Icma.az
close
up
RU
Avropa enerji təhlükəsizliyinin şaxələndirilməsində Azərbaycana daha çox üstünlük verir Deputat

Avropa enerji təhlükəsizliyinin şaxələndirilməsində Azərbaycana daha çox üstünlük verir Deputat

Icma.az bildirir, 525.az portalına istinadən.

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Son illər baş verən bir sıra hadisələr Yaxın Şərqin mavi yanacağının Avropaya çatıdırımasında risklər yaradıb. Belə olan halda, ən etibarlı vasitə Cənub Qaz Dəhlizidir.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O bildirib ki, Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilıməsi, həcminin daha da artırılması istiqamətində böyük layihələr ortaya qoyub. TANAP, TAP layihələri Cənub Qaz Dəhlizinin əsas seqmentləridir.

Deputat əlavə edib ki, Avropa özü də mavi yanacaq mənbələrinin şaxələndirilməsində çox maraqlıdır: “Eyni zamanda, Avropa öz enerji təhlükəsizliyini şaxələndirərkən Azərbaycana daha çox üstünlük verir. Çünki Azərbaycan həm etibarlı tərəfdaşdır, eyni zamanda, sabit və təhlükəsiz bir zonadır. Azərbaycan artıq Avropanın 10 ölkəsinə mavi yanacaq ixrac edir və getdikcə bunun həm coğrafiyası, həm də həcmi daha da genişlənir. İndiki halda həcm 13 milyard kub metrdir, amma bunun 20 milyard kub metrə çatdırılması hədəflənir. Həmçinin, Qazaxıstanın, Türkmənistanın, eləcə də digər ölkələrin mavi yanacağının Cənub Qaz Dəhlizi vasitəsilə  Avropaya çatdırılması mümkündür”.

A.Hüseynov söyləyib ki, Azərbaycan təkcə ənənəvi enerjini deyil, eyni zamanda çox yaxın gələcəkdə yaşıl enerjini də Avropaya və digər ölkələrə ixrac etmək imkanlarına malik olacaq:

“Ölkəmizin alternativ enerji mənbələri 6 qiqavatdan çox dəyərləndirilir. Hazırda günəş, külək və hidroenerji alınması və onun istehsalı istiqamətində böyük işlər həyata keçirilir. Birləşmiş Ərəb Əmirlikləri ilə imzalanmış müqavilə əsasında Qobustanda artıq Qaradağ günəş panelləri quraşdırılıb. 230 meqavat gücündə olan Qaradağ Günəş Elektrik Stansiyası regionda ən böyük günəş elektrik stansiyasıdır. Eyni zamanda, bu, ölkəmizdə xarici sərmayə ilə tikilən ilk bərpaolunan enerji stansiyasıdır. Eləcə də həm Xəzər dənizində, həm Şərqi Zəngəzurda çox böyük günəş və külək enerjisi ehtiyatlarımız mövcuddur”.

Deputat vurğulayıb ki, Azərbaycan enerji siyasətini daha da genişləndirir: “Hazırda Cənub Qaz Dəhlizinin imkanları daha da artır və Avropanın marağındadır ki, bu sahədə Azərbaycanla əməkdaşlıq etsin. Çünki Avropanın Şimal dənizindən, yəni Norveçdən aldığı mavi yanacaq getdikcə tükənir. Azərbaycan bu mənada  əməkdaşlıq üçün çox əlverişlidir. Əlbəttə burda ölkəmizin həyata keçirdiyi siyasət çox yüksək səviyyədədir və ölkəmizin milli, iqtisadi maraqları tam təmin olnur. Həmin resurslardan əldə olunan  gəlirlər bizim milli resurslarımız olaraq ölkəmizin inkişafına, vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlir”.

A.Hüseynov hesab edir ki, Azəbaycanın etibarlı tərəfdaş olması onun enerji diplomatiyasının daha da uğurlu olmasını təmin edir: “Ümumiyyətlə, ticarətin ən birinci amili etibarlılıqdır, etibarlı tərəfdaş olmaqdır. Azərbaycan bu sahədə artıq demək olar ki, öz möhürünü vurub. 1994-cü ildə Azərbaycan neft konsersumu imzaladı. Həmin neft konsersumunun imzalanmasından 30 ildən çox vaxt keçir. Ötən illər ərzində Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri çox yüksək səviyyədə yerinə yetirib. Bu bir daha onu göstərir ki, Azərbaycanın sözü imzası qədər dəyərlidir. Ölkəmiz məhz bu cür qiymətləndirilir. Burda bir məqam mütləq vurğulanmaldır ki, Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri, sözünün üstündə durması, hər hansı bir vəd veribsə, onun yerinə yetirilməsi, - əlbəttə ki, bütün vədlər hər zaman reallığa söykənib-, bütün bunlar ölkəmizin imicinin formalaşmasını səciyyələndirdi. Müasir dünyada, müasir iqtisadiyyatda, ümumiyyətlə, iqtisadiyyatda etibarlılıq, etibarlı tərəfdaş olmaq həmin tərəf üçün çox böyük dvidentlər gətirir. Bu isə bizim ölkəmizi konkret olaraq xarakterizə edən bir cəhətdir. Ona görə də ən əsası da investisiya qoyulması baxımından ölkəmizin bu imicinə çox böyük önəm verilir”.

Deputat Azərbaycanın yaşıl enerji siyasətinə də diqqət çəkərək deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqda davam edəcək: “Artıq Azərbaycan bu istiqamətdə konkret layihələr həyata keçirir. Məlumdur ki, Gürcüstan, Rumıniya və Macarıstan olmaqla Qara dəniz üzərindən yaşıl enerjinin ötürülməsi üçün kabel çəkilir. Bu isə o deməkdir ki, Azərbaycan artıq yaşıl enerji ixracatçısı olan bir ölkə kimi səciyyələnməkdədir. Bununla bağlı da geniş resurslarımız, potensialımız var”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Aprel 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see142

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see141

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see124

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri