Icma.az
close
up
RU
Psixopatlar daha çox tənhalığa üstünlük verir

Psixopatlar daha çox tənhalığa üstünlük verir

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Belələrində "soyuq empatiya" güclü inkişaf edib

Gündəlik həyatda qarşılaşdığımız, münasibətdə olduğumuz insanlar arasında psixopatın olduğunu zənn etmək adama gülünc gəlir. Amma psixopatlar yalnız xəstəxanalarda və ya həbsxanalarda deyil, aramızda da olur. Bu cür insanlar asanlıqla başqalarını özünə inandırır. Emosiya, bağlılıq, insaf onlara yaddır. Çox təhlükəli olurlar. 
Psixoloq Aysel Hüseynovanın sözlərinə görə, psixopatlar öz məqsədlərinə çatmaq üçün ətrafdakı insanları özünə inandırmaq, cəlb etmək yolu ilə istifadə edir və sonda həmin insanlara vicdan əzabı çəkmədən zərbə vururlar. İnsan hissləri ilə oynamaq, aldatmaq onlar üçün adi haldır. Onlar arasında normal həyat yaşayan, işgüzar sahədə uğur qazananlar da var. Psixopatlar soyuqqanlı olur, məntiqi və yaradıcı düşünə bilir, pis vəziyyətlərdə özünü tez toplayır və vəziyyətdən çıxış yolu tapır. 
Psixopatlar başqasının kədərinə kədərlənə bilmir. Mərhəmət və empatiyadan uzaq insanlardır. "Lakin onlarda "soyuq empatiya" güclü inkişaf edib. Onlar asanlıqla başqalarının emosiyalarını, tələbatlarını üz ifadəsi, mimika və jestlərə görə anlayırlar. Bir neçə saniyəyə başqası haqda ona lazım olan informasiyanı oxuya bilir. Bu səbəbdən də başqalarını idarə etməyi bacarır". 
Həmsöhbətimizə görə, insan özü istəsə də, psixopatın xasiyyətinə sahib ola bilməz. Ailə üzvlərinin bir-birinə qarşı soyuq olduğu ailələrdə sevgi görmədən böyüyən uşaqların psixopat olmaq ehtimalı çoxdur. "Amma bu, heç də həmişə belə olmur. Burada genetik faktorlar da mühüm rol oynayır".
Qeyd edək ki, alimlər bir qrup psixopat və normal insanlarla onların fərqini üzə çıxaran maraqlı təcrübə aparıblar. Təcrübə zamanı iştirakçılara kvadrat və dairələr göstərilir və onlara uyğun düymələrin basılması istənilib. Fiqurlar üzərində ağlayan və ya gülən üzlərlə göstərilib. Normal insanlarda emosiya ifadə edən fiqurları görəndə reaksiyaları bir qədər gecikib, psixopatlarda isə heç vaxt. Onların fikri yayınmayıb, onlar üçün ən əsası tapşırığı tez yerinə yetirmək olub. Alimlər müəyyən ediblər ki, psixopatlar çox soyuqqanlıdır. Emosiyalara qətiyyən fikir vermir və məntiqə əsaslanaraq hərəkət edir. Bu xüsusiyyət irsi keçir. 
Psixoloqun fikrincə, psixopatlar zahirən münasibətə ehtiyacı olan insanlar kimi görünsələr də, daxildə tənhalığa üstünlük verirlər: "Təbiətcə cəlbedici olur, lakin heç kəsə bağlana bilmir. Dostluq, sevgi, doğmalıq hissləri onlara yaddır. Onların ünsiyyət etdiyi insanlar arasında həqiqi dostları, rəfiqələri, qohumları olmur. Psixopatlar yalnız onlara lazım olan insanlarla ünsiyyət qururlar. İnsanlarla yalnız ona nəsə lazım olanda münasibət qurur". 
A.Hüseynovanın dediyinə görə, psixopatları ələ verən digər əlamət baxışlarıdır. Belələri güclü və hipnoz edən baxışları ilə fərlənir. "Çox vaxt psixopatların baxışını sanki daim baxdığı insanı müşahidə edən kimi təsvir edirlər. Bu baxış cinayətkarın qurbanına olan baxışdır. Qarşı tərəfə elə gəlir ki, psixopat onunla maraqlandığı, ona vurğun və ya danışdıqları maraqlı olduğu üçün ona baxır". 
Psixopatı digərlərindən fərqləndirən əsas amil başqalarının onun haqqında nə fikirləşdiyinə qətiyyən əhəmiyyət verməməsidir. Onlar üçün başqalarının onun hərəkətlərinin necə qiymətləndirilməsinin heç bir mənası yoxdur. "Psixopatlara xas digər əlamət başqaları tərəfindən yalnız pis hərəkətləri gözləməsidir. O, özü xain olduğu üçün başqalaırndan da eyni hərəkəti gözləyir və qorxuya düşür". 
Hüseynova əlavə edib ki, bu psixi pozqunluq uşaqlıq yaşlarında özünü göstərir. Belə insanlar öz istəklərini əldə etmək, tələbatlarını ödəməkdən başqa heç nə düşünmür. Öz məqsədlərinə çatmaq üçün hər vasitəyə əl atırlar. Heç bir qadağalara baxmayaraq öz istədiyi kimi hərəkət edirlər. Başqalarına zərər vermək onun üçün pislik etmək deyil. 
Uşaqlıqdan yalan danışır, oğurluq edir, sözə qulaq asmır, evdən qaçır, başqalarına fiziki və mənəvi zərər verir. 
Psixopatlar özlərindən başqa heç kimi düşünməzlər. Gücü çatdığı qədər "başqasını əzməlisən" prinsipi ilə yaşayır. Mümkün olduqca, pisliyi gizli edirlər. Əllərinə hər keçən fürsəti dəyərləndirməyə və yeni fürsətlər əldə etməyə çalışırlar. 
"Onlar daim yeni macəralar axtarışında olur. Sakit və stabil həyat sevmirlər. Bu səbəbdən də uzun müddət bir yerdə işləyə bilməz, rejimi sevmirlər. Zövq almaq və ya az miqdarda pul üçün başqasının ölümünə səbəb ola və ya öldürə bilərlər. Etdikləri günahlara görə vicdan əzabı çəkmədən rahat yaşayarlar. Bəzən tövbə etdiklərini bildirsələr də bu qısa müddət sürər" deyən Hüseynova bildirir ki, psixopatlar arasında sadəcə zövq almaq və həyəcan hiss etmək üçün başqalarına zərər verənlər də var. 
Müsahibimizin sözlərinə görə, ağlı zəif olan psixopatların etdikləri cinayətlərin üstü tez açılır. Ağıllı olanlar isə işlərini planlı həyata keçirdikləri üçün asanlıqla ələ keçməzlər. 
Psixoloq bildirir ki, onlar gündəlik normal bir həyat sürürlər, sosial əlaqələri də yaxşıdır: "Onlarla ünsiyyətdə olanlar onların psixopat olduqlarını anlamazlar. Yalnız mütəxəssislər müəyyən əlamətlərə və müşahidəyə görə onların psixopat olduğunu üzə çıxarır".

Ekspress.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri