Icma.az
close
up
RU
Yuxu gerçəkliyin astar üzü

Yuxu gerçəkliyin astar üzü

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Koppuş və şən homunkul (insanabənzər canlı) qorxu və ümidlərimizi, həyəcanlarımızı, həsrət və nisgilimizi, nigarançılıqlarımızı gecələr qayğısızcasına beynimizdə yuxu şəklində toxuyur.

Ziqmund Freyd isə bu yuxu şifrəsini qırır, bu zaman homunkul şlyapasını çıxarıb öz rəqibi qarşısında təzim edir. Bu prosesə nağıl kimi deyil, gerçəklik kimi baxaq. Əlbəttə, bu, tipik XIX əsr antropomorfizmi idi. Psixoanalitik nüfuz insan beyninin yuxu bucağına çata bilmir. Bu xam sahədə araşdırmalar aparan Freyd belə bir qənaətə gəlmişdi ki, yuxular sıxışdırılmış arzuların təhrif olunmuş şəkildə gerçəkləşməsidir. 

Roma epikürçülüyünün ən tanınmış nümayəndələrindən olan Lukresi “Cisimlərin təbiəti haqqında” poemasında yazır ki, “əgər kimsə bir işlə səylə məşğuldursa, özünü uzun müddət həmin işə  həsr edirsə, yuxuda da eyni şeyləri edir”. 

İnsan həyatın mənası, yaradılışın səbəbiylə bağlı suallara  cavab axtarır. Bəlkə elə bu sualların cavabı yuxularımıza sızır? Adi insanlarla sənətkarların yuxuları arasında böyük fərqlər var. Dəyərli şair dostum Səlim Babullaoğlunun “Ədəbi yuxular”ını oxuyandan sonra bu qənaətimdə sabitqədəməm. 

Həyatımız yuxularımıza bu və ya digər şəkildə sızdığı kimi, yuxuların da həyatımıza müəyyən qədər təsiri olur. Yeniyetmə vaxtımda bir gün yuxuda gördüm ki, kənd yolunda maşın sürürəm. Halbuki, o vaxt heç maşın sürməyi bacarmırdım. Mənə maşın sürməyi heç kim öyrətməyib. Atamın maşını olsa da, heç vaxt maşın sürməyimi istəməyib. Sadəcə, ilk dəfə sükan arxasına keçib motoru işə salmışam və yola çıxmışam. Bütün həyatım boyu da belə olub. Qəribədir ki, ilk dəfə sürdüyüm maşın məhz yuxumda gördüyüm maşının eynisi idi. Bu məqam ilkin dövrlərin özünütəsdiq cəhdlərindən biri idi. Həmişə bu oxşarlığı izah etməkdə çətinlik çəkmişəm. 

Sənət də yuxu kimi sürüşkən, ələgəlməzdir. Hər bir yazıçı subyektiv yaşantılarından yola çıxır. Ədəbiyyat təkcə özünüifadə vasitəsi deyil. Hər bir yaradıcı insanın içində həyatla, dünyayla bağlı sonsuz suallar yaranır. Bu suallara cavab tapmaq üçün sənətə üz tuturuq. Tarkovski yazır ki, sənətin funksionallığının əsasında idrak ideyası dayanır, bu təəssürat özünü katarsis şəklində büruzə verir. 

İnsan bu dünyaya ona görə göndərilib ki, özünün zühurunu dərk etsin. İnsanın əbədi iztirabının mənbəyi də məhz budur. O, sonsuz sualların cavabını sənətdə axtarır. Sənət bu suallara tam mənada cavab verirmi? Hər kəsin öz cavabları, dünyanı, özünü dərketmə üsulları var. Amma...

Səməd Vurğun demiş, hələ ki: “Sirrini verməyir sirdaşa dünya”.

İnsanın cövhərində mövcud olan eqosentrik mexanizm aramsız olaraq onu özünütəsdiqə məcbur və təşviq edir. Sənət məhz bu məqamda doğulur – yuxu ilə gerçəkliyin sərhədində.

Kənan HACI, 
yazıçı-publisist  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Yanvar 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri