə Azərbaycana qarşı deyil. Təşkilat digər münaqişə zonalarında da şübhəli fəaliyyətinə görə bənzər tənqidlərə məruz qalıb. Məsələn, Ukrayna hökuməti BQXK-nı humanitar missiyaları yerinə yetirməkdə lənglik və ya tam imtinada ittiham etmiş, mülki şəxslərin təxliyəsində iştirakı təmin etmədiyini, müharibə əsirlərinə və mülki şəxslərə qarşı törədilən cinayətləri qeydə almaqdan yayınmaqla öz mandatını doğrultmadığını bildirmişdi. Bu kimi hallar göstərir ki, problem epizodik deyil, struktur xarakter daşıyır. Komitə zaman-zaman neytrallıq prinsipindən uzaqlaşaraq, siyasi vəziyyətə uyğun olaraq selektiv və qərəzli fəaliyyət göstərir.

***

Hadisələrin gedişatı onu göstərir ki, son otuz il ərzində Azərbaycanda bu təşkilatın fəaliyyəti getdikcə humanitar prinsip və məqsədlərdən uzaqlaşıb, daha çox siyasi təsir alətinə çevrilib. Xankəndidə ofisin açılması, əsir və girovlarla bağlı bəyanatlarda manipulyativ yanaşmalar, informasiya manipulyasiyasında və qərəzli kampaniyalarda iştirak, qaçaqmalçılıq iddiaları və casusluqla bağlı yayılan məlumatlar – bütün bunlar siyasi təzyiq mexanizminə çevrilib.

Bununla bağlı politoloq Aydın Quliyev XQ-yə bildirdi ki, Azərbaycanın BQXK-nın ölkədəki fəaliyyətinin bağlanması ilə bağlı verdiyi qərar göstərdi ki, heç bir beynəlxalq qurum toxunulmaz deyil və əgər prinsiplər pozularsa, cavab gecikməyəcək: “Bu qərar Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərində suverenlik və milli maraqlar prinsipini ön planda tutduğunu bir daha nümayiş etdirdi. BQXK ilə bağlı narazılıqlar yalnız konkret fəaliyyətlərə deyil, bütövlükdə qurumun uzunmüddətli yanaşmasına və regiondakı mövqeyinə bağlıdır.

BQXK-nın ölkədən çıxarılması sadəcə inzibati qərar deyil, həm də suveren hüquqların və milli təhlükəsizliyin qorunması baxımından strateji əhəmiyyət daşıyan addımdır. Həm də beynəlxalq təşkilatlara ünvanlanan ciddi mesajdır: neytrallıq və humanitar mandat yalnız simvolik ifadə yox, əməli davranış və fəaliyyətdə əks olunmalıdır. Azərbaycanın bu addımı bəşəri dəyərlərin arxasında gizlənərək ölkələrə təzyiq göstərmək cəhdlərinə qarşı hüquqi və siyasi suverenliyin bərpası kimi dəyərləndirilə bilər”.

Beləliklə, Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam bərpa etdikdən sonra regionda BQXK-nın əvvəlki kimi aktiv fəaliyyət göstərməsi üçün əsas qalmadı. Antiterror tədbirlərinin başa çatması və sabitliyin bərpa olunması ilə yanaşı, təşkilatın fəaliyyətini zəruri edən şərait də ortadan qalxdı. Azərbaycanın qərarı həm hüquqi, həm də siyasi zərurətdən irəli gəlib. Yəni, Azərbaycan BQXK adlı bu tələdən qurtuldu. Bəli, Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdən qovulması ədalətin bərpası aktıdır. Bu, eyni zamanda, missiyasından sapmış digərlərinə bir dərsdir. Humanizmi ehtiva edən simvolların arxasında gizlənənlər vəzifəsinə və yerli qaydalara uyğun hərəkət etməlidirlər.

Pünhan ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 İyul 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri